Azari

Ramazan ayının iyirmi üçüncü gününün duasının qısa şərhi

27 March 2025

20:19

۱۰

Xəbərin xülasəsi :
İlahi! Bu əziz gündə mənim günahlarımı yu, mənim nöqsan və eyiblərimi təmizlə, qəlbimi imtahanla müttəqilərin qəlblərinin rütbəsinə alışdır; Ey günahkarların xatalarının üzrünü qəbul edən
آخرین رویداد ها

Bismilləhir-Rahmənir-Rahim

Ramazan ayının iyirmi üçüncü gününün duasının qısa şərhi

اللَّهُمَّ اغْسِلْنِي فِيهِ مِنَ الذُّنُوبِ وَ طَهِّرْنِي فِيهِ مِنَ الْعُيُوبِ وَ امْتَحِنْ قَلْبِي فِيهِ بِتَقْوَى الْقُلُوبِ يَا مُقِيلَ عَثَرَاتِ الْمُذْنِبِينَ

Əllahumməğsilni fihi minəz-zunub və təhhirni fihi minəl uyub, vəmtəhin qəlbi fihi bi­təq­vəl qulub, ya muqilə əsə­ra­til muz­nibin.

İlahi! Bu əziz gün məni etdiyim günahlardan yuyub təmizlə, məni nöqsan və eyiblərdən pak et, qəlbimi “təqvalı qəlblər”lə imtahan et (qəlbimə müttəqilərin qəlbinin rütbəsini bəxş et); Ey günahkarların xatalarının üzrünü qəbul edən!

Duada işlənən kəlmə və ifadələr:

Günahların yuyulması; Eyiblərdən pak olmaq; İlahi imtahan; Xətaların üzrünü qəbul edən.

Duanın sifariş və peyğamları:

1-Allah dərgahında tövbə və səhvinə iqrar etmək günahın çirkinliyini yuyur və tövbə edəni paklayır; (İrşadul-qulub, cild-1, səh. 180)

2-Həqiqi tövbə, ciddi peşmanlıq, birdəfəlik günahı tərk etmək əzmi, həqqunnası və həqqullahı ödəmək qərarı ilə bərabər olmalıdır.

3-Peyğəmbər-Əkrəm (sallallahu əleyhi və alih) başqalarını danlayıb təhqir etməklə öz eyiblərini yuyub təmizləmək istəyən şəxsi belə əməldən ciddiyyətlə çəkindirmişdir; (Biharul-Ənvar, cild-67, səh. 253)

4-Allah-taala müqəddəs Quranda İlahi imtahanlardan məqsəd yaxşıların pislərdən ayrılması və tanınması olduğunu bildirir; (Mulk surəsi, ayə 2; Ali-İmran surəsi, ayə 154)

5-Çox təəccübləndiricidir ki, tövbənin olması ilə bərabər bəziləri Allahın rəhmətindən naümid olurlar.

6-Qurani-Kərim: Bilmirsinizmi, bəndələrin tövbələrini qəbul edən ancaq Allah-taaladır. (Tövbə surəsi, ayə 104)

İlahi! Möminləri bu ayın fəzilət və bərəkətindən faydalandır; Onlara Behiştin ən gözəl guşəsində yer ver; Möminlərin günahlarını bu əzəmətli ayda pak et və onları əfv eylə; pərişan və çarəsiz hallarında rəhmət və inayətini onlara nazil buyur; Amin, ya Rəbbəl aləmin!

İltimas dua


Etiketlər :

Ramazan ayının iyirmi üçüncü gününün duasının qısa şərhi