Siddiqei-Kubra Fatimei-Zəhranın (əleyhasəlam) şəhadəti
22 December 2024
05:33
۱۶
Xəbərin xülasəsi :
Bismilləhir-Rahmənir-Rahim
Siddiqei-Kubra Fatimei-Zəhranın (əleyhasəlam) şəhadətiHicri qəməri 1446-cı il cumadis-sani ayının 3-ü, miladi 2024-cü il dekabrın 5-i həzrət Peyğəmbərin (sallallahu əleyhi və alih) sevimli qızı, Siddiqeyi-Şəhidə Fatimei-Zəhranın (əleyhasəlam) şəhadət günüdür. Bu böyük müsibət münasibətilə ilk növbədə Əsrin İmamı həzrət Sahib-Zamana (Allah onun zühurunu tezləşdirsin) və bütün müsəlmanlara, xüsusən Əhli-Beyt (əleyhimussəlam) məktəbinin davamçılarına dərin hüznlə təsəlli və başsağlığı veririk.
Allah-taaladan istəyirik bizi dünya və Axirətdə Əhli-Beyt (əleyhimussəlam) ilə məhşur etsin, Amin ya Rabbil aləmin!
Həzrət Fatimei-Zəhranın (əleyhasəlam) həyatına qısa baxış
Əhli-Beyt (əleyhimussəlam) məktəbinin məşhur nəzərinə əsasən həzrət Fatimei-Zəhra (əleyhasəlam) Besətin (həzrət Rəsuləllahın (sallallahu əleyhi və alih) peyğəmbərliyə seçildiyi ilin) 5-ci ilində dünyaya gəlmişdir. (کلینی، الکافی، ۱۳۶۳ش، ج۱، ص۴۵۸؛ طوسی، مصباح المتهجد، ۱۴۱۱ق، ص۷۹۳؛ فتال نیشابوری، روضة الواعظین، قم، شریف الرضی، ص۱۴۳؛ طبرسی، اعلام الوری، ۱۴۱۷ق، ج۱، ص۲۹۰؛ ابنشهر آشوب، مناقب آل ابیطالب، ۱۳۷۶ق، ج۳، ص۱۳۲.)
O Həzrətin doğum günü cumadis-sani ayının 20-si qeyd olunmuşdur.
Əziz atası həzrət Muhəmməd ibn Abdullah (sallallahu əleyhi və alih) və hörmətli anası Xədicəi-Kubra (əleyhasəlam) olmuşdur.
Həzrət Peyğəmbər (sallallahu əleyhi və alih) Xanım Zəhranı (əleyhasəlam) dünya və Axirət qadınlarının sərvəri və ən şərəflisi olduğunu bəyan etmişdir. (شیخ صدوق، من لایحضره الفقیه، ۱۴۱۳ق، ج۴، ص۱۷۹ و۴۲۰؛ شیخ صدوق، الامالی، ۱۳۷۶ش، ص۲۶، ۱۱۳ و ۲۹۸.- حاکم نیشابوری، المستدرک علی الصحیحین، ۱۴۱۱ق، ج۳، ص۱۷۰؛ ابنعساکر، تاریخ دمشق، ۱۴۱۵ق، ج۱۴، ص۱۷۳ و ج۴۲، ص۱۳۴.)
Həzrət Peyğəmbərin (sallallahu əleyhi və alih) xüsusi məhəbbət və hörmət bəslədiyi əziz qızı Fatimei-Zəhranın (əleyhasəlam) yüksək məqam və fəzilətlərini nəzərə alan Qureyş qəbiləsinin tanınmış şəxsləri o Həzrətlə həyat qurmaq istəklərini Peyğəmbərə (sallallahu əleyhi və alih) dedikdə, o Həzrət bu məsələnin icazəsinin Allahın əmrinə bağlı olduğunu bildirmişdir. (ابنسعد، الطبقات الکبری، ۱۴۱۰ق، ج۸، ص۱۹.) Bəzən də Həzrət Fatimənin (əleyhasəlam) elçi gələn insanla ailə qurmasına narazılığını bildirmişdir. (طوسی، الامالی، ۱۴۱۴ق، ص۳۹.)
Lakin həzrət Əlinin (əleyhissəlam) elçiliyindən sonra Peyğəmbər (sallallahu əleyhi və alih) bu iki cavanın ailə qurmasına razılıq verir. (مفید، الاختصاص، ۱۴۱۴ق، ص۱۴۸.)
Həzrət Fatimei-Zəhra əleyhasəlam və Əli əleyhissəlamın dörd övladı; həzrət Həsən, Huseyn, Zeynəb və Ummu Kulsum adında övladı olmuşdur. Həmçinin Muhsin adlı son övladı isə Peyğəmbərin (sallallahu əleyhi və alih) vəfatından sonra baş verən hadisələrdə təzyiqə məruz qalmaq nəticəsində doğumundan əvvəl şəhid olmuşdur. (شهرستانی، الملل و النحل، ۱۴۲۲ق، ج۱، ص۵۷؛ ذهبی، سیر اعلام النبلاء، ۱۴۱۳ق، ج۱۵، ص۵۷۸؛ مسعودی، اثبات الوصیة، ۱۴۱۷ق، ص۱۵۴ و ۱۵۵؛ هلالی، اسرار آلمحمد، ۱۳۷۸ش، ص۲۳۱.)
Peyğəmbərin (sallallahu əleyhi və alih) vəfatından sonra həzrət Fatimənin (əleyhasəlam) həyatının son bir neçə ayında olduqca xoşagəlməz hadisələr baş vermişdir. Səqifə macərasında xilafətin qəsb edilməsi, Fədək bağının Əbu Bəkrin vasitəsilə müsadirə edilməsi və s. həzrət Fatimədən (əleyhasəlam) yadigar qalan Fədək xütbəsində aydın bəyan olunmuşdur. Bu səbəblərdən həzrət Zəhra (əleyhasəlam) ağır zərbə və sədəmə görmüş və xəstələnmişdir. Ona görə də həzrət Əli əleyhissəlama vəsiyyət etmişdir ki, şəhadətindən sonra hakim dairələrinə xəbər vermədən, Xanımı gecə ilə dəfn etsin və ona zülm edənlərə onun cənazəsinə namaz qılmalarına yol verməsin.
Beləliklə, qısa müddətdən sonra həzrət Fatimei-Zəhra (əleyhasəlam), bəzi nəzərlərə əsasən, 75 və bəzi isə 95 gün Peyğəmbərin vəfatından sonra şəhadətə çatmışdır. Əli əleyhissəlam Xanımın vəsiyyətinə, dediyi kimi də əməl etmişdir.