Həzrət Muhəmmədin (s) ailəsinin Alimi, Əli ibn Musa ər-Rza (ə)

06 December 2025

04:50

۲۱

Xəbərin xülasəsi :
Həzrət Ayətullah Fazel Lənkəraninin İmam Rza (əleyhissalam) haqqında açıqlamaları
آخرین رویداد ها

Bismilləhir-Rahmənir-Rahim

Həzrət Ayətullah Fazel Lənkəraninin İmam Rza (əleyhissalam) haqqında açıqlamaları

Bağışlayan və mehriban Allahın adı ilə

Səkkizinci İmam Əli ibn Musa ər-Rzanın (əleyhiməssəlam) səadətli mövludu münasibəti ilə İmam Zamanın (əleyhissəlam) mübarək hüzuruna və bütün müsəlmanlara, şiələrə və siz hörmətli fəzilət sahiblərinə təbrik deyir və ən xoş arzularımı çatdırıram.

Ümid edirəm ki, Allah-Taala bu böyük sevincli bayramın bərəkətindən bizə mümkün qədər çoxlu nemətlər nəsib etsin.

Sünni kitablarında da bəhs edilən bir rəvayətə görə, İmam Kazim əleyhissalamdan rəvayət olunur ki, buyurur: “Allahın Rəsulunu (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) və Əmirəl-möminin Əlini (əleyhissəlam) onun yanında gördüm və o, belə buyurdu:” Mən Peyğəmbəri (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) və Əmirəl-möminini (əleyhissəlam) yuxuda gördüm. Peyğəmbər xitab edərək buyurdu: “Ey Musa, sənin oğlun Uca Allahın nuru ilə görür, hikmətlə danışır, düz deyir və yanılmır”. Çoxlu rəvayətlər toplusundan belə istifadə olunur ki, Peyğəmbərin özü (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) səkkizinci imama xüsusi önəm vermiş və bunu müxtəlif məqamlarda gündəmə gətirmişdir. Bu yuxuda səkkizinci imama işarə edərək İmam Kazimə (əleyhissəlam) buyurur: “Oğlun, Uca Allahın nuru ilə görür”. “Mömin Allahın nuru ilə görər” -hədisinin tam nümunəsi bütün dünyanı və bütün varlıqları Allahın nuru ilə görən pak və məsum İmamlar (əleyhimussalam)-dır.

"Və hikmətlə danışır." Danışanda hikmətə əsaslanır, boş, yalan, faydasız sözlər demir. Hikmətə əsaslanaraq danışmaq, heç bir şəkk-şübhəsiz, qətiyyətlə danışmaq deməkdir. “(O, sözlərində) hədəfə çatır və heç vaxt yanılmir”. Bunlar, Peyğəmbərin (Ona və ailəsinə Allahın salam və salavatı olsun) İmam Kazimin (əleyhissalam) bu yuxusunda İmam Rza (əleyhis-salam) haqqında söylədiyi təbirlərdir ki, bu da əslində İmamların (əleyhimussalam) məsumluq məqamının bəyanıdır ki, orada cəhalət yeri yoxdur. “O, bilir və cəhlə yol verməz. O, elm və hikmətlə doludur.”[1] Məsumluq məqamı kamil alim olan imamlarımıza xasdır, yəni onların varlığında zərrə qədər cəhalət yoxdur; onların mübarək varlığı bilik, hikmət və idrakla doludur.

Bu rəvayəti nəql etməkdə məqsəd ilk növbədə Məsum İmamlar (əleyhimussalam), xüsusən də İmam Rza (əleyhissalam) haqqında elmimizi artırmaqdır. Allaha həmd olsun, biz fəxr edirik ki, səkkizinci İmamın (əleyhissəlam) nurlu hərəmi İrandadır və İmam Xomeyninin (r.ə) təbirincə desək, İranın mərkəzidir. Ona görə də Səkkizinci İmama (əleyhissəlam) diqqətimizi daha çox yönəltməliyik.

Dünyadakı bütün şiələr səkkizinci İmama xüsusi hörmətlə yanaşırlar. Həcc zamanı Məkkə və Mədinə şiələrinin bizdən ciddi tələblərindən biri də budur ki, İmam Rzanın (əleyhissalam) hərəmini ziyarət etsəniz, bizim tərəfimizdən də dua və ziyarət edin. Bütün müsəlmanlar və şiələr səkkizinci İmama xüsusi diqqət yetirirlər və gərək də diqqət yetirsinlər.

Sünni alimlərinin tarixinə baxın. Təkcə son əsrlərdə deyil, ikinci əsrdən bu günə qədər bütün əsrlərdə böyük sünni alimləri bu müqəddəs qəbrə xüsusi diqqət yetirmiş və bu müqəddəs qəbri ziyarət etmək üçün çox uzaqlardan piyada və ayaqyalın bu müqəddəs məzarın ziyarətinə gəlirdilər. Kitablar sünni alimlərinin ziyarətləri və bu müqəddəs qəbrə təvəssül etmələri ilə doludur.

Bəzi təbirlər çox təəccüblüdür. Əl-Hakim Nişapuri nəql edir və deyir: “Mən Əbul-Həsən Məhəmməd ibn Əli ibn Səhl əl-Fəqihdən belə dediyini eşitdim:” Dördüncü əsrin Şafii məzhəbli alimi və dövrünün böyük fəqihlərindən olan Məhəmməd ibn Əli ibn Səhl əl-Fəqihdən eşitdim ki, belə deyirdi:

»ما عرض لی مهمٌ من امر الدین و الدنیا، فقصدت قبر الرضا(علیه السلام) لتلك الحاجة ودعوت عند القبر الّا قضيت لي تلك الحاجة«

“Din və dünya ilə bağlı hər bir mühüm məsələ ilə üz-üzə qaldıqda və bu hacətim üçün Ər-Rzanın (əleyhissalam) qəbrinin ziyarətinə gedib, qəbrin başında dua etdimsə, mütləq ehtiyacım yerinə yetdi”. Şafii aliminin: “Hər bir mühüm məsələ ilə üz-üzə gəldikdə və bu hacətim üçün bu müqəddəs qəbrin yanına gedib, ədəb-ərkanla diz çöküb dua etdikdən sonra həmişə hacətimi almışam”- deməsi, çox heyrətamiz bir ifadədir.

» و فرّج الله عنی ذلک المهم و قد صارت هذه العادة إلی أن أخرج إلی ذلک المشهد فی جمیع ما یعرض لی، فانه عندي مجرب «

"Və Allah məni bu mühüm məsələnin yükündən azad etdi və bu vərdiş elə bir hala gəldi ki, başıma gələn hər bir işdə müqəddəs Məşhəd ziyarətinə gedirəm, çünki bu, mənə sabit olmuş bir təcrübədir."[2] Sözünün davamında deyir, artıq bu məsələ mənim üçün vərdiş olub, elə ki, bir hacətim olur Məşhəd ziyarətinə gedirəm. Həmin Hakimi Neyşaburi Məhəmməd ibn Əli ibn Səhl Fəqihdən nəql edir ki, istədiyim hər bir hacət istədimsə, mənim üçün yerinə yetirildi. Mən hətta yaşım yuxarı getdikdə və övlad sahibi olmaqdan ümidimi kəsəndə belə, Həzrətdən uşaq istədim, Allah mənə övlad verdi.

(ardı var)



[1] İsbatul-Hudat, cild-4, səh. 305 (یا موسی ابنک ینظر بنور الله عزوجل و ينطق بالحكمة يصيب ولا يخطي يعلم و لا يجهل قد ملا» «علماً و حكماً)

[2] Fəraidus-səmətəyn, cild-2. Səh. 220 (Tarixi Nişapurdan nəql etmişdir)



Etiketlər :

Həzrət Muhəmmədin (sallallahu aleyhi və alih) ailəsinin Alimi Əli ibn Musa ər-Rza (əleyhiməssəlam)