Elm hövzəsinin tədris sistemində Quranın olması
17 May 2025
14:03
۳۶
Xəbərin xülasəsi :
Bismilləhir-Rahmənir-Rahim
Elm hövzəsinin tədris sistemində Quranın olması; Reallıqdan ədalətsiz mühakimələrə qədər
Xəbərin xülasəsi:
Ayətullah Fazil Lənkəraninin (ömrü uzun olsun) şiə elmi hövzələrində Quranın əhəmiyyəti ilə bağlı açıqlamaları
(ardı)
Hövzəvi elmlərin mövzu sərhədləri və Qurana istinadın əhəmiyyəti
Burada aşkar, lakin bəzən diqqətdən kənarda qalan bir məqamı qeyd etmək lazımdır: Quran və Sünnəni anlamaq üçün “Usuli-fiqh” bir məntiqdir; Təbii ki, bu məntiqin özünün Quran ayələrinə, xüsusən də dəlil olaraq Qurana istinad ediləcəyini gözləmək olmaz. Əgər belə olsa, o zaman “dövr” (dairə) lazım gələr, çünki Usul elmi ayələri anlamaq üçün bir vasitə olmalıdır, onlara isnad edib, bağlanmaq üçün bir yer deyil.
Bu məsələyə aydınlıq gətirmək üçün mərhum Müzəffərin “Əl-Məntiq” kitabına nəzər salmaq kifayətdir. Ola bilsin ki, orada Quranın heç bir ayəsi üzərində bəhs edilməyib. Yaxud Molla Abdullahın “Təhzibul-məntiqə Haşiyə” kitabına müraciət etsək, orada bir ayənin belə gətirilməsini də xatırlamıram. Necə ki, Əllamə Təbatəbainin, Allah ondan razı olsun, fəlsəfi əsərlərində, o cümlədən, “Bidayətul-hikmə” və “Nihayətul-hikmə”- bu iki cilddə başdan-başa Quran ayələrinə əsaslanıb, isnad edilən bir məsələnin şahidi ola bilmərik.
Təbii ki, onun intizarında da olmamalıyıq, çünki fəlsəfə mövzusu sırf intellektual anlayışlar və məsələlər olan bir elmdir. “Varlığın həqiqiliyini” və ya “məfhumun həqiqiliyini” sübut etmək üçün Quran ayələrinə istinad etmək olarmı? Xeyr, çünki ayələrin dəlaləti zənnidir, əqli müzakirələrdə isə mütləq dəlil və sübut tələb edilir. Şübhəsiz ki, ayələrdən məfhum baxımdan və ya ilhamlanmış dəstək əldə etmək və yardım almaq olar, lakin bu dəstəklər sübutu əvəz edə bilməz. Dünyanın sferikliyindən bəhs edildiyi kimi, Quranın bəzi ayələrinin Yerin kürə şəklində təzahürü olduğu, lakin bu təzahürlərin qəti bir dəlil ola bilmədiyi üçün qəti əhəmiyyət kəsb etmədiyi deyilir. Mübahisə məntiqi tələb edir ki, hər bir məsələ öz mövzusuna uyğun olaraq konkret növ sübutlardan istifadə etsin. Riyaziyyatda kimsə Qurandan ayələrə istinad etməyi gözləyirmi? Quran riyazi problemlər kitabıdırmı?
Təbii ki, elm hövzələrində Qurana daha çox diqqət yetirilməsi qayğısı çox nəcib və tamamilə uyğun bir qayğıdır. Şübhəsiz, hövzə Qurana indiyə qədər olduğundan neçə min dəfə çox diqqət yetirməlidir; Amma bu düzgün məsələni “hövzədə Qurandan heç bir xəbər yoxdur” kimi yanlış bir iddia ilə qarışdırmaq olmaz. İllərdir hövzənin akademik mühitində məşğul olduğumuz üçün yaxşı bilirik ki, bu kimi sözlər hövzənin real vəziyyətindən son məlumatsızlıq ucbatındandır. Bəli, mümkündür bəzi alimlər uca və idealist dünyagörüşü ilə “heç nə” deyələr; Ancaq onların demək istədikləri odur ki, hövzənin hazırkı nisbəti arzu olunan səviyyədən çox uzaqdır, nəinki hövzədə heç bir şey edilməmişdir.
Son illər biz bu sahədə nəzərəçarpacaq irəliləyişlərin şahidi oluruq. Məsələn, bizim Fiqh Mərkəzimiz “Tibbi fiqh ayələri” adlı toplu nəşr etdi. Yaxud, rəhmətlik atamızla bağlı - fəlsəfədə çox mahir və dərin elmə malik olsa da - demək lazımdır ki, onun elmi fəaliyyətinin əsas hissəsi fiqh və usul üzərinə yönəlmişdir. Biz onun fiqh və usul elmində əsərlərini topladıq və yalnız Qurani-Kərimə istinad edilən hissələri ayırdıq. Bu işin nəticəsi Fiqhul-Quran adlı iki qalın cild oldu.
Həmçinin İmam Xomeyninin (r.ə) usul, fiqh, fəlsəfə, irfan, əxlaq və siyasətə dair yazılarının yer aldığı əsərlər toplusundan Qurani-Kərimə istinadlar edilən müstəqil və qalın bir cild kitab onun əsərlərinin nəşriyyatı mərkəzi tərəfindən hazırlanaraq nəşr edilmişdir. Bu açıq dəlilləri nəzərə almaqla, elmi vicdanla və sədaqətlə necə demək olar ki, “hövzənin Qurana diqqət və əhəmiyyəti yoxdur”? Bu yalan və təsdiq edilməyən bir sözdür.
(ardını izləyin)