Həzrət Fatimeyi Məsumənin (s) anım mərasimi
05 December 2025
12:08
۵۳
Xəbərin xülasəsi :
Bismilləhir Rahmənir-Rahim
Həzrət Ayətullah Uzma Fazil Lənkəraninin (Allah ona rəhmət etsin) Həzrət Fatimeyi Məsumənin (salamullahi əleyha) anım mərasimi ilə bağlı bəyanatı.
Həzrət Məsumə (əleyhissalam)-ın doğum və vəfat tarixi haqqında, necə ki, dəfələrlə bəzi minbər əhlinə xüsusi olaraq demişəm ki, siz Həzrət Məsumə (əleyhəssalam)-n tarixinə gəldikdə, nə üçün qəti tarix axtarırsınız? Qəti tarix nə deməkdir?
Biz hamımız Həzrət Məsumə (əleyhəssalam)-n qonağıyiq, bütün müvəffəqiyyətlər və bərəkətlər ondandır. Tarixdə bu münasibətlə müəyyən bir gün qeydə alınmasa idi belə, biz özümüz onunla əlaqədar il ərzində bir günü təyin etməli olardıq.
İndi o ki, ola bəzi tarixçilər bəzi tərcümeyi-halların yazıldığı kitablarda bu mənanı nəzərə alıb, onun təvəllüd və vəfat tarixlərini qeyd ediblər?
Biz o Həzrətin süfrəsi kənarında oturduğumuz üçün istəyirik ilin bir gününü Həzrət Məsumənin (əleyhəssalam) təvəllüdü və bir gününü də vəfatı olaraq qeyd edək.
Həmçinin, Həzrət Məsumə (əleyhəssalam)-ı ziyarət etməyin fəzilətinə gəldikdə, İmam Cavadın (əleyhissalam) Həzrət Məsumə (əleyhəssalam) haqqında buyurduğu bu kəlamdan daha böyük nə ola bilər?
Həzrət buyurur:
من زار عمتی فاطمة بقم وجبت له الجنة
“Kim Qumda bibim Fatiməni (əleyhasəlam) ziyarət edərsə, ona cənnət zəmanət verilir.”[1]