Həzrət Rəsuləllahın (sallallahu əleyhi və alih) rehləti
05 December 2025
12:57
۶۹
Xəbərin xülasəsi :
Bismilləhir-Rahmənir-Rahim
Həzrət Rəsuləllahın (sallallahu əleyhi və alih) rehlətiBu böyük müsibətli günün münasibətilə öncə Allah-taalanın yer üzündə təyin etdiyi sonuncu hüccəti və imamı həzrət Məhdi Sahib əz-Zamana (Allah onun şərəfli zühurunu tezləşdirsin) sonra bütün mömin bacı-qardaşlara, xüsusən də müqəddəs Qurani-Kərimdən ayrılmaz Əhli-Beytə (əleyhimussəlam) eşq və rəğbət bəsləyənlərə təsəlli və başsağlığı deyirik. Allah-taala bu günün əzadarlığını Əhli-Beyt əleyhimussəlamın bütün aşiqlərindən qəbul etsin, Amin ya Rəbbil aləmin!
Həzrət Peyğəmbərin (sallallahu əleyhi və alih) həyatına qısa baxış
Adı, hörmətli atasının və əziz anasının adı- Muhəmməd ibn Abdullah (sallallahu əleyhi və alih), Aminə bint Vəhəb.
Doğulduğu il və yer- Ammul-fil ilinin 11-i rəbiul-əvvəl ayının 17-si (miladi 570-ci il may ayının 9-u), müqəddəs Məkkə şəhərinin Qureyş qəbiləsində (Şeb Əbi Talib dünyaya gəlmişdir.
Peyğəmbərliyi- Amul-fil ilinin 40-ı rəcəb ayının 27-si (miladi 609-cu il iyul ayının 9-u) (Hira dağında) Allah-taala tərəfindən xatim və son peyğəmbərliyə seçilmişdir.
Nəsəbi- Muhəmməd ibn Abdullah ibn Əbdul-Muttəlib ibn Haşim ibn Əbdu Mənaf ibn Qusəyy ibn Kilab. (Əllamə Məclisinin buyurduğuna əsasən, şiə alimləri, həzrət Adəmə (əleyhissəlam) qədər Allah Peyğəmbərinin (sallallahu aleyhi və alih) atasının, anasının və əcdadlarının imanlı və yeganə Allaha təslim olmasında yekdildir.[1] Həzrət Peyğəmbərin (sallallahu aleyhi və alih) nəsli 49 vasitə ilə həzrət Adəmə (əleyhissəlam) yetişir.
Həyat yoldaşı- Həzrət Peyğəmbər (sallallahu aleyhi və alih) 25 yaşında həzrət Fatiməi-Zəhranın əziz anası Ummul-muminin Xədicə bint Xuvəylid ilə izdivac etmişdir. Həzrət Xədicəi- Kubra (əleyhasəlam) Peyğəmbər ilə həyat quran ilk qadın və ona iman gətirən ilk şəxs olmuşdur. Tarixi məlumatlarda Kubra (yüksək mərtəbəli qadın) ləqəbi ilə məşhur olan həzrət Xədicənin (əleyhasəlam) yüksək ictimai məqamı, şərəf və nəsil baxımdan yaxşı reputasiyası qeyd edilir. O, Allahın xeyirxahlıq və ləyaqət bəxş etdiyi nəcib və ağıllı qadın, orta səviyyəli ərəb nəslindən, lakin böyük şərəf və sərvət sahibi idi. Həzrət Xədicə bütün var-dövlətini İslamı yaymaq üçün sərf etdi. Peyğəmbər (sallallahu aleyhi və alih) 25 il Xədicəi-Kubra (əleyhasəlam) ilə yaşamış və bu müddət ərzində onun ehtiramına görə sağlığında başqa qadınla həyat qurmamış və vəfatından sonra onu həmişə mehribanlıqla yad etmişdir.
Həmçinin Peyğəmbər (sallallahu əleyhi və alih) Xanım Xədicəni (əleyhasəlam) dünyanın ən kamil, eləcə də Asiya və Məryəm kimi ən yaxşı qadınlardan biri kimi təqdim etmişdir.[2]
Həzrət Peyğəmbər (sallallahu əleyhi və alih) Xədicəi-Kubra (əleyhasəlam) haqda buyurub: “Allah mənə ondan daha yaxşı həyat yoldaşı verməyib; Heç kim məni qəbul etməyəndə o, məni qəbul etdi. Heç kim mənə kömək etməyəndə mənə kömək etdi. Hər kəs öz var-dövlətini məndən əsirgədiyi zaman o, malını mənə verdi.”[3]
Həzrət Peyğəmbərin (sallallahu əleyhi və alih) məşhur kunyələri- Əbul-Qasim, Əbu İbrahim, Əbur-Reyhanətəyn, Əbus-Sibtəyn.
Bəzi ləqəbləri- Xeyrül-bəriyyə (bəşərin ən xeyirlisi), Nəbiyyür-rəhmət (rəhmət nəbisi), Xatəmün-nəbiyyin (nəbilərin sonuncusu), Rəhmətən lil-aləmin (aləmlər üçün rəhmət), Seyyidül-mürsəlin (rəsulların seyyidi), İmamül-müttəqin (müttəqilərin imamı), Həbibullah (Allahın həbibi), Nemətullah, Əl-əminül-müntəxəb (seçilmiş əmanətdar), Sahibül-hövzi vəl-Kövsər (hovuz və kövsər sahibi), Miftahül-cənnət (cənnətin açarı), Dəvətü İbrahim (İbrahimin dəvəti), Buşra İsa (İsanın bəşarəti).
Övladları- Qasim, Abdullah, İbrahim, Fatimətuz-Zəhra (əleyhasəlam). Həzrət Peyğəmbərin (sallallahu əleyhi və alih) həyatında Xanım Fatiməi-Zəhradan (əleyhasəlam) başqa bütün övladları vəfat etmişlər.
Allah tərəfindən bəşəriyyətə təqdim etdiyi din- İslam.
İlahi möcüzəsi-Qurani-Kərim.
İlahi canişini- Həzrət Əli ibn Əbi Talib (əleyhissəlam).
Həyat dövrü və vəfatı- 63 yaşında 11-ci hicri ili səfər ayının 28-i müqəddəs Mədinə şəhəri. Həzrət Peyğəmbərin (sallallahu aleyhi və alih) cənazəsi İmam Əli (əleyhissəlam) tərəfindən onun ailəsindən bir neçə nəfərin köməkliyi ilə qüsl edilib kəfənləndi və o Həzrətin evində, hazırda Peyğəmbər məscidinin içərisində yerləşən məkanda dəfn edildi.
[3] Əl-İstiab, İbn Əbdul-Birr, cild-4, səh. 1824