Həzrət imam Həsən Muctəbanın (əleyhissəlam) şəhadəti

05 December 2025

12:57

۶۶

Xəbərin xülasəsi :
Hicri 1447-ci il səfər ayının 28-i, miladi avqustun 22-i həzrət Peyğəmbərin (sallallahu aleyhi və alih) birinci nəvəsi, həzrət Əli və Fatimei-Zəhranın (əleyhiməssəlam) ilk övladları həzrət Həsən ibn Əlinin (əleyhiməssəlam) şəhadət günüdür
آخرین رویداد ها

Bismilləhir-Rahmənir-Rahim

Həzrət imam Həsən Muctəbanın (əleyhissəlam) şəhadəti

Mərhum Şeyx Mufid “Məsaruş-şiə” və mərhum Şeyx Tusi “Misbahul mutəhəccəd” kitablarında qeyd etdiklərinə əsasən, hicri-qəməri 50-ci ilin səfər ayının 28-də həzrət imam Həsən Muctəbanın (əleyhissəlam) şəhadət günüdür.

Bu nəzərə istinad edilərək, hicri 1447-ci il səfər ayının 28-i, miladi avqustun 22-i həzrət Peyğəmbərin (sallallahu aleyhi və alih) birinci nəvəsi, həzrət Əli və Fatimei-Zəhranın (əleyhiməssəlam) ilk övladları həzrət Həsən ibn Əlinin (əleyhiməssəlam) şəhadət günüdür.

Bu ağır və əzəmətli müsibəti öncə həzrət Sahibəl-əsr imam Zamana (Allah onun zühurunda təcil etsin) daha sonra bütün Əhli-beyt (əleyhimussəl) sevərlərinə təsəlli və başsağlığı deyirik!

Həzrət imam Həsən Müctəba əleyhissəlamin həyatina qısa baxış

Məşhur nəzərə əsasən, həzrət Peyğəmbəri-Əkrəmin (səlləllahu əleyhi və alih) əziz qızı xanım Fatiməi-Zəhra (səlamullahi əleyha) ilə imam Əli əleyhissəlamın evlənməsinin ilk meyvəsi şiələrin ikinci İmamı həzrət Həsən Müctəba (əleyhissəlam) hicrətin 3-cü ili ramazan ayının 15-də Mədinə şəhərində dünyaya gəlmişdir.

Əziz babası həzrət Rəsuləllah (sallallahu əleyhi və alih);

Hörmətli atası həzrət Əmirəl-möminin Əli (əleyhissəlam);

Mehriban anası həzrət Peyğəmbərin əziz qızı həzrət Fatiməi-Zəhra (əleyhasəlam).

Tarix kitablarında qeyd edilir ki, Həzrətin təvəllüdünün yeddinci günündə anası həzrət Fatiməi-Zəhra (əleyhasəlam) bu mübarək körpəni Cənab Cəbrailin (əleyhissəlam) Beheştdən hədiyyə gətirdiyi ipək parçaya büküb həzrət Peyğəmbərin (sallallahu əleyhi və alih) hüzuruna gətirdi və Həzrət körpənin adını Həsən qoydu və onun üçün qoyun kəsdirib ehsan verdi.[1]

Şəhadəti (bir rəvayətə əsasən) hicri 50-ci il səfər ayının 7-i (Bəzi tarixi mənbələrə əsasən, həzrət imam Həsən Muctəba (aleyhissəlam) səfər ayının 28-i şəhadətə yetmişdir);

Müqəddəs Mədinə şəhəri Bəqi qəbiristanında dəfn edilmişdir.

Həzrət imam Həsən (əleyhissəlam) öz cəddinin dövrünü çox görməmişdi. Çünki o, təxminən yeddi yaşında olarkən Peyğəmbəri-Əkrəm (səlləllahu əleyhi və alih) dünyadan köçmüşdü. Bir neçə ay keçdikdən sonra mehriban anası həzrət Fatimei-Zəhra (əleyha səlam) şəhadətə yetmişdir. Həzrət Peyğəmbərin (səlləllahu əleyhi və alih) vəfatından sonra təxminən otuz il atası həzrət imam Əli əleyhissəlamla birgə olmuşdur. Atasının şəhadətindən sonra (hicrətin qırxıncı ilindən) altı aya yaxın müsəlmanların xəlifəsi və on il müddətinə qədər şiələrə imamlıq (başçılıq) etmişdir.[2]



[1] “Biharul ənvar”, cild-43, səh. 250

[2] “Əl-İrşad”, mərhum Şeyx Mufid, səh. 187.


Etiketlər :

Həzrət imam Həsən Muctəbanın (əleyhissəlam) şəhadəti