Qədir İslamı azğın firqələrdən qorumaq üçün bir qaladır
05 December 2025
21:43
۲۱
Xəbərin xülasəsi :
Həzrət Ayətullah Fazel Lənkəraninin (Bərəkətli ömrü uzun olsun) azmış bəhai firqəsi haqqında tədqiqat və araşdırma aparanların toplantısında verdiyi açıqlamalar
Bismilləhir-Rahmənir-Rahim
Həmd olsun aləmlərin Rəbbi olan Allaha, Allahın salavatı və salamı Cənabi Muhəmməd və onun pak ailəsinə olsun.
Sizi, əqidə məsələləri tədqiqatçılarını, xüsusi olaraq azmış Bəhai firqəsi araşdırıcılarını mübarək Qədir bayramı münasibəti ilə təbrik edirəm.
Siz çox yaxşı bilirsiniz ki, tarix boyu firqələr düzəltməyin əsas məqsədi istər şiələr, istərsə də sünnilər arasında müsəlmanların işlərinə hakim olmaq olub. Yəni bu o deməkdir ki, təriqət yaratmaq, hətta uydurma ürfanlarda belə, bəşəriyyətin mənəvi və həqiqi ehtiyaclarını ödəmək məqsədi daşımır, çünki onu yaradanlar öz fəlsəfi və ya ictimai əsaslarına əsaslanaraq, İslam dini ilə yanaşı, bəşəriyyətin həqiqi ehtiyaclarını ödəmək üçün əməl oluna biləcək bir firqə yaratdıqlarını söyləmək istəmirlər. Əksinə, müsəlmanların arasında düzələn bu firqələrin hamısı, bəlkə də digər dinlərdə də belədir, müsəlmanların ictimai və siyasi işlərinə nüfuz etmək üçün yaradılmışdır. Əsasən müsəlmanların siyasi gücünün daxilinə nüfuz etməyin əsas yolu firqə yaratmaq idi.
Biz bir dəfə azmış Bəhai firqəsinə o cəhətdən baxırıq ki, onlar gəlib bütün müsəlmanların, xüsusən də şiənin prinsiplərinə zidd olan bir fikir uydurdular və sonra deyirik ki, onun batil olması bizim fundamental inanclarımızla uyğun gəlmir. Şeyxilərin, sonra da babilərin, daha sonra isə bəhailərin, istər Quranın təfsirində, istərsə də rəvayətlərin təhlilində, əqli və kəlami əsaslar baxımdan müəyyən mənada Əhli-beytin (əleyhimussalam) təlimlərinə ziddir.
Bəhailik tarixində çüşahidə etdiyiniz kimi, onlar öz elmi dəyərlərini mülahizə və sübutda deyil, yuxu və xəyal dünyasında eyni ilhamda görürlər. Şeyx Əhməd Əl-Əhsai illəri Nəcəfdə keçirsə də, mərhum Vəhid Behbəhani və başqalarının dərslərində iştirak etsə də, Şeyxilər onun böyüklüyündən danışmaq istədikdə onun gördüyü yuxulara isnad edirlər. Yəni araşdırılması və yoxlanılması mümkün olmayan bir sənədi gündəmə gətirirlər. Bizim dövrdə Əhməd əl-Həsən də eyni taktikalardan istifadə edir. Yaxşı olardı ki, bunları öz işinizdə çıxarıb elmi hövzələrə və ictimaiyyətə təqdim edəsiniz.
Bunlar belə yuxu və iddialarla hansısa dini, ideologiyanı təbliğ etmək istəmirlər. Məsələn, fəlsəfədə Əbu Əli bir prinsipin əsasını qoyduğunu deyirik. Bu, öz arqumentləri ilə təkzib və təsdiqlənə bilən bir intellektual əsasdır. Lakin o, bu fəlsəfi əsasları irəli sürməklə nüfuz etmək məqsədi güdmürdü. Yaxud Molla Sədra “Hərəkəte cövhəri” nəzəriyyəsini müzakirəyə çıxarmaqla hakimiyyətə və ya siyasətə təsir etmək istəmirdi. Amma bilirsinizmi, Qərbin fəlsəfə fəaliyyətinin əsası filosofları ön plana çıxarmaq və onları mehvər təyin etməklə nəzəriyyələrini irəli sürərək ölkələrin siyasi strukturlarına nüfuz və təsir etmək olmuşdur.
İndi vacib bir müzakirə ondan ibarətdir ki, bu Bəhai firqəsi saxta dini təriqət olmazdan əvvəl siyasi bir firqədir və bu məsələyə diqqət yetirilməlidir. Bu məsələnin dəlilləri nəzərdən keçirilməlidir, niyə bir firqə siyasidir? Qacarlar dönəmində bu insanlarla münasibətlər, Rusiya və Böyük Britaniya səfirliklərinin onlara göstərdiyi dəstək xalqa, xüsusən də mətbuatda izah edilməlidir ki, təəssüflər olsun ki, bu mövzuya çox az yer verilir.
İranda bəhailiyin tarixinə baxın. Qacarlar dövründə Əmir Kəbir və Nasirəddin şahın müqaviməti ilə üzləşdikləri zaman Aşqabad deyilən yerə və ya başqa yerə pənah apardılar və Rusiya hökuməti onlara dəstək oldu. Yaxud İran daxilindəki Rusiya və İngiltərə səfirlikləri onların rəhbərlərinə dəstək olub, onlara sığınacaq verdilər. Belə çıxır ki, bəhailik İranın və şiəliyin, ümumi mənada müsəlmanların sosial taleyinə təsir etmək üçün yaradılıb və tətbiq edilib.
Bəhailiyin təkcə Məşrutə hərəkatına nüfuz tarixi bölümü öz-özlüyündə çox ibrətamiz və əhəmiyyətli bir fəsildir. İranda hicabın götürülməsi məsələsini əslində Rza xandan əvvəl kim qaldırıb? Bəhailik onu öndəmə çıxarmışdı. Bəhailik hicabın götürülməsini gündəmə gətirdiyi halda, Abbas Əfəndi qadın azadlığı məsələsini müzakirə edərək Qadın Azadlıq Şurasını yaratdı və hicabın götürülməsini izlədi, tələbələr və ətrafındakılar aksiyaları çox mütəşəkkil və sistemli şəkildə həyata keçirdilər.
Bu məsələni tam nəzərə almaq lazımdır ki, Bəhailik şiələrə və İran cəmiyyətinə təsir etmək istəyirdi və İran üzərində nəzarəti ələ keçirməklə təkcə dini dəyişməyə deyil, həm də İran kimliyini dəyişməyə çalışırdı. Əcnəbilərin bu torpaqlara hakim olmasının yolu xalqın dini və milli kimliyini dəyişdirməkdir və bunun üçün planlarından biri də hicabı götürmək idi.
Qacar dövründən bəhailiyin tarixini araşdırdığımız zaman, Nəsirəddin şahdan sonra hakimiyyətə gələn Müzəffərəddin şah, onlara meydan verdi, sonra Əhməd şah da həmçinin. Pəhləviyə yetişdikdə onlar yavaş-yavaş qol-qanad aldılar və bu yüksəlişin mənbəyi Rusiya, İngiltərə və Amerika ölkələri ilə sıx əlaqələri oldu. Baxmayaraq ki, bu üç ölkənin metodlarında müəyyən fərqlər var idi. Bu ölkələrlə əlaqə quraraq, İranda təşkilat yaradıb, rəsmi mövqelər qazandılar və güc toplaya bildilər. Vaxt var idi ki, İngiltərə və müstəkbir ölkələri çox önəmli göstərmək istədikdə deyirdilər ki, əgər ağacdan bir yarpaq düşərsə, onların bundan xəbər tuturlar. Onlar özlərini daha nüfuzlu göstərmək üçün, xüsusən də Pəhləvi dövründə, Rza şahın özünün bəhai olduğunu söyləyərdilər. Bütün yüksək vəzifəli şəxslərə bu qədər nüfuz qazandıqlarını bildirmək üçün bunu reklam edərdilər.
Həqiqətən də İslam İnqilabının mühüm nailiyyətlərindən biri bəhailiyin bu ölkədən qoparılması idi. Düzdür, indi bəzi əyalətlər bu xəstəliyə yoluxub və ataları və ya babaları bəhai olan bəzi insanlar indi bəhai ailələridir və İslam hökumətinin bu insanlarla da bağlı planı olmalıdır. Təbii ki, onların dördüncü və beşinci təbəqədən olan adamı nüfuz etmək niyyətində olmaya və ya bu məsələlərin arxasınca getməyə bilər, lakin bəhailiyin əsası İran və İslam üçün çox təhlükəli bir firqə olaraq qalır.
Bu firqə azğınlıq və bidətlər olan bir firqə olduğu üçün ona yalnız dini baxımdan baxmamalıyıq. Bəhailik İran və İslam üçün təhlükədir. Bu gün bu təhlükə keçmişdə olduğundan daha şiddətli ola bilər. Axı onların İngiltərəyə, İsrailə, Amerikaya, Rusiyaya gedib çıxan kökləri hələ qurumayıb. Onların kökləri bu gün daha da möhkəmlənib və bəhailiyin ölməsinə imkan vermək istəmirlər. Bu gün açdıqları saytların, əllərində olan reklamların, hətta İranda belə onlar üçün təmin etdikləri şəraitin müqabilində necə onların sönüb, aradan getməsinə razı olarlar?
Deməli, birinci məsələ odur ki, bəhailiyin təkcə İslam üçün deyil, həm də İran üçün çox böyük təhlükə olduğunu araşdırıb üzə çıxarın və hakimiyyət orqanlarına sübut edin. Bəhailik ölkənin müqəddəratına nüfuz etmək məqsədini güdür. Məşrutə məsələlərində Abbas Əfəndinin və başqalarının konstitusiya liderlərini qızışdırmaq üçün məktubları və onların məşrutəçilərə qarşı azar və əziyyətləri bu məsələnin doğruluğuna dəlildir.
Bəlkə də bəhailiyin Məşrutə məsələsinə təsiri olmasaydı, mərhum Şeyx Fəzlullah Nurinin qəziyyəsi baş qaldırmaz və Məşrutə öz prosesini düzgün məcrada irəli aparardı. Mərhum Axund Xorasaninin yanına bir nəfər göndərən Abbas Əfəndinin ictihad və fiqh dövrünün bitdiyini bildirən bu ifadəsi: Fəqahət və ictihad dövrü tamam oldu, gedin öz işinizin ardınca. Yəni İranın müqəddəratına təsir etmək üçün ruhanilərin və hakimiyyətin aradan götürülməsi bəhai şüarlarının ön sıralarında yer alırdı.