Həzrət Əli ibn Musa Riza əleyhissəlamın şəhadəti

05 December 2025

12:57

۸۱

Xəbərin xülasəsi :
Hicri qəməri 1447-ci il səfər ayının 30-u, miladi 2025-ci il avqustun 24-ü imamət səmasının səkkizinci parlaq ulduzu həzrət Əbul-Həsən Əli ibn Musa Riza əleyhiməssəlamın şəhadət günüdür
آخرین رویداد ها

Bismilləhir-Rahmənir-Rahim

Həzrət Əli ibn Musa Riza əleyhissəlamın şəhadəti

Hicri qəməri 1447-ci il səfər ayının 30-u, miladi 2025-ci il avqustun 24-ü imamət səmasının səkkizinci parlaq ulduzu həzrət Əbul-Həsən Əli ibn Musa Riza əleyhiməssəlamın şəhadət günüdür. Bu böyük və kədərli müsibəti həzrət Məhdi Sahib əz-Zamana (əccələllahu təala fərəcəhuş-şərif) və bütün Əhli-Beyt sevərlərinə təsəlli dyir və başsağlığı veririk.

Həzrət Əli ibn Musa Rza əleyhiməssəlamın həyatına qısa baxış

Təvəllüd tarixi: Hicri qəməri 148-ci il zil-qəədə ayının 11-i müqəddəs Mədinə şəhəri;

Həzrətin imamət dövrü: Hicri 183-203 (20 ilə yaxın);

Əziz atası: Həzrət imam MusaiKazim əleyhissəlam və hörmətli anası: Xanım Nəcmə Xatun (əleyhasəlam);

Həyat yoldaşı: Səbikəye Nubiyyə (həzrət imam Cavad əleyhissəlamın hörmətli anası);

Məşhur ləqəbləri: Rza, Sabir, Ali Muhəmmədin alimi, Rəuf imam, Qəribul-qurəba, Saminul-Hucəc, Saminul-Əimmə, Zamine Ahu...

Həyatında hökumət edən hakimlər: Harun ər-Rəşid, Muhəmməd Əmin və Məmun;

Şəhadət tarixi: Hicri 203-cü il səfər ayının sonu, Məşhəd (Tus);

Həzrət imam Rza  əleyhissəlamın dürəfşan kəlamlarından

مولاناالإمامُ علی بن موسی الرضا عليهماالسلام :

اعْلَمُوا اَنَّـكُم لاتَشْكُرونَ اللّه َ تَعالى بِشَىْ ءٍ بَعْدَ ايمانٍ بِاللّه ِ و بَعْدَ الاْعْتِرافِ بِحُقوقِ اَولياءِ اللّه مِنْ آلِ مُحَمَّدٍ رَسولِ اللّه ِ صلي الله عليه و آله احَبَّ اِلَيْهِ مِنْ مُعاوَنَتِكُم لاِخْوانِكُمُ الْمُؤْمِنينَ عَلى دُنْياهُم

“Bilin ki, Allaha iman gətirdikdən və Allahın Peyğəmbəri Muhəmmədin (ona və ailəsinə Allahın salamı və salavatı olsun) ailəsindən olan Allahın övliyalarının haqqını tanıdıqdan sonra mömin qardaşlarınıza dünya işlərində kömək etməkdən Allaha daha çox xoş gələn bir şükür əməli yoxdur.”

Mənbə: Uyun əxbar Rza əleyhissəlam, cild-1, səh. 180


Etiketlər :

Həzrət Əli ibn Musa Riza əleyhissəlamın şəhadəti