Günün hədisi

05 December 2025

15:25

۵۸

Xəbərin xülasəsi :
Həzrət Əli ibn Huseyn əleyhiməssəlam buyurur: Döyüş gərginliyi artdıqca Huseyn (əleyhissalam) və onun bəzi xüsusi səhabələri nura qovuşur, bədənləri sakitləşir, ruhları rahatlıq tapırdı
آخرین رویداد ها

Bismilləhir-Rahmənir-Rahim

Günün hədisi

Həzrət Əli ibn Huseyn əleyhiməssəlam buyurur:

لمّا اشتَدَّ الأمرُ بالحُسينِ بنِ عليِّ بنِ أبي طالبٍ عليهما السلام نَظَرَ إلَيهِ مَن كانَ مَعهُ فإذا هُو بخِلافِهِم، لأنّهُم كُلّما اشتَدَّ الأمرُ تَغيَّرَت ألوانُهُم و ارتَعدَت فَرائصُهُم و وجَبَت قُلوبُهُم، و كانَ الحُسينُ عليه السلام و بعضُ مَن مَعهُ مِن خَصائصهِ تُشرِقُ ألوانُهُم و تَهدَأُ جَوارِحُهُم و تَسكُنُ نُفوسُهُم، فقالَ بَعضُهم لبَعضٍ:  اُنظُروا، لا يُبالي بالمَوتِ!

 فقالَ لَهُمُ الحُسينُ عليه السلام:  صَبرا بَني الكِرامِ! فما المَوتُ إلاّ قَنطَرَةٌ تَعبُرُ بِكُم عَنِ البُؤسِ و الضَّرّاءِ إلَى الجِنانِ الواسِعَةِ و النَّعيمِ الدّائمَةِ، فأيُّكُم يَكرَهُ أن يَنتَقِلَ مِن سِجنٍ إلى قَصرٍ؟! 

“(Kərbəla vaqeəsində) döyüş gərginliyi Hüseyn ibn Əli ibn Əbi Talib (əleyhimus-salam) üçün artıb, çətinləşəndə İmamın səhabələri ona baxıb gördülər ki, onun əhval-ruhiyyəsi onların vəziyyətindən əksinədir, çünki hər vaxt gərginlik artırdısa, onların rəngləri ağarır, bədənləri titrəyir, ürəkləri daha tez döyünürdü. Halbuki, Hüseyn (əleyhissalam) və onun bəzi xüsusi səhabələri nura qovuşur, bədənləri sakitləşir, ruhları rahatlıq tapırdı.

Bu vəziyyəti gördükdə onlar bir-birinə dedilər: Baxın, ölüm onun üçün qorxulu deyil! Hüseyn (əleyhissalam) onlara dedi: “Səbr edin, ey şərəf sahibləri! Çünki ölüm sizi əzab və sıxıntıdan geniş bağlara və əbədi nemətlərə aparan körpüdən başqa bir şey deyil. Hansınızın zindandan çıxıb, saraya aparılması xoşuna gəlmir?!”


Mənbə: Məanil-Əxbar, səh. 288, hədis-3


Etiketlər :

Günün hədisi