Həzrət Zeynəbi-Kubra əleyhasəlamın təvəllüdü

22 December 2024

05:22

۲۵

Xəbərin xülasəsi :
Hicri-qəməri 1446-cı il cumadil-ula ayının 5-i, miladi 2024-cü il noyabrın 7-i həzrət Peyğəmbərin (sallallahu əleyhi və alih) nəvələri arasında, vilayət bağının ilk nərgizi, iman və təqva, elm və mərifət, səbir və davam, həya, iffət və digər insani fəzilətlərlə tanınmış kamil bir insanın, həzrət Zeynəbi-Kubranın (əleyhasalam) təvəllüd günüdür
آخرین رویداد ها

Bismilləhir-Rahmənir-Rahim

Həzrət Zeynəbi-Kubra əleyhasəlamın təvəllüdü

Hicri-qəməri 1446-cı il cumadil-ula ayının 5-i, miladi 2024-cü il noyabrın 7-i həzrət Peyğəmbərin (sallallahu əleyhi və alih) nəvələri arasında, vilayət bağının ilk nərgizi, iman və təqva, elm və mərifət, səbir və davam, həya, iffət və digər insani fəzilətlərlə tanınmış kamil bir insanın, həzrət Zeynəbi-Kubranın (əleyhasalam) təvəllüd günüdür.

Zeynəbi-Kubranın (əleyhasalam) bütün dünya qadınları arasında nümunədir və hər yerdə səbir, dözüm və dəyanət mənaları gəlsə, bu böyük şəxsiyyətin adı ilk olaraq zehinlərdə hallanır.

Əhli-Beyt əleyhimussəlam üçün böyük sevinc və şadlıq günü olan bu gözəl gün münasibətilə öz İlahi vəzifələrini səbir və mətanətlə yerinə yetirməkdə böyük Kərbəla Xanımına iqtida edən bütün mömin bacı və qardaşlara səmimi təbrikləri təqdim edirik.

Məşhur nəzərə əsasən, həzrət Zeynəb (əleyhasəlam) hicri-qəməri 6-cı il cumadil-ula ayının 5-i müqəddəs Mədinə şəhərində dünyaya göz açmışdır.

Əziz atası həzrət Əmirəl-möminin Əli (əleyhissəlam), hörmətli anası isə həzrət Fatimei-Zəhra əleyhasəlamdır.

Həyat yoldaşı Abdullah ibn Cəfər ibn Əbi Talib (əleyhimussəlam) olmuşdur.

Bəzi məşhur ləqəblərindən, Əqiləye Bəni Haşim, Siddiqei-Suğra, Alimətun ğeyri muəlləmə, Fəhimətun ğəyri mufəhhəmə, Məhbubətul-Mustəfa (s), Saniyətuz-Zəhra (əleyhəssəlam) olmuşdur.

İbn Həcər “Əl-isabə” və İbn Əsir “ Usdul-ğabə” kitabında həzrət Zeynəi-Kubranın (ə) haləti haqda yazıblar: Məlun Yezidin məclisində həzrət Zeynəb əleyhasəlam elə bir cümlələr söyləmişdir ki, bu cümlələr o Həzrətin qəlbinin qüvvətli olmasına dəlalət edir.

Gecələr ibadətdə, günuzlər oruc tutar və xalq arasında təqva əhli kimi tanınmışdır...



Etiketlər :

Həzrət Zeynəbi-Kubra əleyhasəlamın təvəllüdü