Həzrət İmam Muhəmməd Təqi əleyhissəlamın təvəllüdü
15 January 2025
14:05
۱۲
Xəbərin xülasəsi :
Bismilləhir-Rahmənir-Rahim
Həzrət İmam Muhəmməd Təqi əleyhissəlamın təvəllüdü
Hicri-qəməri 1446-cı il rəcəb ayının 10-u, miladi 2025-ci il yanvarın 10-u imamət və vilayət səmasının doqquzuncu parlaq günəşi, “Babul-həvaic” həzrət imam Muhəmməd Təqi əleyhissəlamın mübarək təvəllüd günüdür. Bu əziz və bərəkətli gün münasibətilə ilk növbədə ağamız həzrət imam Sahib-Zamana (Allah onun zühurunu tezləşdirsin) və Əhli-Beyt əleyhimussəlama, daha sonra dünya müsəlmanlarına və xüsusən xalqımızın mömin bacı-qardaşlarına təbrik və gözünüz aydın olsun deyirik!
Doqquzuncu Məsum imamın adı Muhəmməd, künyəsi Əbu Cəfər, ləqəbi Təqi və Cavad olmuşdur.
Məşhur nəzərə əsasən, hicrətin 195-ci ilində Mədinə şəhərində dünyaya gəlmişdir. Bir çox mənbələrdə o Həzrətin doğum gününü mübarək Ramazan ayında qeyd ediblər, lakin mərhum Şeyx Tusi Misbahul-Mutəhəccid kitabında onun viladətini rəcəb ayının 10-da qeydə almışdır.
Əziz atası həzrət imam Rza əleyhissəlam və hörmətli anası Səbikəye Nubiyə olmuşdur.
Həzrət Cavad əleyhissəlam təqribən səkkiz yaşında həzrət imam Rza əleyhissəlamın şəhadətindən (hicri 203-cü il) sonra imamət məqamına çatmışdır. Təqribən 17 il imamət dövrü olmuşdur.
İmam Rza əleyhissəlamın ailəsində, eləcə də şiələr arasında imam Cavad (əleyhissəlam) xeyir-bərəkətli uşaq adlanmışdır. Bu barədə Əbu Yəhya Sənani deyir: “Bir gün İmam Rza əleyhissəlamın yanında idim. Bu vaxt, Həzrətin azyaşlı uşağı Cavad (əleyhissəlam) bizim yanımıza gəldi. İmam Rza (əleyhissəlam) buyurdu ki, şiələrimiz üçün ondan xeyir-bərəkətli bir uşaq dünyaya gəlməmişdir.”
İmam Muhəmməd Təqi əleyhissəlamın imaət dövrü zamanın iki Abbasi xəlifəsinin, Məmun və Mu`təsimin hökmranlıq dövrü ilə müsadifdir.
Həzrət 25 yaşında ikən hicri qəməri 220-ci ildə Mu`təsimin göstərişi ilə zəhərlə şəhadətə yetmişdir. Həzrət imam Cavad əleyhissəlam Əhli-Beyt (əleyhimussəlam) imamlarının arasında ən cavan yaşında şəhid olan Məsum imamdır.
Mübarək qəbri müqəddəs Kazimeyn şəhərində əziz babası həzrət imam Musa Kazim əleyhissəlamın qəbri kənarındadır. Allahumməsəlli əla Muhəmmədin və Ali Muhəmməd və əccil fərəcəhum.مَن تَکَفَّلَ بِأیتامِ آل محمد المُنقطعین عَن أمامِهِم المَتّحَیرین فی جَهلهم، الاسراء فی أیدی شیاطینهم و فی أیدی النَّواصب منِ أعدائِنا فَاستَنقَذَهم منهم و أخرَجَهُم من حیرَتِهِمَ وَ قَهَرَ الشَّیاطین بِردِّ وَساوِسِهِم و قَهَرَ النّاصِبینَ بِحُجَج ربَّهم و دلیل أئمَّتِهِم لَیُفَضِّلون عندالله تعالی عَلَی العِباد