Ərəfə günü və Ərəfə duası ilə bağlı açıqlamalar
05 December 2025
19:06
۲۱
Xəbərin xülasəsi :
Bismilləhir-Rahmənir-Rahim
Həzrət Ayətullah Fazel Lənkəraninin (Bərəkətli ömrü uzun olsun) Ərəfə günü və Ərəfə duası ilə bağlı açıqlamaları
İkinci məsələ, Ərəfat duasının məzmununa diqqət yetirməkdir, yəni bu Ərəfə duasında insanı Allaha tez bağlayan məzmunlar var. Baxmayaraq ki, duaların məzmunu bütövlükdə Allaha yaxınlaşmaq, insanın dünyadan və dünya bağlılığından uzaqlaşmasında təsirlididir. Amma Ərəfə duasının müxtəlif yerlərində çox mühüm təbirlər vardır ki, olduqca əhəmiyyətlidir.
Ərəfə duasının bu təbirlərini təqdim etməzdən əvvəl Ərəfə gününün özündə çox tövsiyə edilən şeylərdən biri də Allahı təsbih etməkdir. Mərhum Seyidin “İqbal” kitabında qeyd etdiyi bu “onluq təsbihin” istənilən qədər təkrarlanması tövsiyə olunur:
«سبحان الذي في السماء عرشه»
Bu təsbihlər ona görədir ki, bizim naqis və zəif zehnimiz bəzən əslində pak olan Allah-taalaya diqqət yetirmir, lakin biz özümüzə Allahın pak və qüsursuz olduğunu təlqin etməliyik.
Bu təsbihlər zehni təmizləyir, nəfsi duruldur, qəlbi nurlandırır, ruhu Allaha yaxınlaşdırır. Ona görə də insan bu təsbihləri nə qədər çox desə, bir o qədər faydası var. Təsbihdən məqsəd insan zehninin çirkinliklərdən təmizlənməsidir. Əgər səmadırsa, Allahın Ərşidir, əgər yerdirsə, Allahın hökmüdür, əgər qəbirdirsə, Allahın qəza-qədəridir, əgər cəhənnəm atəşidirsə, Allahın qüdrətidir, əgər cənnətdirsə, Allahın rəhmətidir, əgər Qiyamətdirsə, Allahın ədalətidir, hər şey Allaha məxsusdur. Dünya, axirət, səma, yer, quru, dərya, və hər bir şey Allaha məxsusdur.
Deməli, biz bu təsbihləri zikr etməliyik. Buna çox da tövsiyə edilibdir. Həmçinin zikrlər də var ki, insan onlardan bəzilərini Ərəfə günü yüz dəfəyə qədər oxumalıdır. Sonra Ərəfə duasının bu hissəsini qeyd edim, görün Həzrət Allah ilə necə raz-niyaz edir:
«و إن اعدّ نعمك و مننك و كرامك و منحك لا احصيها يا مولاي»
"İnsan Allahın ona verdiyi nemətləri xatırlamalıdır. Əvvəl etiraf edək ki, biz bu nemətləri saya bilmərik. İlahi, Sənin nemətlərini saymaq istəsəm, saya bilməzdim".
Sonra Həzrət ərz edir:
«أنت الذي مننت»
İnsan bunları daimən zikr etməlidir və ancaq Ərəfə gününə də aid deyil. İnsan tək olanda, gecə namazı qılanda və tək halında bu zikrləri desin və onları əzbərləsin. “Sən məni minnətdar etdin.”
«انت الذي انعمت»
“Sən mənə nemətlər verdin.”
«أنت الذي أحسنت»
“Sən mənə yaxşılıq etdin.”
«أنت الذي أجملت، أنت الذي أفضلت، أنت الذي أكملت، أنت الذي رزقت»
Əgər məndə yaraşıq varsa, əgər məndə fiziki və mənəvi gözəllik varsa, əgər məndə bilik varsa, hamısını Sən verdin və mənim heç bir şeyim yoxdur. Əgər ruzi varsa, onu Sən verdin.
«أنت الذي اعطيت أنت الذي اغنيت»
Mən möhtac deyiləm, əgər indi əlim başqalarına tərəf uzanmazsa, Sən məni ehtiyacsız etdin, mənə sığınacaq verdin, Sən mənə kifayətsən, məni hidayət etdin, məni büdrəyib, yıxılmaqdan saxladın.
Bəzən insan özündə qürur duyur və deyir ki, özümə baxıram, böyük günah işlətməmişəm. İnsanın belə düşünməsi öz-özlüyündə günahdır. O, bizi qorudu və pisliklərdən saxladı.
«أنت الذي سترت أنت الذي غفرت أنت الذي أعنت»
Xüsusilə biz tələbələr, istər maddi, istər mənəvi, istər elmi, istərsə də qeyri-elmi bu nemətləri dərk edəndə, ayağa qalxıb iki rükət namaz qıldıqda, “Allahım, sən bizə iki rükət namaz qılmağımıza kömək etdin” -deyirik. Quran oxuduqda deyək ki, Sən bizi müvəffəq etdin. Məsum imamların (əleyhimussəlam) ziyarətinə getdikdə, deyək ki, Sən bizə bunu nail etdin. Əgər Sənin nailiyyətin olmasaydı, biz bunları edə bilməzdik.
Əgər bunları deyiriksə və həqiqətən inanırıqsa, bütün bu nemətlər və sahib olduğumuz hər şey Uca Allahdandır, cavabında Həzrət Əbu Abdullah (əleyhissəlam) buyurur:
«ثم أنا يا الهي المعترف بذنوبي فاغفر حالي»
“Əvvəlcə günahlarımı etiraf edirəm, mənim günahlarımı bağışla.”
«أنا الذي عصيت أنا الذي الذي أخطأت أنا الذي جَهِلتُ»
“Mən asiyəm, günah edən mənəm, cəhalətdə qalan mənəm.”
Aman Allah! Mən pis etdim, səhv etdim, cahillik və nadanlıq etdim.
«أنا الذي غفلت»
“Səhlənkarlıq və qəflət özümdəndir, səhv mənimdir.”
Sonra ərz edir:
«فبأي شيءٍ أستقبلك يا مولاي أبسمعي»
Olduqca təəccübedici ifadədir. Bütün bu etiraflardan sonra; Nadan oldum, cəhalətə düşdüm, səhv etdim, xəta etdim.., Allahdan soruşur ki, ay Allahım, Sənin dərgahına necə və nə ilə üz gətirim? (Əstəqbilukə ya məvlayə! Əbisəm`i?) Qulağımla?
«أم ببصري، أم بلساني، أم بيدي، أم برجلي، أليس كلّها نعمك عندي»
Bütün bunlar Sənin mənə əta etdiyin nemətlərindir.
«و بكلّها عصيتُك»
Mənə verdiyin bütün nemətlərlə sənə asi oldum.
«فلك الحجّة و السبيل عليّ»
"Sənin mənə qarşı sübut-dəlilin var, yəni mənim haqqımda nə mühakimə etsən, nə hökm versən, doğrudur."
İmam (əleyhissəlam) özünü belə təqdim edir. Əslində Ərəfə duasında, qeyd etdim ki, fürsət yoxdur bu duanı qısa da olsa şərh edək. Ancaq gəlin həyatımızda çox təsirli və olduqca əhəmiyyətli məzmunlara malik olan bu duaları oxuyaq və hafizəmizdə saxlayaq. Xüsusilə, namazın qunutunda bu duaları oxuyaq. Bu duanı qunutunda oxuya bilən şəxs nə bəxtiyardır və Allah-taala ona hansı nemətləri bəxş edər?
Allah Ərəfə günü vəd etmişdir ki, Ramazan ayında kimsə bağışlanmazsa, Ərəfə gününə ümid bəsləsin. Biz də dua edirik, Allahım, ümidvarıq ki, hamımıza geniş və böyük rəhmət bəxş edərsən, inşallah.
Əssəlamu aleykum və rəhmətullahi və bərəkatuh