Ərəfə günü və Ərəfə duası ilə bağlı açıqlamalar

05 December 2025

19:14

۱۸

Xəbərin xülasəsi :
Həzrət Ayətullah Fazel Lənkəraninin (Bərəkətli ömrü uzun olsun) Ərəfə günü və Ərəfə duasl ilə bağlı açıqlamaları
آخرین رویداد ها

Bismilləhir-Rahmənir-Rahim

Həzrət Ayətullah Fazel Lənkəraninin (Bərəkətli ömrü uzun olsun) Ərəfə günü və Ərəfə duası ilə bağlı açıqlamaları

Xəbərin xülasəsi

Ərəfə gününün xüsusiyyətlərindən biri də odur ki, Qurban bayramı ondan sonra olması ilə yanaşı, böyük bayramlardan biridir, çünki Allah-taala Ərəfə gecəsi və günündə bəndələrinə xüsusi nəzər yetirir, rəhmətini dua və munacatla məşğul olanların üzərinə yağdırır... Bu Ərəfə duasının insanı Allaha sürətlə yaxınlaşdıran və bağlayan dərin mənaları var... Bu gecə və gündüzdə qeyd olunan və tövsiyə edilən müstəhəb əməllərə diqqət yetirməliyik.

Bismilləhir-Rahmənir-Rahim

Həmd olsun aləmlərin Rəbbi olan Allaha, Allahın salavatı və salamı Cənabi Muhəmməd və onun pak Əhli-Beytinə olsun.

Ərəfə gününün xüsusiyyətlərindən biri də odur ki, Qurban bayramı ondan sonra olması ilə yanaşı, böyük bayramlardan biridir, çünki Allah-taala Ərəfə gecəsi və günündə bəndələrinə xüsusi nəzər yetirir, rəhmətini dua və munacatla məşğul olanların üzərinə yağdırır.

Əsasən, bu gecə üçün qeyd olunan müstəhəb əməllərin bir çoxu onun çox əzəmətli bir gecə olduğunu, dua və bağışlanma diləməyin Allah-taala tərəfindən bəyənildiyini bildirir.

Ona görə də bu gecə və gündüzdə qeyd olunan və tövsiyə edilən müstəhəb əməllərə diqqət yetirməliyik. Hətta onun ən mühüm müstəhəb əməllərindən biri də duada zəiflik yaratmamaq şərti ilə Ərəfə gününün orucudur.

Ərəfə duası ilə bağlı iki mətləb barəsində danışmaq istəyirəm.

Biri, Ərəfə duasının sonunda gələn və bəzilərinin ona bəzən daha çox diqqət yetirdikləri ifadələrdir.

Bu ifadələrin İmama (əleyhissəlam) aid olub, duanın bir hissəsi kimi sayılması, yoxsa İmama (əleyhissəlam) heç bir aidiyyatının olmaması ilə bağlı mübahisəli mövzudur?!

Hazırkı “Məfatihul-cinan” kitabı əvəzinə keçmişdə xalqın ixtiyarında olan və çox gözəl bir dua kitabı olan Mərhum Kəfəminin “Bələdul-Əmin” və mərhum Məclisinin “Zadul-məad” kitablarında bu ifadələr qeyd edilməmişdir.

Mərhum Məclisinin özü möhrəşəm “Biharul-ənvar” kitabının 98-ci cildində belə bir ifadə buyurur:

«قد أورد الكفعمي أيضاً هذا الدعا في البلد الأمين و إبن طاووس في مصباح الزائر»

«كما سبق ذكرهما ولكن ليس في آخره فيهما بقدر ورقٍ تقريباً»

Mərhum Məclisi buyurur:

«إلهي أنا الفقير في غناي فكيف لا أكون فقيراً في فقري»

Bu ifadə, nə mərhum Seyyid ibn Tavusun “Misbahuz-zair” kitabında, nə də mərhum Kəfəminin “Bələdul-Əmin” kitabında qeyd edilmişdir.

Mərhum Seyyidin “İqbal” kitabının bəzi nüsxələrində belə gəlib:

«وكذا لم يوجد هذه الورقة في بعضٍ نسخ العتيقة من الإقبال»

“İqbal” kitabının bəzi nüsxələrində də qeyd edilməmişdir.

Sonra mərhum Məclisi deyir ki, bu əlavədə qeyd olunan bu söz və ifadələr, dua kitablarında Məsumların (əleyhimussəlam) dualarında qeyd olunan ifadələrin məzmunu ilə uyğun gəlmir.

«و إنما هي علي وفق مذاق الصوفية»

“Bu sufi zövqü ilə uyğun gəlir.”

«ولذلك قال بعض الأفاضل أنّ كون هذه الورقة»

Yaxud:

«ذهب بعض الأفاضل إلي كون هذه الورقة من مزيدات بعض مشايخ الصوفية و من إلحاقاته و إدخالاته»

Bəzi sufi şeyxləri gəlib bunu əlavə etmişlər.

İnsan bu ifadələri görəndə anlayır ki, mərhum Məclisi doğrudan da haqlıdır. Bunlar İmamların (əleyhimussəlam) üslubuna və məzmununa uyğun gəlməyən ifadələrdir. “Səhifei-Səccadiyyə”ni əvvəldən axıra qədər oxusanız, belə bir ifadənin gəldiyini xatırlamıram.

Yaxud bu ifadə:

«الهي طهّرني من شكّي و شركي قبل حلول رمصي»

Mən hər nə qədər nəzər saldım (təbii ki, dini mənbələrdə tam olaraq axtarışmadım) və bilmək istədim ki, görəsən, “Əbu Həmzə Somali”, “Səhifei-Səccadiyyə” və digər dualarda elə bir yer varmı ki, Məsum imam (əleyhissəlam) buyursun:

«الهي طهّرني من شكّي و شركي»

Mümkündür bəzən belə bir təbir olsun:

«أعوذ بك من الشكّ و الشرك»

Yəni sənə sığınıram ki, həyatımızda heç vaxt şübhə və şirk yaranmasın.

Amma bu təbir:

«الهي طهّرني من شكّي و شركي قبل حلول رمصي»

“Ölüm məni haqlamazdan və qəbrə daxil olmaq zamanı çatmazdan əvvəl məni paklandır”, yoxdur.

Yaxud başqa bir təbir:

«الهي حقّقني بحقايق أهل القرب واسلك بي مسلك أهل الجذب»  

Əhli cəzb və əhli qurb təbirləri ürəfa və sufilərin istilahıdır... 

Qurani-Kərimdə “muqərrəbin” ifadəsi gəlibdir:

«السّابقون السّابقون اولئك المقرّبون»

Amma “əhli-qurb” ifadəsi, xeyr!

Yaxud bu ifadə:

«الهي علمت باختلاف الآثار و تنقّلات الأطوار أنّ مرادك منّي عن تتعرف إليّ في كلّ شيءٍ حتّي لا أجهلك في شيء»

Bunlar həqiqətən Məsum İmama (əleyhissəlam) və duaların məzmununa uyğun olmayan ifadələrdir.

Buna görə də insanda güclü şübhə yaranır ki, Ərəfə duasının bu son hissəsi, İmamın (əleyhissəlam) tərəfindən deyilməyibdir. İndi kimsə bunu rəca (ümid) və ya ehtimal olaraq oxumaq istəsə, heç bir problem yoxdur, lakin İmam Hüseynin (əleyhissəlam) belə buyurduğunu deyə bilmərik. Xüsusən də əvvəlki hissənin sonundakı “Ya Rəbbim!, Ya Rəbbim!” ifadələrindən sonra. Rəvayət edilir ki, İmam, Əhli-beyti və səhabələri o qədər ağlayaraq “Ya Rəbbim!” dedilər ki, gün batdı, sonra da “Amin!” dedilər. Bununla, namaz bitdi və Məşəra tərəf hərəkət etdilər.

Bəziləri duanın bu hissəsinin VIII əsrdə və ya VII əsrin sonlarında mistik nüfuz sahibi olan, İbn Ətai İsgəndərani adlı arif və sufilərdən birinə mənsub olan “Əl-Hikəmul-Ətaiyyə” adlı kitaba aid olduğunu bildirmişlər. Sonra bir nəfər də deyib ki, mən əslində bütün bu məzmunu o kitabda görmüşəm. Mümkündür bu hissə zaman keçdikcə yavaş yavaş duanın tərkib hissəsi kimi ona əlavə edilib. Bu birinci məsələ.


(ardı var)



Etiketlər :

Həzrət Ayətullah Fazel Lənkəraninin (Bərəkətli ömrü uzun olsun) Ərəfə günü və Ərəfə duasl ilə bağlı açıqlamaları