Həzrət Muhəmmədin (s) ailəsinin Alimi, həzrət Əli ibn Musa ər-Rza (ə)
06 December 2025
04:48
۲۱
Xəbərin xülasəsi :
Bismilləhir-Rahmənir-Rahim
Həzrət Ayətullah Fazel Lənkəraninin İmam Rza (əleyhissalam) haqqında açıqlamaları
(ardı)
Bu müqəddəs məzar həmişə Şafii, Hənbəli və digər məzhəblərdən olan bütün sünni alimlərinin və böyüklərinin marağına səbəb olub və onlar İmama üz tutublar. Bu günlərdə bəzi vəhhabilərin sitat gətirdiyi bu sözlər: Ziyarət nə deməkdir? Bunlar qəbirpərəstdirlər... Bu kimi sözlər onların cəhalət, inadkarlıq və fitrətlərinin xəbisliyindən irəli gəlir. Bu, Əmirəl-mömininlə (əleyhissəlam) olan düşmənçiliklərinə əsaslanır, əks halda onlar Quran və rəvayətlərin qaynaqlarını, eləcə də sünni alimlərinin əməlini görsünlər ki, necə inamlı olmuşlar.
Sünni məzhəbinin ən görkəmli alimlərindən biri və V əsrin alimi olan Hakime Neyşaburi özü belə deyir: «وقد عرفنی الله من کرامات التربة خیر کرامة» Bu türbətdən Allah mənə ən gözəl kəramətləri yetirmişdi. «منها انی کنت متقرساً لا اتحرک إلا بجهد فخرجت وزرت و انصرفت إلی نوقان بخفین من کرابیس فأصبحت من الغد بنوقان[1] و قد ذهب ذلک الوجع وانصرفت سالماً إلی نیسابور»[2] Oynaqlarımın quruluğuna mübtəla olmuşdum və ancaq çətinliklə yeriyə bilirdim. İmamın ziyarətinə getdim, ağrı aradan getdi, sağ-salamat Nişapura qayıtdım.
Bu məsələlər inam tələb edir; kiminsə beynində zərrə qədər şübhə varsa, belə nəticəni əldə etməsi mümkün deyil. Cəbhədə olmaq nailiyyətini qazandığım günlərdə bu məsələni bir kitabda görmüşdüm, indi hansı kitab olduğunu xatırlamıram. Döyüşdə Əmirəl-möminin (əleyhissalam)-ın əsgərlərindən birinin barmağı kəsildi. İmam onu çağırdı: “Yaxın gəl”. Sonra barmağını əlinə sıxıb nəsə pıçıldadı. Barmaq ilkin vəziyyətinə qayıtdı. Əsgər soruşdu: “Nə isə oxudunuz?”. İmam buyurdu: Bəli, mən mübarək Həmd surəsini oxudum. Əsgər soruşdu: Həmd surəsinin bu təsiri varmı? Tərəddüd etməklə, barmağı yenidən qopdu.
İmam Rzanın (əleyhissalam) həcc ziyarəti haqqında deyilir: «من زاره عارفاً بحقّه» təkcə imamət məsələsi deyil ki, biz bunların Allahın dəlili və hüccəti olduğuna inanaq. Daha doğrusu, imamların həqiqi mərifətini və şənini dərk etməyin əsas nişanəsi budur ki, biz onları İlahi lütfün vasitəçisi kimi görək və onları duaların qəbulunda ən yaxın səbəb və güclü vasitəçi hesab edirik.