Usulid-dində imamət
22 December 2024
06:02
۷
Xəbərin xülasəsi :
Bismilləhir-Rahmənir-Rahim
Üsuli Kafi, İmamət mövzusunda olan rəvayətlərdən seçmələr
Həzrət imam Kazim əleyhissəlam buyurur:
"- ...عَنِ الْعَبْدِ الصّالِحِ (عليه السلام) قَالَ إِنّ الْحُجّةَ لَا تَقُومُ لِلّهِ عَلَى خَلْقِهِ إِلّا بِإِمَامٍ حَتّى يُعْرَفَ"
“Xalqın tanıdığı imamın vücudu olmadan Allahın hüccəti öz məxluqatına qarşı bərpa olmaz”.
Mənbə: Üsuli Kafi, cild 1, səh. 250 hədis 1.
Hədisin izahı:
Qiyamət günü Allah taala bəndələrini üç səbəb baş verəcəyi surətdə mühakimə edəcəkdir:
1- Onlara imam və rəhbər göndərmiş olarsa;
2- İmam onlar üçün aşkar dəlillər ilə imamət möcüzələri ilə sübuta yetmiş olarsa;
3- İmam onlara Allah qarşısında vəzifələrini başa salmış, Allahı və dini onlara tanıtdırmış olarsa.
Üsuli Kafi kitabının bəzi nüsxələrində “- حَتَّي hətta” kəlməsinin yerinə “- حَيٍّ həyy” kəlməsi verilmişdir. Bu əsasla, hədisin mənası “Xalqın tanıdığı “diri” imamın vücudu olmadan...” olacaqdır.