Günün hədisi

05 December 2025

13:53

۵۷

Xəbərin xülasəsi :
Hər kəsə xeyir və yaxşılıq olunarsa, müqabilində gərək o da yaxşılıq sahibinə yaxşılıq etsin. Lakin yaxşılıq etməyə qüvvəsi və imkanı çatmasa, gərək yaxşılıq sahibinə səna və dua etsin
آخرین رویداد ها

Bismilləhir-Rahmənir-Rahim

Günün hədisi

Yaxşılıqlara dəvət etmək, pisliklərdən çəkindirmək

Həzrət imam Sadiq əleyhissəlamdan nəql edilir ki, buyurur:

"لَعَنَ اللَّهُ قَاطِعِي‏ سُبُلِ الْمَعْرُوفِ قِيلَ وَ مَا قَاطِعُو سُبُلِ الْمَعْرُوفِ قَالَ الرَّجُلُ يُصْنَعُ إِلَيْهِ الْمَعْرُوفُ فَيَكْفُرُهُ فَيَمْتَنِعُ صَاحِبُهُ مِنْ أَنْ يَصْنَعَ ذَلِكَ إِلَى غَيْرِهِ"

“Allah-taala yaxşılıqların yolunu kəsənlərə lənət etsin!” Sual olundu ki, yaxşılıqların yolunu necə kəsirlər? Buyurdu: “Bir şəxsə yaxşılıq olunur, o isə müqabilində yaxşılıq edən şəxsə küfr və yamanlıq edir. Bu naşükürlüyü görən yaxşılıq sahibi bir daha başqasına yaxşılıq etməkdən çəkinir və belə yaxşılıqlardan boyun qaçırır.”[1]

Allah-taala bizləri əzəmətli neməti olan Əhli-beyt əleyhimussəlamın vilayət və məhəbbəti müqabilində şükr edənlərdən etsin və bizə yaxşılıq edənlərə küfr etməkdən qorusun!

Həzrət İmam Sadiq (əleyhissəlam) xeyirxah insanların yaxşılığı müqabilində layiqli mövqe tutmaqla Allah-təalanın nemətlərinin şükrünü yerinə yetirməyin lazım olması barəsində Həzrət Rəsulullahdan (sallallahu əleyhi və alih) nəql edilən bir hədisdə buyurur:

عَنْ أَبِي عَبْدِ اللَّهِ (عليه السلام) قَالَ: قَالَ رَسُولُ اللَّهِ (صلی الله عليه و آله): "مَنْ أُتِيَ إِلَيْهِ مَعْرُوفٌ فَلْيُكَافِئْ بِهِ فَإِنْ عَجَزَ فَلْيُثْنِ عَلَيْهِ فَإِنْ لَمْ يَفْعَلْ فَقَدْ كَفَرَ النِّعْمَةَ."

“Hər kəsə xeyir və yaxşılıq olunarsa, müqabilində gərək o da yaxşılıq sahibinə yaxşılıq etsin. Lakin yaxşılıq etməyə qüvvəsi və imkanı çatmasa, gərək yaxşılıq sahibinə səna və dua etsin və onun xeyirxahlığını söyləsin. Əgər belə etməzsə, Allah-taalanın nemətinə küfr etmişdir.”[2]

Xeyirxah insanların yaxşılığı müqabilində layiqli mövqe tutmaqla Allah-təalanın nemətlərinin şükrünü yerinə yetirmək lazımdır, qeyri surətdə İlahi nemətə küfr edilmişdir...

Allah möminlərin dualarını qəbul etsin!



[1] Əl-Kafi, cild-4, səh. 33

[2] Həmin mənbə


Etiketlər :

Yaxşılıqlara dəvət etmək pisliklərdən çəkindirmək