Həzrət Ayətullah Fazel Lənkəraninin əhli-sünnə cümə və camaat imamları ilə toplantısında verdiyi açıqlamalar
23 December 2024
12:33
۱۷
Xəbərin xülasəsi :
İxtilaf səsi; Şeytanın çağırışı
Xəbərin xülasəsi
Bölgənizdə insanların hidayətinə cavabdeh olan siz alimləri, fəzilətli insanları və hörmətli sünni ruhanilərini salamlayıram.
Nəhayət, həm şiə, həm də sünni ruhaniləri “Allahın risalətini təbliğ edənlər” adı altında, lakin müxtəlif dərəcələrə malikdirlər. Daha çox çalışmış alim daha yüksək elmi mövqe tapıb, bəzi həqiqətləri aşkar edir, digərində isə azdır. Nəhayət, yalnız camaatın imamətinə məsul olan şəxsdən Quranın ifadə və təfsiri, yaxud fiqh və ya əqidələrin ifadəsi ilə məşğul olan şəxsə qədər, hamımız “Allahın risalətini təbliğ edənlər” adı altındayıq.
Bu başlıq İslam alimlərinin dinin həqiqətləri, kitab və Quran həqiqətləri haqqında biliklərini artırmasına səbəb olur.
Hədislərimizdə Qurani-Kərimlə bağlı belə bir ifadə vardır, bir qayda olaraq sizin hədislərinizdə də deyilib ki, “Quran günəşin və ayın məcrasında hərəkət edir”, genəş və ay hərəkətdən qalmadıqları və hər gün yenidən tulu etdikləri kimi Quran da hər gün yenidən tulu edir və həmişə canlı və dinamikdir. Hətta rəvayətlərimizdə belə bir şərh var ki, “Quran diridir və ölməzdir”, Quran diri və əbədidir.
Bu, nəhayət, istər sünni, istərsə də şiə olan bütün din alimlərinin vəzifəsinin Quran həqiqətlərini çıxarmaq və insanlara təqdim etmək olduğuna dair bir giriş idi.
Əlhəmdülillah, bizim Quranımız vahiddir. Biz bu mərkəzdə belə bir kitab nəşr etmişik ki, «تمسک العترة الطاهرة بالقرآن الکریم», yəni Əhli-beytin (ə) Qurana istidlal və istinad etdiyi hallar. Etiqad məsələlərində, əhkam, əxlaq, fiqh, siyasət, ictimai fiqh, tibbi fiqh, bunların hamısını bu kitabda toplayıblar.
Burada Əl-Əzhər alimlərindən birinin bizimlə görüşündə bu kitabı ona təqdim etdim və dedim: “İmamlarımızın, ayələri hazırda mövcud olan Qurana istinad etdikləri bu faktları görməklə, demək olarmı şiə Quranın təhrifinə inamlıdır?
Təfsirlərimizin mətni Fəxr Razi və Alusinin “Ruhul-məani” və... təfsirlərindəki ayələrlə eynidir. Şeyx Tusi “Tibyan” təfsirində Quranı təfsir etmək istərkən hətta bir “vav” hərfi artıq olmayan sizin əlinizdəki həmin ayələri təfsir edir.
Eləcə də “Məcməul-bəyan” təfsirində, yaxud mərhum Əllamə Təbatəbainin “Əl-Mizan” təfsirində elə bu Quranı təfsir etmişlər.
Yəni tanınmış şiə alimlərinin təfsirlərinə nəzər salsanız, təfsiri bu Qurandan başqa mətn olan heç bir alim tapa bilməzsiniz. Rəhmətlik atamızın (Allah ona rəhmət eləsin) Quran elmləri ilə bağlı “Təfsirə giriş” adlı kitabı var. Bu kitabda Quranın təhrif olunmazlığını isbat edir. Mən özüm də “Quranın təhrif edilməzliyi” ilə bağlı bir kitab yazmışam.
Biz tələbələrin həyatının dinamikliyi Quranla daha çox əlaqədə olmaqdadır. Biz bu Fiqh mərkəzində tibbi fiqhə aid olan ayələri istixrac etdik, yaxud siyasi fiqhlə bağlı bu mərkəzdə neçə il iş görülüb, açıq-aydın hökumətin Allaha məxsus olduğunu təsdiq edən ayələr vardır.
Mübarək Maidə surəsində Allah-taala buyurur: «يا أَيهَا الَّذِينَ آمَنُوا لَا تَتَّخِذُوا الْيهُودَ وَالنَّصَارَى أَوْلِياءَ»; Ey Möminlər! Yəhudiləri və xaçpərəstləri özünüzə vəli və himayədar etməyin. Burada “أَوْلِياءَ” (övliya) dost mənasına deyil. Ona görə ki, ayənin davamında buyurur, onları özünə himayədar edən kəs, «فَإِنَّهُ مِنْهُمْ» o da yəhudidir, yəni əgər bir müsəlman bir yəhudini özünə rəis təyin etsə, o özü da onlardan olacaq. Bir neçə ayədən sonra yenidən buyurur: “Sizin övliyanız və himayədarınız Allah-taala, Rəsuləllah və möminlərdir.
İnqilabın əvvəlindən dini hövzələrdə, universitetlərdə və elmi mərkəzlərdə bir mübahisə müzakirədə olubdur ki, İslamda hökumət anlamı var, ya yoxdur? Ümumiyyətlə, İslam bəşəriyyəti idarə etmək üçün həll yolu təqdim etmişdir, yaxud bunu müdriklərin öhdəsinə qoyubdur ki, hər kəsi istəsələr hakim etsinlər?
Biz bu mərkəzdə bəyan etmişik ki, Quranda hökumətin Allah-taalaya məxsus olmasını təsdiq edən bir çox ayələr vardır. Heç bir bəşərə icazə verilmir ki, Allahın izni olmadan başqasına hökumət etsin. Əgər Rəsuli-Əkrəm (s) hökumət etmişsə, Allahın izni ilə olmuşdur. Hər kəs bir başqasına hökumət etmək istəsə, gərək Allahın izni ilə olsun.
Həmçinin, fiqhimizdə qədimdən deyilib ki, fiqhin mövzusu mükəlləfin əməlidir, lakin xüsusi mükəlləfi nəzərə almışlar. Xüsusi mükəlləf gərək namaz qılsın, oruc tutsun, həccə getsin, əmr be məruf və nəhy ənil munkər etsin. Amma görəsən, cəmiyyət və ictima da vəzifəyə tabe ola bilərmi? Yəni Allah-taalanın xitabı uca Allahın xitabı camaata ünvanlanmalıdır?
Əvvəllər bu bəhslər yox idi, yenə bu mərkəzdə biz ictimai fiqh ayələri adlanan ayələri istixrac etmişik ki, həmin ayələrdə Allah-taala müəyyən fərdləri deyil, həqiqətdə camaatı nəzərə alır. Məsələn, bu şərəfli ayədə buyurur:
«وَلَا تَهِنُوا وَلَا تَحْزَنُوا وَأَنْتُمُ الْأَعْلَوْنَ إِنْ كُنْتُمْ مُؤْمِنِينَ»
Bu ayədə Allah-taala istəyir müsəlmanlar tövhidin, Quranın, Rəsuləllahın (s) bərəkətinə, Allah Rəsulunun (s) buyruqları bərəkətinə bəşəriyyətin ən yüksək səthində olsunlar.
Bu, ictimai fiqh ayələrindən biridir. «أَنْتُمُ الْأَعْلَوْنَ» -deməklə, Allah-taala müsəlmanların ucalığını istəyir ki, müsəlman küfrün əli altında və zəlil olmasın, küfrün təyin etdiyi yaşayış tərzini qəbul etməsin. Təəssüf ki, indi bir çox İslam ölkələri bundan əziyyət çəkir. Əslində, kafirlər onların həyat planlarını təyin və tərtib edirlər.
İnsan bu inqilab və bu mərkəzlər və araşdırmalar sayəsində daima bu İlahi kitabdan daha güclü və əhəmiyyətli məzmunda məsələlər tapır.
Hər halda alimlər arasında elmi müzakirələr olmalıdır və yalnız bu görünüşü toplantılarla kifayətlənilməməlidir. Biz sizdən soruşaq, bu Qurandan bu günün cəmiyyətinə faydalı olacaq yeni hansı bir məlumat əldə etmisiniz? Biz də öz fikrimizi sizə təqdim edək.
Bir müzakirə var ki, mən bilmirəm, bu məsələyə sünni alimləri arasında da toxunulub, yoxsa yox? O da budur ki, Rəsulullah (s.a.v) peyğəmbərlik, risalət, hökumət və mühakiməlikdən başqa, ki, bu, mütləqdir ki, bizim peyğəmbərimiz Allah tərəfindən nəbi və rəsul olub, hökmdar və hakim olub, başqa hansısa bir «şəriət qoyma» vəzifəsi də daşıyıb, yoxsa yox? Yəni, Rəsulullah (s.a.v) Cəbrayılın hökm gətirməsi və ya kitabda yazılması olmadan, Allahın ona verdiyi iradə ilə, yəni Allahın izni ilə və ona verilən Ruhul-Qudüs qüvvəsi ilə özü şəriət təyin edə bilərdimi?
Bizim rəvayətlərimizdə deyilir ki, əvvəlcə sübh, günorta, ikindi, axşam və işa namazlarının hər biri iki rəkət idi. Peyğəmbərimiz (s.a.v) günorta, ikindi və işa namazlarına iki rəkət əlavə etdi və axşama da bir rəkət əlavə etdi ki, buna «fərzün-nəbi» deyilir. Bu namazın rəkətlərinin sayı Qur'anda harada qeyd olunub? Ona görə də biz deyirik ki, bunlar Peyğəmbərin sünnəsidir, siz də bəlkə bu «sünnə» ifadəsini eyni mənada - yəni «mə şərrə'əhur- rəsul» və Peyğəmbərin şəriət qoyduğu kimi anlarsınız.
Yaxud 34 rəkət nafilə namazlarını Peyğəmbər (s.a.v) əlavə edib, Şəban ayının orucu tamamilə müstəhəbdir və Peyğəmbər (s.a.v) bunu şəriətə salıb, ayın üç günü - başlanğıc, ortası və sonu orucunu Peyğəmbər (s.a.v) əlavə edib. Qur'an deyir ki, şərab içmək haramdır, amma «hər bir məstedici içkilərin haram olması»nı Peyğəmbər (s.a.v) bəyan edib, istər şərab olsun, istərsə də başqa içkilər. Yaxud miras məsələsində, Allah Təala baba üçün heç bir xüsusi hökm verməyib, amma Peyğəmbər (s.a.v) baba üçün altıda bir (südus) müəyyən edib.
Bunlar şərəfli Peyğəmbər (s.a.v)-in şəriətə gətirdiyi məsələlərdir, hətta bunlardan da artıq şəriət gətirib. Bu məşhur bir hadisədir ki, Əmirəlmöminin (ə) Peyğəmbər (s.a.v)-in əmri ilə İslamı yaymaq üçün Yəmənə getmişdi. Yəməndən qayıdanda Peyğəmbər (s.a.v) ona dedi: "Ya Əli, Yəməndə yeni bir şey gördün?" Əli (ə) dedi: "Bəli, ya Rəsulallah. Yəməndə üç adam bir uşaq üzərində mübahisə edirdi, hər biri deyirdi ki, bu uşaq mənimdir." Peyğəmbər (s.a.v) soruşdu: "Nə etdiniz?" Əli (ə) dedi: "Ya Rəsulallah, mən püşk atdım və püşk ilə uşağın atasını müəyyən etdim." Peyğəmbər (s.a.v) Əli (ə)-nin hərəkətini təsdiqlədi və orada dedi: "əl-qur'ətu sünnətun" – yəni «ما شرّعه الرسول», "Peyğəmbər (s.a.v) bunu şəriətə gətirib".
Sünni fəqihləri, çox qadını olan kişi üçün qəsəm hüququ ilə bağlı püşk atmağı istifadə ediblər və fətva vermişlər. Başqa yerlərdə də, İmamiyyə alimləri də fiqhə çox püşk atma üsulundan istifadə edirlər, bu da Peyğəmbərin (s.a.v) şəriətə gətirdiyi məsələlərdən biridir. Peyğəmbərin (s.a.v) həyat tərzi özü bunu təsdiqləyir ki, o, bu cür işlər görüb.
İndi sual belədir ki, Qur'anda bu səlahiyyət Peyğəmbərə (s.a.v) harada verilib? Nəhayət sual budur: “Siz ki, Peyğəmbərin (s.a.v) şəriət gətirmə səlahiyyəti olduğunu deyirsiniz və Peyğəmbərin (s.a.v) şəriət qurması da qəti və mütləqdir, hansı ayə Qur'anda bu iddianı dəstəkləyir?”
Bu, bir iddiadır ki, Peyğəmbər (s.a.v) yalnız peyğəmbərlik, risalət, hökumət və mühakiməlik vəzifələrindən əlavə, Allah tərəfindən şəriət qurma səlahiyyəti də almışdır. Əgər kimsə bunu başa düşə və sübut edə bilsə, bu, Peyğəmbərimizin (s.a.v) məqamını çox yüksək edər. Doğrudur, İmamiyyə alimləri arasında başqa bir nəzəriyyə budur ki, Peyğəmbər (s.a.v) yalnız təbliğat vəzifəsini icra edirdi, yəni ona nazil olanı sadəcə insanlara bəyan edib çatdırırdı.
(ardını izləyin)