Azari

Həzrət Əmirəl-möminin əleyhissəlamın Fitr bayramı xütbəsi

02 April 2025

22:51

۱۱

Xəbərin xülasəsi :
Ey insanlar! Həqiqətən, bu sizin gününüzdür, salehlərin mükafat alacağı, fasiq və batil insanların isə ziyana uğrayacağı bir gündür. O, daha çox Qiyamət gününə bənzəyir
آخرین رویداد ها

Bismilləhir-Rahmənir-Rahim

Həzrət Əmirəl-möminin (əleyhissəlam)-ın Fitr bayramı xütbəsi

Həzrət imam Sadiq əleyhissəlamdan nəql olunan hədisdə buyurur:

الإمامُ الصّادقُ عليه السلام :

خَطَبَ أميرُ المُؤمِنينَ عَلِيُّ ابنُ أبي طالِبٍ عليه السلام يَومَ الفِطرِ فقالَ :

 أيُّها النّاسُ ، إنَّ يَومَكُم هذا يَومٌ يُثابُ فيهِ المُحسِنونَ و يَخسَرُ فيهِ المُبطِلونَ ، و هُوَ أشبَهُ بِيَومِ قِيامِكُم ، فَاذكُروا بِخُروجِكُم مِن مَنازِلِكُم إلى مُصَلاّكُم خُروجَكُم مِنَ الأجداثِ إلى رَبِّكُم ، وَ اذكُروا بِوُقوفِكُم في مُصَلاّكُم وُقوفَكُم بَينَ يَدَي رَبِّكُم ، وَ اذكُروا بِرُجوعِكُم إلى مَنازِلِكُم رُجوعَكُم إلى مَنازِلِكُم في الجَنَّةِ !

عِبادَ اللّه ِ ، إنَّ أدنى ما لِلصّائمينَ و الصّائماتِ أن يُنادِيَهُم مَلَكٌ في آخِرِ يَومٍ مِن شَهرِ رَمَضانَ : أبشِروا عِبادَ اللّه ِ ؛ فقَد غُفِرَ لَكُم ما سَلَفَ مِن ذُنوبِكُم، فَانظُروا كَيفَ تَكونونَ فيما تَستَأنِفونَ ؟ !

Əmirəl-möminin Əli ibn Əbi Talib (əleyhissalam) Fitr bayramı günü xütbə oxuyaraq buyurdu:

“Ey insanlar! Həqiqətən, bu sizin gününüzdür, salehlərin mükafat alacağı, fasiq və batil insanların isə ziyana uğrayacağı bir gündür. O, daha çox Qiyamət gününə bənzəyir; Beləliklə, evlərinizdən namaz qılmağa çıxanda qəbirlərdən Rəbbinizin hüzuruna çıxacağınız günü və namazda durduğunuz zaman Rəbbinizin hüzurunda duracağınız günü xatırlayın. Yadınızda saxlayın ki, siz (bayram namazından) evlərinizə qayıtdığınız kimi (Məhşərdən) Cənnətdəki evlərinizə qayıdacaqsınız!

Ey Allahın bəndələri! Oruc tutan kişi və qadınlar üçün ən az savab odur ki, Ramazan ayının axırıncı günü bir mələk onlara xitab edərək: “Bəşarət olsun sizə, ey Allahın bəndələri!” – deyər. “Keçmiş günahlarınız bağışlandı, odur ki, görün bundan sonra etdiyiniz işlərdə necə olacaqsınız?!”[1]



[1] Tənbihul-xəvatir, cild-2, səh. 157; Əmali-(mərhum Şeyx Səduq), səh. 100


Etiketlər :

Həzrət Əmirəl-möminin (əleyhissəlam)-ın Fitr bayramı xütbəsi