Ayətullah Fazil Lənkəraninin Avstraliya tələbələri ilə görüşü

15 January 2025

13:34

۹

Xəbərin xülasəsi :
2025-ci il yanvarın 6-da, Avstraliya tələbələrindən ibarət bir qrupun, Əhli-Beyt Fiqh Mərkəzində Ayətullah Fazil Lənkərani (uzun ömürlü olsun) ilə görüşündə Ali-məqamın çıxışı
آخرین رویداد ها

Bismilləhir-Rahmənir-Rahim

Ayətullah Fazil Lənkəraninin (ömrü uzun olsun) Avstraliyadan olan tələbələrlə görüşündəki çıxışı:

Gənclik dövrü, Allaha yaxınlaşma dövrüdür. Rəcəb ayında, Uca Allah ilə əlaqə qurun. Oruc tutmaq, bəndələrin Allah-Təalaya ən gözəl hədiyyəsidir.

Ayətullah Lənkərani, əl-Mustafa Beynəlxalq Universitetinin hörmətli rəsmilərinə və bu qısa müddətli kursun təşkilatçılarına təşəkkür edərək, bu yığıncaqda iştirak edən gənclərə xoş gəldiniz deyərək dedi: "Mübarək Rəcəb ayının fəzilətli günləri xüsusilə siz əziz cavanlara aiddir.

Siz əziz gənclər, bu ayın fəzilətləri haqqında nəql olunmuş rəvayətlərin əsas mövzususunuz; Bu ayın fəzilətləri fəslində haqda rəvayətlərə əməl edənlər ilk növbədə ortayaşlı və qoca insanlar deyil, siz gənclərsiniz ki, bu hədislərə daha yaxşı və daha çox əməl edə bilərsiniz.

Allah Təala, yer üzündə xəlifəsi olan insanın inkişaf və təkamülü üçün fürsətlər yaratmışdır ki, onların ən önəmlisindən biri, mübarək Rəcəb ayıdır. İnsan bu ayda nafilə və müstəhəblərə əməl etməklə Allah Təalaya daha asan yaxınlaşa bilər. Bir cümlə ilə desək, insanın Allaha yaxınlaşmaq üçün ən yaxşı zamanlardan biri, nəfsləri, qəlbləri və fikirləri şeytani vəsfəsələrdən və əyri düşüncələrdən təmizləmək vaxtı, məhz bu xeyirli və bərəkətli aydır."

Ayətullah Fazil Lənkərani Rəcəb ayının fəzilətləri haqqında qüdsi rəvayətə işarə edərək, bu günləri Allah-Taalaya qovuşmaq ayı adlandırıb, dedi: "Qüdsi rəvayətdə Allah Təbarək və Təala buyurmuşdur:

«جَعَلتُ هذَا الشَّهرَ (رَجَبَ) حَبلاً بَيني و بَينَ عِبادي فَمَنِ اعتَصَمَ بِهِ وَصَلَ بِي»

 "Bu ayı (Rəcəb) Özümlə bəndələrim arasında bir ip və möhkəm bir rabitə qərar verdim; kim bu ipə sığınsa, Mənə çatacaqdır." (İqbalül-Ə'mal, c.3, s.174)

Əbədi olan Allah ilə əlaqə və rabitə, Rəcəb ayından faydalanmaqla reallaşır.

"Qum Elmi Hövzəsinin ustadı öz tövsiyələrinin bir hissəsində bu ayı Allahın xüsusi rəhmətləri ayı adlandıraraq, belə əlavə etdi: "Həzrət Muhəmməd Peyğəmbərdən (sallallahu əleyhi və alih) nəql olunur ki, buyurmuşdur:

«رَجَبٌ شَهرُ الله الأصَبُّ يَصُبُّ اللّه فِيهِ الرَّحمَةَ عَلى عِبادِهِ»

 "Rəcəb Allahın xüsusi rəhmət ayıdır, Allah bu ayda bəndələrinə rəhmət yağdırır." (Uyunu Əxbar ər-Rza, c.2, s.171)

Rəcəb ayı, Allahın xüsusi rəhmət yağışınin yağdığı aydır və insan bu ilahi rəhmətdən faydalanmaq üçün özünü bu rəhmətlərə təqdim etməlidir. Ona görə ki, İmam Kazımin (əleyhissəlam) buyurduğuna əsasən:

«شَهرٌ عَظيمٌ يُضاعِفُ اللهُ فيهِ الحَسَناتَ و يَمحُو فيهِ السَّيِّئاتَ»

"Bu ay böyük bir aydır ki, Allah bu ayda yaxşı əməllərin savabını neçə bərabər artırır və günahları isə silib, aradan aparır." (Mən Lə Yəhzuruhul –Fəqih, c.2, s.92)

Əhli-Beyt Fiqh Mərkəzinin rəhbəri davam edərək, bu ayın ən yaxşı əməllərinə işarə edərək belə buyurdu: “Rəcəb, Şəban və Ramazan aylarında ortaq olan əməllərdən biri, oruc tutmaqdır. Bu üç mühüm ayda bu ibadətin vurğulanmasının sirri, Allah Təalanın buyurduğu bu Qüdsi rəvayətdə deyilib, buyurur:

«الصَّوم لی وَ أنا أُجزی به»

"Oruc Mənim üçündür və Mən ona mükafat verəcəyəm." (Təhzibul-Əhkam, c.4, s.152)

Böyük alimlərimiz bu qüdsi hədis üçün müxtəlif mənalar zikr etmişlər ki, mən onları təfsilatı ilə bir kitabda gətirmişəm. Lakin, mənə görə, bu hədisin daha yaxşı və uyğun mənası budur ki, əgər bəşər böyük Allahın bu qədər çox nemətləri müqabilində Uca Allaha bir hədiyyə təqdim etmək istəsə, ən yaxşı hədiyyə, orucdur. «أنا أُجزی» - felin naməlum formasında, yəni orucun mükafatı Mən olacağam. Bu cümlənin mənası budur ki, əgər mənim bəndəm Mənə bir hədiyyə təqdim etmək istəsə, ən yaxşı hədiyyə orucdur."

(ardı var)


Etiketlər :

Ayətullah Fazil Lənkəraninin Avstraliya tələbələri ilə görüşü