Həzrət Muhəmmədin (s) ailəsinin Alimi Əli ibn Musa ər-Rza (ə)
06 December 2025
04:48
۲۶
Xəbərin xülasəsi :
Bismilləhir-Rahmənir-Rahim
Həzrət Ayətullah Fazel Lənkəraninin İmam Rza (əleyhissalam) haqqında açıqlamaları
(ardı)
Bütün şərəfli ziyarətgahlarda oxunan “Ziyarətül-varis” ziyarətnaməsində hər bir imamın bütün peyğəmbərlərin varisi olduğunu görürük. İmam Rza (əleyhissalam)-ın ziyarəti dedikdə, həzrət Adəm, İbrahim, İsa və Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) və Əmirəl-möminin (əleyhissəlam)-ın ziyarəti nəzərdə tutulur. “Varis ziyarəti” ifadəsinin mənası elə budur. Bu o deməkdir ki, biz səkkizinci İmamı ziyarət etdiyimiz anda bütün ilahi peyğəmbərləri və məsum imamları da ziyarət edirik. İnsan bilməlidir ki, bu çox adi və kiçik bir məsələ deyil. Böyük alimlərimiz, mərhum atam, Allah ondan razı olsun, səkkizinci İmamı (əleyhissalam) ziyarət etməyə böyük sevgi bəsləyirdilər. Qəribə idi ki, səhhətinin yaxşı olduğu və xidmətində Məşhədi ziyarət etdiyimiz günlərdə gündə üç dəfə ziyarətə gedər, hər dəfə ziyarəti iki saat davam edərdi. Bu, bütün din alimlərimizin və böyüklərimizin ənənəsi olub və hazırda da belədir.
Biz tələbələr daha çox diqqət yetirməliyik. Nəql edilir ki, mərhum Ayətullah Hacı Şeyx Mürtəza Hairi (Allah ondan razı olsun), elm hövzəsi hətta iki gün olsa belə, tətil olardısa, elə bu avtobuslarla və tapa bildiyi hər hansı nəqliyyat vasitəsilə, çətinliklə ziyarətə gedib, ziyarət edər və geri qayıdardı. Bəzi alimlər Qumdan Məşhədə gedir, yarım saatlıq ziyarət edib geri qayıdardılar.
Bunlar çox əhəmiyyətlidir, gəlin bu fürsətləri əldən verməyək. O böyük əhli-sünnə alimi deyəndə ki, nə vaxt dini və ya dünyəvi istəyim olsa, İmam Rzanın (əleyhissalam) ziyarətinə gedib, ondan kömək istəyərdim, biz də ondan yararlanmalıyıq.
İkinci məqam, son zamanlarda “Müqəddəs Hörümçək” filmini çəkməklə bu nəcib İmamın müqəddəs məqamına təhqirlə yanaşanlara qarşı güclü nifrət ifadə etməkdir.
İnsan bunlar haqda hansı təbiri etsin? İmamı tanımırlar və bu işlərin pərdəsi arxasında istəkləri budur ki, dindarların və şiələrin gözündə onların müqəddəs inanclarını zəiflədib, aradan aparsınlar. Sadəlövh təxəyyüllərə qapılaraq min ildən artıq dövrdə xalqın müqəddəs ziyarətgaha sevgi və eşqlə bəslədiyi etiqadının qarşısını təhqiramiz bir filmlə almağa çalışırlar. Üçüncü və dördüncü əsrlərdə yazılan bəzi sünni kitablarında, heç bugünkü təşkilatın mövcud olmadığı bir vaxtda, Harun ər-Rəşidin qəbrinin kənarında dam qoyulmuş və bir qrup orada davamlı olaraq etikafa çəkilmişlər. Bu tarixi olan inancı insanlardan almaq olarmı? Bu heç vaxt baş verməyəcək.
Bu filmi çəkənlər və onun mükafatını alanlar bədbəxt insanlardır, dünya əsiridirlər, dünya istəklərinə, dünyapərəstliyə, maddiyyata bulaşmış insanlardır. Ona görə də, onlar hər hansı bir şəkildə özlərini məhv etməyə hazırdırlar, boş yerə əl-qol atıb, çırpınırlar. Görəsən, bir neçə əziz tələbəmizin İmam Rzanın (əleyhissalam) hərəmində şəhadətə çatdırılması xalqın İmam Rza (əleyhissalam) və ya ruhanilərə baxışlarının dəyişməsinə səbəb oldu? Nəyi axtarırlar? Əksinə, bu işlərlə onlar tələbələri gələcəkdə bir-biri ilə daha çox həmahəng olmağa və iradələrini daha da gücləndirməyə sövq etdilər ki, səkkizinci İmam (əleyhissalam) və şiə məzhəbi ilə bağlı öz vəzifələrini daha yaxşı yerinə yetirə bilsinlər.
Ümid edirəm ki, bu mübarək gündə Allah-Taala hamımızı Həzrətin həqiqi zəvvarlarından qərar versin.
Əssəlamu aleykum və rəhmətullahi və bərəkatuh