Bismilləhir-Rahmənir-Rahim
İxtilaf səsi; Şeytanın çağırışı
Xəbərin xülasəsi
Həzrət Ayətullah Fazel Lənkəraninin Gülüstan vilayətindən olan bir qrup əhli-sünnə cümə və camaat imamları ilə toplantısında verdiyi açıqlamalar
(ardı)
Bu suala cavab olaraq, rəvayətlərdə «Təfvizun ilən-nəbi»
adlı bir bölüm var, bu bölümdə imamlarımız bizə təfvizə işarə edən ayələri göstəriblər.
Bu ayələrdən biri, Həşr surəsinin 7-ci ayəsinin tərkibində
gələn ifadədir: «وَمَا آتَاكُمُ الرَّسُولُ فَخُذُوهُ وَمَا نَهَاكُمْ عَنْهُ
فَانْتَهُوا»، yəni: «Peyğəmbər (s.a.v) sizə nə verdisə, onu alın və nəyi qadağan etdisə,
ondan çəkinin». Bu «ما آتاکم الرسول» - yəni, şəriət qoyma məsələsində,
Peyğəmbər (s.a.v) nəyi şəriətə gətirdisə, onu yerinə yetirin.
Bir çox məkruh məsələləri Peyğəmbər (s.a.v) bəyan
edib, bu nəhy rəvayətlərinin çoxu da sizin kitablarınızda mövcuddur ki, bunlar
kərahətə dair nəhy edilmişdir, nə Cəbrayıl gəlib bu barədə məlumat verib, nə də
Qur'anda qeyd olunub, onda bunlar haradan gəlib? Bu, Allahın Peyğəmbərə verdiyi
bir məqam və səlahiyyətdir. Buyurmuşdur ki, Bizim Peyğəmbərimiz sizə nə desə, ona tabe olun.
Amma siz Fəxri Razi təfsirinə baxanda, «ما
آتاکم الرسول» ifadəsini
«fey'ə» (qənimətlərə) aid edir, yəni Peyğəmbər (s.a.v) sizə nə qədər qənimət verdisə,
onu alın və verməsə, heç bir şey deməyin.
Bir məsələ də var ki, Qur'an bəzən bir məsələnin
şərhində bir ümumi qayda təqdim edir. Məsələn, Ramazan ayında Allah buyurur: «شَهْرُ رَمَضَانَ الَّذِي أُنْزِلَ فِيهِ
الْقُرْآنُ هُدًى لِلنَّاسِ وَبَينَاتٍ مِنَ الْهُدَى وَالْفُرْقَانِ فَمَنْ
شَهِدَ مِنْكُمُ الشَّهْرَ فَلْيصُمْهُ وَمَنْ كَانَ مَرِيضًا أَوْ عَلَى سَفَرٍ
فَعِدَّةٌ مِنْ أَيامٍ أُخَرَ» (hər kim Ramazan ayını görsə, oruc tutsun). Ardınca
buyurur: «يرِيدُ اللهُ بِكُمُ
الْيسْرَ وَلَا يرِيدُ بِكُمُ الْعُسْرَ», yəni Allah sizə asanlıq istəyir, çətinlik arzulamır.
İndi deyə bilərikmi ki, «yüridullahu bikumul yusr» yalnız Ramazan ayı ilə əlaqəlidir,
ya bu bir ümumi qayda və prinsipdir?
Sizlər də bunu fiqh qaydası olaraq qəbul
etmisiniz. Buna görə də bir ayənin altında gələn bir ümumi məqamı sadəcə həmin ayədə
müzakirə edilən məsələyə aid edib, onunla məhdudlandırmaq olmaz. Burada da «وَمَا
آتَاكُمُ الرَّسُولُ»
ümumi bir məqamdır, buna görə də İmamlarımız bu ayəyə şəriət qoyma məsələsi ilə
istinad edib, daha sonra Peyğəmbərin (s.a.v) gətirdiyi şəriət qaydalarını
bir-bir sadalamışlar.
Başqa bir məqamı da qeyd edim ki, Süleyman (ə)
haqqında Sad surəsində 34-cü ayədə deyilir: « وَلَقَدْ فَتَنَّا
سُلَيْمَانَ وَأَلْقَيْنَا عَلَى كُرْسِيِّهِ جَسَدًا ثُمَّ أَنَابَ قَالَ رَبِّ
اغْفِرْ لِي وَهَبْ لِي مُلْكًا لَا يَنْبَغِي لِأَحَدٍ مِنْ بَعْدِي إِنَّكَ
أَنْتَ الْوَهَّابُ فَسَخَّرْنَا لَهُ الرِّيحَ تَجْرِي بِأَمْرِهِ رُخَاءً حَيْثُ
أَصَابَ وَالشَّيَاطِينَ كُلَّ بَنَّاءٍ وَغَوَّاصٍ وَآخَرِينَ مُقَرَّنِينَ فِي
الْأَصْفَادِ هَذَا عَطَاؤُنَا فَامْنُنْ أَوْ أَمْسِكْ بِغَيْرِ حِسَابٍ» ، Allah burada buyurur ki, biz Süleymana beş hədiyyə
verdik. İndi «فَامْنُنْ أَوْ أَمْسِكْ بِغَيْرِ حِسَاب» -
burada «بِغَيْرِ حِسَاب» hansı şeyə aiddir? «هذا
عطاؤنا»-ya?
Yəni: «bu Bizim hesabsız hədiyyəmizdir», yəni Süleymana verdiyimiz hədiyyə
hesabsızdır, ya da «فامنن»-ə? Yəni:
Allah-taala bu hədiyyələri Süleymanın ixtiyarında qoymuş və buyurmuşdur ki, dünya
nemətlərinin ixtiyarını sənə vermişəm, hər kəsə, hər qədər istəyirsən
(hesabsız) verə bilərsən? Demək, maddi nemətlərlə bağlı belə ixtiyar
verilmişdir.
İndi bizdə olan rəvayətlərə görə, Allah-taala
peyğəmbərlərin sonuncusu və ən şərəflisi olan Peyğəmbərimizə (s.a.v) bu hədiyyələrdən
daha üstün bir səlahiyyət, yəni şəriət qoyma səlahiyyəti vermişdir. Buna görə də
«وَمَا آتَاكُمُ الرَّسُولُ فَخُذُوهُ» ümumidir, yəni bütün dünyəvi, mənəvi, hüquqi və
inanc məsələlərində Peyğəmbər sizə nə desə, ona tabe olun.
Bu, maarifləndirici müzakirələrdən biridir. Əgər
siz Peyğəmbərin (s.a.v) sonuncu peyğəmbər olduğunu, ki, bu bizlərin və sizin
inandığınız bir həqiqətdir, təhlil etmək istəsəniz, əgər şəriət qoyma səlahiyyəti
ilə yanaşı olmasa, məncə bu mövzunun aydın və açıq bir anlamı olmayacaqdır.
Bu bəhsi elmi bir mövzu kimi müzakirə etmək istədim,
bilmirəm sizin mənbələrinizdə «Peyğəmbərin şəriət qoyma mövqeyi» haqqında qeyd
edilib, ya xeyr? Alimləriniz bu barədə fikir yürüdüb, ya yox?
Son bir məsələ də mövcud zamanımızla bağlıdır.
Bizlər inqilabdan əvvəlki tələbə və ruhani ola bilmərik, başımızı aşağı salıb yalnız
mədrəsəyə gedək və bir cəmiyyət namazı qılmaqla kifayətlənək. İslamın başına nə
gələcəyi və nə olacağı ilə maraqlanmayaq! Bu günlərdə İslamla əlaqədar çox
sayda ziddiyyətlər və düşmənçiliklər mövcuddur, bu Quranı bizim əlimizdən almaq
istəyirlər.
Bütün
bu beynəlxalq insan hüquqları bəyannaməsinin gizli məqsədi budur ki, Amerika bu
səviyyədə vahid qlobal kənd qurmaqla bu Quranı bizdən almaq istəyirlər. Əsl məqsəd
budur. Heç bir məsələ burada Şiə, Sünni, Zeydi və ya İsmaili deyil, hətta Yəhudi
və Xristian məsələsi də deyil. Onların gözündə Tövrat və İncil də dəyərsizdir, deyirlər
ki, bütün ölkələrin əməl qaydaları bizim yazdığımız bu insan hüquqları bəyannaməsinə
əsaslanmalıdır və səmavi kitablar isə yığışdırılmalıdır!
Onların
ikinci məqsədi ölkələrə hakim olmaqdır, müasir köləliyi ən sərt şəkildə tətbiq
etmək istəyirlər ki, onlar icazə vermədən bir stəkan su belə içə bilməyəsiniz.
Azadlıq adı altında insanların azadlığını alırlar. Dini məkanları və simvolları
aradan qaldırmaq məqsədindədirlər. Məkkə, Mədinə, Məscidül-Aqsanı və məscidləri
yox etmək istəyirlər. Dini iclasları, yığıncaqları məhv etmək istəyirlər.
Onların
planı odur ki, bir zaman nə məscid, nə huseyniyyə, nə də elmi hövzələr olsun. Hətta
elm sahəsində deyirlər ki, biz sizə nə öyrətsək, onu öyrənməlisiniz. Alimlər
ayıq olmalıdır, bu təhlükəni hiss etməliyik və anlamalıyıq ki, bu çox böyük bir
təhlükədir.
Əgər
İslamın əvvəlində Peyğəmbər (s.a.v) yetmiş döyüş və müharibədə mübarizə
aparıbsa və biz də bəzən deyirik ki, nə çətin vaxt imiş, indi isə İslamla düşmənçilik
o vaxtlardan min qat daha çətin və mürəkkəbdir.
Bu təhlükəni
qəbul etməyən insanlar və «ABŞ və İsrail öz işlərini görürlər, biz də öz həyatımızla
məşğul olaq»- deyənlər çox sadəlövhdirlər.
Keçmişdə
İngiltərə bir yeri öz müstəmləkəsi edirdi, Fransızlar başqa birini, Amerika da
başqa birini, amma bu gün «الکفر ملّةٌ واحدة», yəni
bütün müstəmləkəçi ölkələr əl-ələ verib ki, insanları öz müstəmləkələrinə
çevirsinlər.
Buna
görə biz çox ayıq olmalıyıq. Bu nöqtədə inqilabın qiyməti anlaşılır. Əgər bu
inqilab olmasaydı, bu gün İran xalqı və hətta bütün dünya xalqları düşüncə səviyyəsi
baxımından bu qədər bir şüurda olmazdılar.
İran
bu gün dünyaya düşməni tanıdıb. İsrailin o qorxunc və dəhşətli, qan içən siması
ki, yalnız müharibə etmək, qətl etmək və günahsız qadınları, uşaqları öldürməkdən
başqa heç bir gücü yoxdur, harada özünü göstərə bilərdi?
Böyük
din alimlərimizin Qəzzə xalqına qarşı olan həssaslığı, İraq və Əfqanıstanın şiələrinə
qarşı olan həssaslıqla eynidir. Bu zülmkarların, Qəzza xalqını heyvan
adlandırıb hamısını öldürmək istəyənlərin qarşısında təhlükəni yaxşı
anlamalıyıq və bilməliyik ki, bizə nə vəzifə düşür.
«Vəhdət»
bizim hamımızın ilk vəzifəsidir, heç kimin aramızda ixtilaf yaratmasına imkan
verməməliyik, heç kimin rəhbərlik və İslam hakimiyyətinə qarşı şayiələr
yaymasına və yalanlar söyləməsinə icazə verməməliyik.
Mümkündür
bir şiə alimindən və ya bir sünni alimindən sui-istifadə edərlər, fərqi yoxdur,
onlar istəyir ki, öz məqsədlərinə çatmaq üçün bizlərdən ixtilaf yaratmağa və öz
hədəflərinə nail olmağa alət etsinlər. Vəhdəti qorumalıyıq, diqqətli olmalıyıq
ki, hamımız inqilabın rəhbəri ətrafında birləşək, əsas mehvər odur.
Böyük rəhbərin
Gülüstan ustanında nümayəndəsi Ayətullah Nurmufidi cənablarının xidmətlərini dəyərləndirək
ki, inqilabın ilk günlərindən etibarən, Sünni icması ilə dürüst əlaqələr
quraraq həmin bölgədə şiə və sünni arasında vəhdət yaratmaqla mühüm rol ifa etmişdir.
O, oradakı şiələrə göstərdiyi qayğı ilə eyni
diqqəti Türkmənsəhra ərazisindəki insanlara da göstərir. Bu baxımdan, o, rəhbərin
nümayəndələri arasında misilsizdir və onun qədrini bilməli, sağlamlığı və uzun
ömrünü diləməliyik. Eyni zamanda, o bölgədəki Sünni alimləri də diqqətli və irəliləyici
davranışları ilə təqdirə layiqdirlər.
Hər
halda zəruri məsələlərə diqqət yetirək, heç kimin aramızda ixtilaf yaratmasına
imkan verməyək, hər kəs ixtilaf yaysa, bilin ki, o şeytandır, bilin ki, o, Amerikanın
əlində olan bir alətdir, bu məsələ barədə heç bir şübhə yoxdur.
17 mehr 1403
2024-cü il 8 oktyabr