Həzrət imam Həsən Muctəbanın (əleyhissəlam) şəhadəti
05 December 2025
13:53
۹۳
Xəbərin xülasəsi :
Bismilləhir-Rahmənir-Rahim
Həzrət imam Həsən Muctəbanın (əleyhissəlam) şəhadəti
Hicri-qəməri 1447-ci il səfər ayının 7-si, miladi 2025-ci il avqustun 1-i bəzi tarixi mənbələrin qeydinə əsasən, həzrət imam Həsən Müctəba əleyhissəlamın şəhadət günüdür. Qəm-qüssə içində olduğumuz səfər ayında Əhli-beytin (əleyhimussəlam) kərim və hörmətli şəxsiyyəti ləqəbi ilə tanınmış həzrət Peyğəmbər Əkrəmin (sallallahu əleyhi və alih) böyük və əziz nəvəsinin şəhadət günüdür.
Bu əzalı və müsibətli gün münasibətilə öncə həzrət Peyğəmbərə və onun şərəfli Əhli-beytinə (əleyhimussəlam), xüsusən zamanın İlahi rəhbəri və məsum imamına həzrət Məhdiyə (Allah onun zühurunu tezləşdirsin), daha sonra Quran və Əhli-beyt sevərlərinə, məxsusən, xalqımızın müsəlman və mömin təbəqəsinə başsağlığı deyir və onlara səadətli həyat, mənəvi məqamlar və Allah-taalanın razılığını əldə etmək nailiyyəti arzulayırıq.
Həzrət imam Həsən Müctəba əleyhissəlamin həyatina qısa baxış
Məşhur nəzərə əsasən həzrət Həsən ibn Əli (əleyhiməssəlam) hicri-qəməri 3-cü il ramazan ayının 15-i müqəddəs Mədinə şəhərində dünyaya gəlməşdir.
Əziz babası həzrət Rəsuləllah (sallallahu əleyhi və alih);
Hörmətli atası həzrət Əmirəl-möminin Əli (əleyhissəlam);
Mehriban anası həzrət Peyğəmbərin əziz qızı həzrət Fatiməi-Zəhra (əleyhasəlam).
Tarix kitablarında qeyd edilir ki, Həzrətin təvəllüdünün yeddinci günündə anası həzrət Fatiməi-Zəhra (əleyhasəlam) bu mübarək körpəni Cənab Cəbrailin (əleyhissəlam) Beheştdən hədiyyə gətirdiyi ipək parçaya büküb həzrət Peyğəmbərin (sallallahu əleyhi və alih) hüzuruna gətirdi və Həzrət körpənin adını Həsən qoydu və onun üçün qoyun kəsdirib ehsan verdi.[1]
Şəhadəti (bir rəvayətə əsasən) hicri 50-ci il səfər ayının 7-i;
Müqəddəs Mədinə şəhəri Bəqi qəbiristanında dəfn edilmişdir.
Həzrət imam Həsən (əleyhissəlam) öz cəddinin dövrünü çox görməmişdi. Çünki o, təxminən yeddi yaşında olarkən Peyğəmbəri-Əkrəm (səlləllahu əleyhi və alih) dünyadan köçmüşdü. Bir neçə ay keçdikdən sonra mehriban anası həzrət Fatimei-Zəhra (əleyha səlam) şəhadətə yetmişdir. Həzrət Peyğəmbərin (səlləllahu əleyhi və alih) vəfatından sonra təxminən otuz il atası həzrət imam Əli əleyhissəlamla birgə olmuşdur. Atasının şəhadətindən sonra (hicrətin qırxıncı ilindən) altı aya yaxın müsəlmanların xəlifəsi və on il müddətinə qədər şiələrə imamlıq (başçılıq) etmişdir.[2]
İltimas dua