Huseyn ibn Əli əleyhiməssəlam Qurani-Kərim mənzərindən
05 December 2025
15:24
۶۷
Xəbərin xülasəsi :
Bismilləhir-Rahmənir-Rahim
Huseyn ibn Əli əleyhiməssəlam Qurani-Kərim mənzərindən
İt`am ayəsi
İnsan surəsi, 7-10 ayələri
يوفُونَ بِالنَّذْرِ وَيَخَافُونَ يَوْماً كَانَ شَرُّهُ مُسْتَطِيراً
ويُطْعِمُونَ الطَّعَامَ عَلَي حُبِّهِ مِسْكِيناً وَيَتِيماً وَأَسِيراً
إنَّمَا نُطْعِمُكُمْ لِوَجْهِ اللَّهِ لَا نُرِيدُ مِنكُمْ جَزَاء وَلَا شُكُوراً
إنَّا نَخَافُ مِن رَّبِّنَا يَوْماً عَبُوساً قَمْطَرِيراً
- Onlar nəzirlərini yerinə yetirir və şərrin genişlənəcəyi gündən qorxurlar;
- Yemək ehtiyacları olduqları halda, onu kasıba, yetimə və əsirə verirlər;
- Biz sizə ancaq Allahın rizası üçün yemək veririk. Biz sizdən heç bir mükafat və ya təşəkkür istəmirik;
- Həqiqətən, biz Rəbbimizdən şiddətli və sıxıntılı bir gündə qorxuruq.[1]
Ayələrin qısa şərhi:
- «مُستطير» (Müstətir) hökmranlıq mənasını verən «سَيطره» (Səytarə) sözündəndir və kökü genişlənmə mənasında olan «طَير» (Tayr) sözündən götürülüb.
- «قَمطرير» (Qamtarir) şiddətli şər deməkdir.
- Bəzi rəvayətlərə görə yoxsula, yetimə və əsirə yemək və it`am vermək bir gecədə, bəzi rəvayətlərə görə isə ardıcıl üç gecədə baş verir və hər gecə onlardan biri qapıya gəlirdi.
- «يطعمون الطعام على حبّه» (Özləri yemək istədiklərinə baxmayaq onu (digərlərinə) verirdilər). Bu cümlədən məqsəd budur ki, Əhli-beyt (əleyhimussəlam) o yeməyi istəsələr də, başqalarına verirdilər. Necə ki, Quran başqa yerdə buyurur:
«لن تنالوا البرّ حتّى تنفقوا ممّا تحبّون»
“Sevdiyiniz şeylərdən xərcləmədikcə yaxşılığa nail olmazsınız.”[2]
- “Təfsirul-mizan” kitabının müəllifi deyir: «انّما نطعمكم لوجه اللّه» (Biz sizə ancaq Allah rizası üçün təam veririk” deyən ayədə Əhli-beytin Allah sevgisindən bəhs edilir. «على حبّه» (Yemək istəyi və ehtiyacı) dedikdə, yeməyə əlaqə və istək nəzərdə tutulur ki, bu halda başqalarına təam vermələri onların ixlası ilə bərabər, həm də fədakarlığını sübut edir.
- Əgər ad-san qazanmaq arzusunda olmasanız, Allah-Taala sizin adınızı əbədi yaşadar. Əhli-beytin gördüyü işin maddi dəyəri o qədər də böyük deyildi, lakin ixlas olduğu üçün, Allah onu ölməz və unudulmaz etdi.
- Bu ayədə “kasıb”, “yetim” və “əsir” kəlmələri tanınmaz (nəkərə) halda işlədilmişdir, yəni birisinə təam verdikdə ayrı-seçkilik olmamalı və hər kəsə oldu infaq edib, təam verin.
- Allah qorxusu dedikdə, Onun məqamından qorxmaq nəzərdə tutulur, necə ki, başqa yerdə deyilir: «و لمن خاف مقام ربّه»[3]
(ardı var)
[2] Təfsir Burhan; Məhasin Bərqi, cild-2, səh. 397
[3] Ər-Rəhman surəsi, ayə 46