Həzrət Zeynəbi-Kubra əleyhasəlamın təvəllüdü

05 December 2025

12:08

۳۷

Xəbərin xülasəsi :
Həzrət Peyğəmbərin (sallallahu əleyhi və alih) nəvələri arasında, vilayət bağının ilk nərgizi, iman və təqva, elm və mərifət, səbir və dözüm, həya, iffət və digər insani fəzilətlərlə tanınmış kamil bir insanın, həzrət Zeynəbi-Kubranın (əleyhasalam) təvəllüd günüdür.
آخرین رویداد ها

Bismilləhir-Rahmənir-Rahim

Həzrət Zeynəbi-Kubra əleyhasəlamın təvəllüdü

Hicri-qəməri 1447-cı il cumadil-ula ayının 5-i, miladi 2025-ci il oktyabrın 27-i həzrət Peyğəmbərin (sallallahu əleyhi və alih) nəvələri arasında, vilayət bağının ilk nərgizi, iman və təqva, elm və mərifət, səbir və dözüm, həya, iffət və digər insani fəzilətlərlə tanınmış kamil bir insanın, həzrət Zeynəbi-Kubranın (əleyhasalam) təvəllüd günüdür. 

Zeynəbi-Kubra (əleyhasalam) bütün dünya qadınları arasında nümunədir və hər yerdə səbir, dözüm və dəyanət mənaları gəlsə, bu böyük şəxsiyyətin adı ilk olaraq zehinlərdə hallanır.

Əhli-Beyt əleyhimussəlam üçün böyük sevinc və şadlıq günü olan bu gözəl gün münasibətilə öz İlahi vəzifələrini səbir və mətanətlə yerinə yetirməkdə böyük Kərbəla Xanımına iqtida edən bütün mömin bacı və qardaşlara səmimi təbrikləri təqdim edirik.

Məşhur nəzərə əsasən, həzrət Zeynəb (əleyhasəlam) hicri-qəməri 6-cı il cumadil-ula ayının 5-i müqəddəs Mədinə şəhərində dünyaya göz açmışdır.

Əziz atası həzrət Əmirəl-möminin Əli (əleyhissəlam), hörmətli anası isə həzrət Fatimei-Zəhra əleyhasəlamdır.

Həyat yoldaşı Abdullah ibn Cəfər ibn Əbi Talib (əleyhimussəlam) olmuşdur.

Bəzi məşhur ləqəblərindən, Əqiləye Bəni Haşim, Siddiqei-Suğra, Alimətun ğeyri muəlləmə, Fəhimətun ğəyri mufəhhəmə, Məhbubətul-Mustəfa (s), Saniyətuz-Zəhra (əleyhəssəlam) olmuşdur.

Həzrət Zeynəb-Kubranın (əleyhasalam) fəzilətlərindən

Həzrət İmam Əli ibn Huseyn Zeynəl-abidin əleyhissəlam həzrət Zeynəb əleyha salama xitab edərək buyurur:

"أَنْتِ بِحَمْدِ اللَّهِ عَالِمَةٌ غَيْرُ مُعَلَّمَةٍ فَهِمَةٌ غَيْرُ مُفَهَّمَة"

“Əlhəmdulillah sən vəhy mənbəyindən elm öyrənən bir alimsən və hər hansı bir müəllimdən dərs almadan fəhm və idraka maliksən.”

Mənbə: Əl-Ehticac (mərhum Təbərsi), cild-2, səh. 305



Etiketlər :

Həzrət Zeynəbi-Kubra əleyhasəlamın təvəllüdü