İslam ölkələri sionist rejimi qarşısında birləşməlidir

23 December 2024

11:57

۶

Xəbərin xülasəsi :
Həzrət Ayətullah Fazil Lənkəraninin işğalgər Qüds rejiminin vəhşi cinayətlərini məhkum etməsi bəyanatı

آخرین رویداد ها

Bismilləhir-Rahmənir-Rahim

İslam ölkələri sionist rejimi qarşısında birləşməlidir

Xəbərin xülasəsi

Həzrət Ayətullah Fazil Lənkəraninin işğalgər Qüds rejiminin vəhşi cinayətlərini məhkum etməsi bəyanatı


بِسْمِ اللهِ الرَّحْمٰنِ الرَّحيمْ
الْحَمْدُ للّه رَبِّ الْعَالَمِينْ وَصَلَى الله عَلَىٰ سَيِّدَنَا مُحَمَّدٍ وَآلِهِ الطَّاهِرِينْ

Bəhsə başlamazdan əvvəl, Livanda baş verən bu çox dəhşətli hadisəni və işğalçı və cinayətkar İsrail rejiminin son vəhşilik və insanlıqdan kənar hərəkətlərini, bir daha məsum insanları və İslam ümətinin gözünün nuru olan, müqəddəs Hizbullah mücahidlərini qəddarlıqla qanına qəltan etməsini məhkum etməliyik.

Elm hövzələri, tələbə və ustadlar, digər xalq təbəqələri ilə birlikdə bu kədərli hadisələrdə müsibət görənlərə öz dərin hüznlərini bildirirlər. Bu faciə, sionist rejiminin son dərəcə iyrəncliyini göstərir. Bu rejilim əsası qan tökmək və uşaqları qətlə yetirmək, qət, qarət və işğal üzərində qurulduğu bir daha aşkar edildi. Bu o demək deyil ki, əgər Fələstinlilər geri çəkilsələr, onlar öz iyrəncliklərindən əl çəkəcəklər.

İmam Xomeyni (rəhmətullahi əleyh) öz ilahi baxışl ilə, bu günləri düzgün dərk edərək, bu işğalçı rejimlə mübarizəni inqilabın ən vacib idealarından biri olaraq müəyyən etdi. O zaman heç kim İsrailin belə vəhşi əməliyyatlar keçirəcəyini gözləmirdi.

Şübhəsiz, bu cinayətlər müqavimət cəbhəsinin və İslam ümətinin bu rejimə qarşı möhkəmliyini daha da gücləndirir. Biz bu hadisədən sonra və Hizbullahın ən əziz və seçilmiş döyüşçülərini itirmələrinə baxmayaraq, onların əzm və inancını daha da möhkəm görürük. İnsan görür ki, bu qürurlu mücahidləri daha da birləşmiş, güclü və yekdil görürük. Həmçinin, bu hadisələrdən sonra Livan xalqının müxtəlif tayfaları arasında da İsrailə qarşı daha güclü bir həmrəylik və birlik yaranıb. Bu birləşmə bütün İslam ümətində köklü və dərin bir oyanışla formalaşmalıdır.

Təəssüf ki, İslam ölkələri hələ də bu rejimlə iqtisadi əlaqələrini davam etdirir və gərək bunu dayandırıb yekdil olsunlar. Ümid edirik ki, bu məqsəd tezliklə həyata keçəcək və Ali rəhbərimizin buyurduğu kimi, Peyğəmbərin (səlləllahu əleyhi və alih) ən böyük səyi olan İslam ümətinin formalaşması gerçəkləşəcək. Bu gün bütün müsəlmanlar, həm şiə, həm də sünni birləşərək, öz təsiredici güclərini dünyanın zalım və təkəbbürlü insanlarına göstərməlidirlər.


1 mehr 1403



Etiketlər :

İslam ölkələri sionist rejimi qarşısında birləşməlidir