Elmi hövzədə süni intellektə xüsusi diqqət

23 December 2024

12:23

۵

Xəbərin xülasəsi :
Bismillahir-rahmənir-rahimElmi hövzədə süni intellektə xüsusi diqqət / Ruhanilərin vəzifəsi xalqın dindarlığının qayğısına qalmaqdırXəbərin xülasəsi
آخرین رویداد ها

Bismillahir-rahmənir-rahim

Elmi hövzədə süni intellektə xüsusi diqqət / Ruhanilərin vəzifəsi xalqın dindarlığının qayğısına qalmaqdır

Xəbərin xülasəsi

Həzrət Ayətullah Fazel Lənkəraninin “Əimmeyi-Əthar” elmi-tədqiqat tədris kompleksinin kurslarının açılış mərasimindəki açıqlamaları

 

بِسْمِ اللهِ الرَّحْمٰنِ الرَّحيمْ
الْحَمْدُ للّه رَبِّ الْعَالَمِينْ وَصَلَى الله عَلَىٰ سَيِّدَنَا مُحَمَّدٍ وَآلِهِ الطَّاهِرِينْ

«لَقَدْ جَاءَكُمْ رَسُولٌ مِّنْ أَنفُسِكُمْ عَزِيزٌ عَلَيْهِ مَا عَنِتُّمْ حَرِيصٌ عَلَيْكُم بِالْمُؤْمِنِينَ رَءُوفٌ رَّحِيمٌ»

Bu ön sözdən sonra, Allaha şükür edirik ki, biz Fiqh Mərkəzinin təsis edilməsinin 27-ci ilindəyik. Bu mübarək ağac, Şiə aləminin böyük alimi mərhum Ayətullah əl-Üzma Fazıl Lənkəraninin (rəhmətullah əleyh) əli ilə əkilmiş və bu gün biz onun faydalarını, bəhrələrini və nəticələrini görürük. Onlardan bəzilərinə hörmətli təhsil və tədqiqat müavinləri istinad etdilər və mən onlara, zəhmətlərinə görə çox təşəkkür edirəm.

Çoxsaylı elmi işlər, xüsusən kəlam sahəsində dostlarımız tərəfindən görüldü. Məsələn, Sələfilik və İŞİD mövzusu ilə əlaqədar müxtəlif elmi müzakirələr və nəşrlər təşkil olundu ki, inşallah bunlar bir toplu və məcmuə halında nəşr ediləcək. Bunların hamısı Allahın fəzli və lütfü, həmçinin İmam Zamanın (əc) duaları sayəsindədir. Mən heç bir şübhə etmirəm ki, Həzrətin diqqəti müqəddəs hövzəyə şamil olur və bu mərkəzin Qumda, Məşhəddə, Əfqanıstanda və digər yerlərdə olan şöbələri də hövzənin bir hissəsidir. Allaha şükür edirəm.

Bizim istəyimiz odur ki, burada təhsil alan tələbələr dini maarifin dərinliyi ilə tanış olsunlar və fiqh, üsul, kəlam və təfsir elmlərində ən dərin mövzular barədə məlumat sahibi olsunlar, onlara əhatə tapsınlar. Məqsədimiz budur və həmd olsun Allaha buna nail olmuşuq, elə ki, bir tələbə səviyyə təhsilini bitirdikdən sonra Rəsail, Məkasib və Kifayə kitablarını tədris edə bilər. Lakin təhsil yanında əxlaqi məsələlərə və tərbiyəyə də diqqət yetirməliyik.

Başqa bir məqam isə, Ali rəhbərimizin (ömrü uzun olsun) son illərdə etdiyi çıxışlarda vurğuladığı bir məsələdir: Din hövzəsi “Süni intellekt”dən geri qalmalı deyil. Mən özümdə keçən il “Tələb və iradə” və “Əmrun bəynəl-əmreyn” məsələsi ilə bağlı bir müzakirə apardım. Bu məsələnin təfsirində İmam Xomeyninin (rəhmətullah əleyh) və mərhum Ayətullah Xoyinin (rəhmətullah əleyh) nəzəriyyələri arasında diqqəti cəlb edən bəzi incəliklər vardır ki, bu barədə heç yerdə yazılmayıb və mən özüm araşdırma və tədqiqat nəticəsində ona çatdım. “Süni intellekt” ilə tanışlığı olan dostlardan birinə dedim ki, ondan bu iki nəzəriyyə arasındakı fərqi izah etməsini istəsin. Gördüm ki, süni intellekt də mənim tapdığım eyni nəticəni bəyan etdi, bu çox maraqlıdır!

Bir dəfə süni intellekt haqda söhbət oldu, dostlardan biri dedi ki, elə isə biz nə üçün dərs oxuyuruq? Ona dedim ki, bu hədisin mənası burada məlum olur: «العلم نورٌ یقذفه الله فی قلب من یشاء» . Süni intellekt, əgər İmamın və Xoi ağanın nəzəriyyələri olmasa idi, onların arasında olan fərqi haradan bilərdi? Biz gərək nəzəriyyə xəlq edək və süni intelekt də bizim üçün vəsilə olsun ki, yeni nəzəriyyələr yaradaq. Yeni nəzəriyyələr süni intellekt ilə ələ gəlməz. Yenə həmin dostuma dedim ki, Quran buyurur: « لَا يمَسُّهُ إِلَّا الْمُطَهَّرُونَ» Bu mənayadır ki, Quranın batini və həqiqətləri vardır. Süni intellekt onları dərk edə bilməz. Siz indi süni intellektə deyin ki, Quranın möhkəmat və mütəşabihatı nədir? Min belə süni intellekt, min il də gəlsə, həzrət Peyğəmbəri (sallallahu əleyhi və alih) və Məsum imamların (əleyhimussəlam) malik olduqları yüksək batini paklıqları olmadan, eləcə də bu paklğın müəyyən mərtəbəsindən faydalanan insanlardan başqa heç kəs Quranın sirlərini bilməyə qadir deyil.

Mən ancaq xatırlatmaq istədin ki, din hövzəsi budur. Hövzənin mövhumat olduğunu iddia edən ağalar bilsinlər ki, otuz il əvvəl kompyuterin İrana daxil olması ilə bu vəsilə tələbələrin və elm təhsil edənlərin əllərinə çatdı. Hövzə elmin ixtira etdiyi yeni təchizatlarından istifadə edir. Yeri gəlmişkən, bizim mərkəzin tədqiqat qismində, hörmətli müdiriyyətin sayəsində on ildən artıqdır ki, hüquqi baxımdan yeni-yeni dəqiq fiqhi və tibbi məsələlər əldə edilibdir. Hələ deyirlər hövzənin elm ilə rabitəsi yoxdur.

Hazırda iqtisad sahəsində ən yeni və mühüm məsələlər hövzədə müzakirə edilir. Həmçinin, tibb və siyasətdə yeni məsələlər, ümumiyyətlə Fiqh mərkəsində siyasi hüquq elminin istehsalları haqqında ən əhəmiyyətli yeni məsələlər əldə edilmişdir. Bu, yalnız bir iddia deyil, biz bunları təqdim etməyə hazırıq və deyirik ki, bu vaxta qədər  siyasi fiqh sahəsində belə ictihad bəhsləri müzakirə edilibdir? Allaha şükür edirəm, bunu özümüzə vəzifə bilirdik.

Hövzənin əsas göstəricisi elmdir, əsas göstəricisi imandır, əsas göstəricisi xalqla əlaqədir, bu gün hövzənin əsas göstəricisi inqilabla bağlı olmasıdır. Hövzə inqilabı və onun məqsədlərinin qorunmasına diqqət yetirməlidir, şəhidlərin, İmamın və rəhbərliyin məqsədlərinə diqqət yetirməlidir. Bu çox aydın bir məsələdir.

İnqilabın bərəkəti ilə hövzə bu qədər elmi baxımdan genişlənib. İnqilabın bərəkəti ilə din bu hövzədən doğub, İranda və xarici cəmiyyətdə yayılıb. Belə bir böyük nailiyyəti hövzə qorumaqdan geri durarmı? Hövzə zərərləri təhlil etməli deyilmi? Hövzə bu sistemin elmi və intellektual əsaslarını gücləndirməli deyilmi? Şükürlər olsun ki, mərkəzin bir perspektivi, öz səviyyəsində inqilabın elmi əsaslarını hər tərəfli açıqlamaqdır.

Nüvə fiqhinin təməli, bu məsələ də məhz bu mərkəzdə qoyulmuşdur və bunların hamısı Allahın fəzli və lütfüdür.

Nəhayət, bu mərkəzdə bizə kömək edən bütün əziz qardaşlara təşəkkür edirəm və dua edirəm ki, bütün bu işlər Allahın və İmam Zamanın (əc) razılığına uyğun olsun.



28 şəhrivər 1403


Etiketlər :

Elmi hövzədə süni intellektə xüsusi diqqət / Ruhanilərin vəzifəsi xalqın dindarlığının qayğısına qalmaqdır