Ramazan ayının gecələrində oxunan dua
16 May 2025
11:03
۴۴
Xəbərin xülasəsi :
Bismilləhir-Rahmənir-Rahim
Ramazan ayının gecələrində oxunan dua
Mərhum Seyid İbn Tavus “İqbalul-əmal” kitabında rəvayət edir ki, hər kəs bu duanı ramazan ayının gecələrində oxusa, onun qırx illik günahları bağışlanar. Dua belədir:
"اللَّهُمَّ رَبَّ شَهْرِ رَمَضَانَ الَّذِي أَنْزَلْتَ فِيهِ الْقُرْآنَ وَ افْتَرَضْتَ عَلَى عِبَادِكَ فِيهِ الصِّيَامَ صَلِّ عَلَى مُحَمَّدٍ وَ آلِ مُحَمَّدٍ وَ ارْزُقْنِي حَجَّ بَيْتِكَ الْحَرَامِ فِي عَامِي هَذَا وَ فِي كُلِّ عَامٍ وَ اغْفِرْ لِي تِلْكَ الذُّنُوبَ الْعِظَامَ فَاِنَّهُ لا يَغْفِرُهَا غَيْرُكَ يَا رَحْمَانُ يَا عَلامُ"
“Əllahummə rəbbə şəhri rəməzanəlləzi ənzəltə fihil Qur`an, vəftərəztə əla ibadikə fihis siyam, səlli əla Muhəmmədin və ali Muhəmməd, vərzuqni həccə bəytikəl hərami fi ami haza, və fi kulli am, vəğfir li tilkəz zunubəl izam, fəinnəhu la yəğfiruha ğəyruk, ya Rəhimu ya Əllam.”[1]
“İlahi, ey Ramazan ayının Rəbbi! Bu ayda Quranı nazil və oruc tutmağı bəndələrinə vacib etmisən. Peyğəmbər və onun Əhli-beytinə salam və rəhmət göndər, bu il və hər ildə öz evinin ziyarətini mənə nəsib et və mənim o böyük günahlarımı bağışla. Çünki həmin günahları Səndən başqası bağışlaya bilməz, ey bağışlayan və xəbərdar Allah!”
[1] “İqbalul-əmal”, səh. 61
Mənbə: “Məfatihul-cinan”, Ramazan ayının gecələrinin müştərək əməlləri.
İltimas dua!