Həzrət Fatiməi-Zəhranın (əleyhasəlam) şəhadəti

22 December 2024

05:48

۲۹

Xəbərin xülasəsi :
Hicri-qəməri 1446-cı il cumadil-ula ayının 13-ü, miladi 2024-cü il noyabrın 15-i, bəzi tarixi mənbələrə əsasən, həzrət Fatimei-Zəhra əleyha səlamın şəhadət günüdür
آخرین رویداد ها

Bismilləhir-Rahmənir-Rahim

Həzrət Fatiməi-Zəhranın (əleyhasəlam) şəhadəti


Hicri-qəməri 1446-cı il cumadil-ula ayının 13-ü, miladi 2024-cü il noyabrın 15-i, bəzi tarixi mənbələrə əsasən, həzrət Fatimei-Zəhra əleyha səlamın şəhadət günüdür.

Bəşər tarixinin üçüncü şəxsiyyəti olan bu əzəmətli xanımın şəhadəti haqqında bir neçə nəzər bəyan olunmuşdur. Həzrət Peyğəmbərə (sallallahu əleyhi və alih) və onun şərəfli Əhli-beytinə (əleyhimussəlam) sevgi və məhəbbət bəsləyən bütün müsəlmanlar bu qeyd edilən tarixlərdə Xanım Zəhranın (əleyhasəlam) xatirəsini əzəmətlə yad edirlər. Onlar Əhli-Beytin (əleyhiussəlam) qəmli-qüssəli günlərində şəriətin və böyük din alimlərinin tövsiyələrinə müvafiq əməlləri ilə Allahın sonuncu hüccəti həzrət Məhdi Sahib-zamanın (Allah onun zühurunu tezləşdirsin) razılığını ələ gətirib, qəlbinə təsəlli verirlər.

Allah-taala bizlərə də o möminlərin sırasında yer versin və Əhli-Beytin (əleyhimussəlam) sevinc və kədərinə qoşulanlardan olaq, Amin!

 Həzrət Fatiməi-Zəhranın (salamullah əleyha) dürlü kəlamlarından:

وَ عَنْ سَيِّدَةِ اَلنِّسَاءِ صَلَوَاتُ اَللَّهِ عَلَيْهَا قَالَتْ: مَنْ أَصْعَدَ إِلَى اَللَّهِ خَالِصَ عِبَادَتِهِ أَهْبَطَ اَللَّهُ عَزَّ وَ جَلَّ إِلَيْهِ أَفْضَلَ مَصْلَحَتِهِ

“Hər kəs öz xalis ibadətin Allah-taalaya təqdim etsə, Allah-taala onun ən yaxşı məsləhətini qarşısına çıxarar.”

Mənbə: Biharul-ənvar, cild-67, səh. 249


Etiketlər :

Həzrət Fatiməi-Zəhranın (əleyhasəlam) şəhadəti