Ayətullah Fazil Lənkəraninin Avstraliya tələbələri ilə görüşü
15 January 2025
13:55
۱۰
Xəbərin xülasəsi :
Bismilləhir-Rahmənir-Rahim
Ayətullah Fazil Lənkəraninin (ömrü uzun olsun) Avstraliyadan olan tələbələrlə görüşündəki çıxışı
(ardı)
Ayətullah Fazil Lənkərani davam edərək vurğuladı ki, Allaha yaxınlaşmanın yalnız bir yolu var: Təkcə Allahı tanımaq və Uca Allaha çatmaq üçün qapı, Məsum İmamlar (əleyhimussəlam)-dır:
«نحن أبواب الله و نحن الصراط المستقیم»
"Biz Allahın qapılarıyıq və biz düz yoldayıq." (Məani əl-Əxbar, c.1, s.35)
Allaha yaxınlaşmanın qapısı, Əhli-Beytdir (əleyhimusəlam) və Məsum İmamlardan (əleyhimussəlam) başqa heç bir yol yoxdur.
«لَو لا هُم مَا عُرِفَ الله عزّ وجلّ»
"Əgər onlar olmasaydı, Allah tanınmazdı." (Kafi, c.1, Kitab əl-Hüccə)
Yəni əgər İmamlar (əleyhimussəlam) olmasaydı, Allahı tanımaq mümkün olmazdı.
Siz əziz gənclər, Avstraliyadan Məşhəd və Quma qədər bu uzun yolu qət etdiniz, bilin ki, ziyarətin həqiqəti tövhiddir; yəni bu ziyarətlərin məqsədi Allahı daha çox tanımaq və imanımızı gücləndirməkdir və biz inanırıq ki, İmamlar (əleyhimussəlam) Allaha yaxınlaşmaqda vasitədir.
Ayətullah Fazil Lənkərani davam edərək Allahı tanımaqda ağlın mərtəbə və dərəcəsindən bəhs edərək dedi: "Əlbəttə, biz ağlın da insanı Allaha yönəltdiyini inkar etmirik; lakin bilməliyik ki, ağıl məhdud çərçivədə bizi Allaha yönəldə bilər. Daha dəqiq desək, bəzi rəvayətlərdə də gəldiyi kimi, ağıl çıraqdır və vəhy yol yoldur; yəni Qurani-Kərim və Məsum İmamlar (əleyhimussəlam) doğru yoldur:
«نحن الصراط المستقیم»
"Biz düz yoluq", hərçənd bu yolda ağıl çırağı ilə addım atılmalıdır.”
Qum Elmi Hövzəsinin xaric dərsləri ustadı bu görüşün başqa mərhələsində, əziz gəncləri və hörmətli tələbələri Əhli-Beyt (əleyhimussəlam) rəvayətləri ilə tanış olmağa və bu böyük insanların məqamını tanımağa tövsiyə edərək dedi: "Mən siz əziz gənclərə tövsiyə edirəm ki, möhtəşəm Kafi kitabını mütləq oxuyun;
«إنّ اَلْإِمَامَةَ أَجَلُّ قَدْراً وَ أَعْظَمُ شَأْناً»
"Həqiqətən, İmamət məsələsi şan-şövkət və əhəmiyyət baxımdan daha uca və daha böyükdür" (Uyunu Əxbər Ər-Rza, c.1, s.216)
İnsan ağlı bu əzəmətli insanların məqamlarına çata bilmir."
Siz əziz şiə gəncləri, bütün səy və vaxtınızı Məsum İmamların (əleyhimussəlam) dərya genişliyində elmindən faydalanmağa sərf etməlisiniz; xüsusilə də bu dövrdə ki, İslam və Əhli-Beyt (əleyhimussəlam) düşmənləri, azdırıcı məktəblər və batil fikirlərlə bəşəriyyəti zəlalətə və şiə ilə mübarizəyə istiqamətləndirirlər.
Muəzzəmun ləh öz tövsiyələrinin son hissəsində “Qeybət əsrində” dinin həqiqətlərini dərk etmək üçün “Camiuş-şərait” fəqihlərə müraciət etməyin zəruriliyini vurğulayıb dedi: "İmam Zamanın (Allah Taala onun şərafətli zühurunu tezləşdirsin) qeyb dövründə və inşəallah onun görüşünə çatmaq ruzimiz olsun, hər birimizin vəzifəsi, dini elmləri təqvalı alimlərdən və ictihad şərtlərinə malik müctəhidlərdən və təqlid mərcələrindən almaqdır. Məsumların (əleyhimussəlam) tərəfindən “Qeybət əsrində” ictihad şərtlərinə sahib olan fəqihlərə müraciət etmə əmri təkcə formal bir məsələ deyil; əksinə, bu, dini bilən və bidətləri və təhrifləri tanıyan və onların qarşısını ala bilən elm və təqva şərtlərini özündə toplayan fəqihlərin zərurəti üçündür."
"Ayətullah Fazil Lənkərani bu görüşün sonunda, Avstraliya tələbələri və şagirdlərilə ziyarətindən məmnunluğunu bildirərək dedi: "Çox şadam ki, Avstraliyada təcrübəli ruhanilər, təqvalı, fəzilət və elmli din alimləri var və ümid edirəm ki, bütün şiələr və xüsusən də siz gənclər, bu alimlərdən layiqincə faydalanasınız. Ümid edirəm ki, bu səfəriniz çox məhsuldar olacaqdır."
Görüşün sonunda, tələbələr öz dini məsələlərlə bağlı suallarını soruşaraq Ali-məqamla səmimi söhbət etdilər.