Həzrət İmam Həsən Müctəbanın (əleyhissəlam) şəhadəti

05 December 2025

13:53

۵۸

Xəbərin xülasəsi :
Həzrət Ayətullah Uzma Fazil Lənkəraninin (Allah ruhunu şad etsin) Həzrət İmam Həsən Muctəbanın (əleyhissəlam) şəhadət günü münasibəti ilə bağlı nəzəri
آخرین رویداد ها

Bismilləhir-Rahmənir-Rahim

Səfər ayının 7-si İmam Həsən Müctəbanın (əleyhissəlam) şəhadət günüdür.

Həzrət İmam Həsən Müctəbanın (əleyhissəlam) şəhadət tarixi ilə bağlı iki nəzəriyyə var.

1- Bəziləri, o cümlədən, rəhmətlik Koleyni, rəhmətlik Şeyx Müfid, Şeyx Tusi, Şeyx Təbərsi, Fəttal Neyşaburi, Ərbili və ... səfər ayının 28-ci günü tarixini həzrət İmam Həsən Muctəbanın şəhadət  günü olduğunu sanırlar.

2- Digərləri, məsələn, İmam Müctəbanın (əleyhissəlam) nəslindən olan və 246-cı ildə vəfat etmiş Seyid Qasim ibn İbrahim ər-Rəsiy “Təsbitul-İmamət” kitabında, “Misbah” kitabının müəllifi Kəfəmi, “Vusulul-Əxbar ilə Usulul-Əxbar” kitabında Şeyx Bəhai, “Durus” kitabında Şəhid Əvvəl, Əllamə Məclisi, Sahib Cəvahir, Kaşif əl-Qita, Mühəddis Qumi və başqaları 50-ci il, cümə axşamı 7 Səfər tarixini Həzrətin şəhadət günü hesab edirlər.

Müqəddəs Nəcəfin Din ElmləriHövzəsi və İraq şiələri uzun zamanlardan indiyə qədər Səfər ayının 7-ni şəhadət günü hesab edir və bu gün əzadarlıq edirlər.

Müqəddəs Qumun Dini Elmlər Hövzəsinin təsisçisi mərhum Hacı Şeyx Əbdül Kərim Hairi Yəzdi və mərhum Ayətullah Uzma Burucerdi yalnız Səfər ayının 7-də İmam Müctəba (əleyhissəlam) üçün əzadarlıq mərasimləri keçiriblər və onların göstərişi ilə həmin gün bazar da əzadarlıq üçün bağlanıb və hələ də Qum şəhərində bir çox dini Mərcələrin göstərişi, o cümlədən, mərhum Ayətullah Uzma Fazil Lənkəraninin tapşırığı ilə Səfər ayının 7-də İmam Müctəba (əleyhissəlam) üçün rövzə məclisləri bərqərardır.

Bəzi tədqiqatçıların dediklərinə əsasən, müxtəlif Avropa, Asiya və Fars körfəzi ölkələrinin şiələri də  Səfər ayının 7-də əzadarlıq edib və İran şiələrinin bu matəm günündə əzadarlıq etməməsindən şikayətlənirlər.

Həzrət Ayətullah Uzma Fazil Lənkəraninin (Allah ruhunu şad etsin) bu məsələ ilə bağlı nəzəri:

Uca Allahın adı ilə və Ona həmd olsun! Şübhəsiz ki, İmam Müctəbaya (əleyhissəlam) həsr olunmuş bir gün olmalıdır. Və nəzərə alsaq ki, Səfər ayının 28-i həm də Xatəmul-Ənbiyanın (sallallahu əleyhi və alih) vəfatı günüdür və bu baxımdan Həzrətin Böyük nəvəsinin (əleyhissəlam) şəhadəti kölgədə qalır. Ona görə də səfərin yeddinci gününü bu münasibətə həsr etmək yaxşıdır ki, elə “Məşhur” nəzər də budur.


Etiketlər :

Həzrət Ayətullah Uzma Fazil Lənkəraninin (Allah ruhunu şad etsin) Həzrət İmam Həsən Muctəbanın (əleyhissəlam) şəhadət günü münasibəti ilə bağlı nəzəri