Elm hövzəsinin tədris sistemində Quranın olması
17 May 2025
16:06
۳۳
Xəbərin xülasəsi :
Bismilləhir-Rahmənir-Rahim
Elm hövzəsinin tədris sistemində Quranın olması; Reallıqdan ədalətsiz mühakimələrə qədər
Xəbərin xülasəsi:
Ayətullah Fazil Lənkəraninin (ömrü uzun olsun) şiə elmi hövzələrində Quranın əhəmiyyəti ilə bağlı açıqlamaları
Mərhəmətli, Rəhmli Allahın adı ilə
Həmd olsun aləmlərin Rəbbi olan Allaha, Allahın salavatı və salamı Cənabi Muhəmməd və onun pak ailəsinə olsun
Ötən mübarək Ramazan ayında bəzi din xadimləri - təəssüf ki, ölkə mediası vasitəsilə elm hövzələrinə əsassız və qafilanə hücumlar etdilər. Əgər nikbin olsaq, bunu cəhalətdən irəli gələn hücumlar adlandırmaq lazımdır. O cümlədən, onlar elm hövzəsinin təhsil sistemində Quranın yeri olmadığını iddia etdilər. Bu iddia yalandır; Xüsusilə İslam İnqilabının qələbəsindən sonra din elmi hövzələrində ixtisaslı təfsir dərsləri çox artdı.
Mərhum atamız elmi hövzələrdə ixtisas kurslarının yaradılmasında qabaqcıllardan biri olub. Bu kurslar arasında təfsir üzrə ixtisaslaşmış dərslər, Rical elmində ixtisaslaşmış dərslər və Nəhcül-Bəlağənin ixtisaslı dərslərinə işarə etmək olar. Bu zəminədə onun aliməqam alim həzrət Ayətullahul-uzma Məkarim Şirazi ilə əlaqəsi haqqında özünün də nəql etdiyi mühüm bir xatirə var.
Hövzənin tədris illərindən birinin əvvəlində mərhum atamız həzrət Ayətullah Məkarimlə təmas tutub din hövzəsində Nəhcül-bəlağə dərsi yaratmaq niyyətində olduqlarını bildirdi və ondan bu məsuliyyəti öz üzərinə götürməsini istədi. Ayətullah Məkarim cavabında bütün saatlarının tənzim olduğunu və bir dəqiqə belə boş vaxtının olmadığını, ona görə bu tələbi qəbul edə bilməyəcəyi üçün üzr istədiyini bildirdi.
Amma ertəsi gün o, özü zəng edib soruşdu: “Zəhmət olmasa dərsin harada və saat neçədə olacağını buyurun?” Rəhmətlik atamız dünən Ayətullah Məkarimin özünün vaxtının olmadığını deməsinə təəccübləndi. Ayətullah Məkarim dedi: "Dünən gecə yuxuda gördüm ki, bir qrup dostumla İraqa səfər edirik. Onların hamısının pasportu var idi. Mənə dedilər, sənin pasportun var? Cavab verdim ki, xeyr. Ciblərimi nə qədər axtarsam da, pasport tapa bilmədim. Nəhayət, ciblərimin birində məni “Nəhcül-bəlağə”nin tədrisi üçün dəvət etdiyiniz məktub var idi, yaxud “Nəhcül-bəlağə”nin mətnindən bir səhifə idi. Mən onu göstərəndə məmur dedi: Bunun özü kifayət edər, buyurun keçin. Bu xatirə hövzənin böyük alimlərinin Qurana və Əhli-beyt (əleyhissalam) maarifinə ciddiyyətli yanaşmalarının bariz sübutu və həm də müasir hövzələrin elmi strukturunda ixtisas kurslarının mühüm rol oynamasından xəbər verir.
İslam İnqilabının qələbəsinin ilk günlərindən hövzə böyüklərinin tərəfindən dini hövzələrin elmi və tərbiyəvi təşkilinə xüsusi diqqət yönəlmişdir. İnqilabdan sonrakı ilk on ildə hövzənin idarə edilməsi əsasən bizim atamızın və bir neçə böyük alimin öhdəsində idi. Mən yaxından onların yorulmadan səy və çalışmalarının şahidi oldum; İlk vaxtlarda hövzənin nizamlı və mütəşəkkil inzibati-tədris strukturu olmasa da, onlar bütün vaxtlarını və enerjilərini hövzənin təşkilinə və akademik səviyyəsinin yüksəldilməsinə sərf etdilər.
Bu gün elm hövzəsində ixtisaslaşdırılmış kursların əsası kimi tanınan struktur əsasların çoxu elə həmin dövrdə qoyulmuşdur. Həmin dövrdə “Cəvamiul-Came`” təfsiri hövzənin tədris proqramına rəsmi və məcburi dərs kimi daxil edilmiş və tədricən ixtisaslı təfsir kursları hövzədə rəvac tapıb, geniş vüsət almışdır. Hövzənin hörmətli rəhbərliyi ilə bu yaxınlarda etdiyim söhbətdə o dedi ki, hazırda hövzədə iki yüzdən çox təfsir kursu fəaliyyət göstərir. Əvvəllər bu fənlərin sayı çox az idi, lakin bu gün hövzədə iki yüz ixtisaslaşdırılmış və ümumi təfsir dərsləri keçirilir.
Bəzən belə bir etiraz səslənir ki, məşhur “Üsul” mətnlərində, xüsusən “Kifayətul-üsul” kimi “Üsul” kitablarının birinci cildində Quran ayələrindən əsər-əlamət yoxdur, ikinci cilddə isə yalnız iki ayədən bəhs edilir ki, onlar da ötəridir. Bu sözü sitat gətirilən hörmətli insana böyük ehtiramla, bu iddianın doğruluğu üzərində düşünmək lazımdır. Müfəssəl texniki və tematik mündəricata malik “Kifayətul-usul” kitabının “Alul-Beyt” çap nəşrini şəxsən nəzərdən keçirmişəm.
Bu iki cilddə Quranın cəmi otuz altı ayəsinə istinad olaraq mübahisə edilir. Bundan əlavə, mərhum Axunddan sonra bir çox böyük Usul alimləri də çoxlu ayələri Üsul müzakirələrinə daxil etmişlər. Biz özümüz də tədrisin bu ikinci dövründə hələ “təəbbudi” və “təvəssuli” mövzularında olduğumuz halda təhlil və dəlil-sübut mərhələsində ondan artıq ayəyə istinad etmişik. Bu izahlarla necə demək olar ki, Usul elmində Qurani-Kərimə tamamilə məhəl qoyulmur? Bu iddia həm həqiqətdən, həm də insafdan uzaqdır.
(ardını izləyin)