Həzrət imam Həsən Əsgərinin (əleyhissəlam) təvəllüdü
05 December 2025
12:08
۵۷
Xəbərin xülasəsi :
Bismilləhir-Rahmənir-Rahim
Həzrət imam Həsən Əsgərinin (əleyhissəlam) təvəllüdü
Hicri-qəməri 1447-ci il rəbius-sani ayının 8-i, miladi 2025-ci il oktyabrın 1-i həzrət Peyğəmbərin (sallallahu əleyhi və alih) nəvəsi, həzrət imam Sahib əz-Zamanın (əccələllahu təala fərəcəhuş-şərif) əziz atası, bütün övliya və övsiyanın sevimlisi, imamət və hidayət səmasının on birinci parlaq ulduzu həzrət imam Həsən ibn Əli Əsgəri əleyhiməssəlamın mövlud günüdür.
Əhli-beyt əleyhimussəlamın sevinc və fərəhli günlərindən olan bu əziz gün münasibətilə ilk növbədə imam Məhdi əleyhissəlama, eləcə də bütün Əhli-beyt sevərlərinə təbrik və gözaydınlığı deyirik. Ümid edirik Allah-təala Əhli-Beyt əleyhimussəlamın ehtiramına bütün müsəlmanlara əmin-amanlıq və səadətli həyat əta etsin, Amin ya Rəbbil-aləmin!
Həzrət imam Həsən Əsgəri əleyhissəlam məşhur nəqlə əsasən hicri-qəməri 232-ci il rəbius-sani ayının 8-i Mədinə şəhərində dünyaya gəlmişdir.
Hörmətli atası həzrət imam Hadi əleyhissəlam və əziz anası Hudəysə adlı bir qadındır.
Həzrət Əsgəri əleyhissəlam 260-cı hicri ilinin rəbius-sani ayının 8-i Samirra şəhərində Abbasi xəlifəsi Mötəmidin göstərişi ilə şəhadətə yetmişdir.
İmamət müddəti altı il olmuşdur: (Həzrət Hadi əleyhissəlamın şəhadətindən, 254-cü hicri ilindən 260-cı hicri ilinə qədər).
Həzrət imam Həsən Əsgəri əleyhissəlamın dürəfşan kəlamlarından:
Həzrət imam Həsən Əsgəri əleyhissəlam buyurur:
بِئْسَ العَبدُ عَبدٌ یَکونُ ذا وَجْهَینِ و ذا لِسانَینِ، یُطْری اَخاهُ شاهِداً و یأکُلُهُ غائِباً، إن اُعطِیَ حَسَدَهُ و اِن ابْتُلِیَ خانَهُ
“İki üzlü və iki dilli olan bəndə, pis bəndədir. Mömin qardaşının hüzurunda onu tərifləyər, arxasında onun ətini yeyər (pisliyinə danışar və qeybətin edər). Əgər qardaşı bir şeydən bəhrələnsə, ona paxıllıq və həsəd edər, çətinlik və giriftarlığında da ona xəyanət edər.”
Mənbə: Tuhəful-uqul, səh. 488