Həzrət Fatiməi-Zəhranın (əleyhasəlam) şəhadəti
05 December 2025
12:08
۴۸
Xəbərin xülasəsi :
Bismilləhir-Rahmənir-Rahim
Həzrət Fatiməi-Zəhranın (əleyhasəlam) şəhadəti
Hicri-qəməri 1447-ci il cumadil-ula ayının 13-ü, miladi 2025-ci il noyabrın 4-ü, bəzi tarixi mənbələrə əsasən, həzrət Fatimei-Zəhra əleyha səlamın şəhadət günüdür.
Bəşər tarixinin üçüncü şəxsiyyəti olan bu əzəmətli xanımın şəhadəti haqqında bir neçə nəzər bəyan olunmuşdur. Həzrət Peyğəmbərə (sallallahu əleyhi və alih) və onun şərəfli Əhli-beytinə (əleyhimussəlam) sevgi və məhəbbət bəsləyən bütün müsəlmanlar bu qeyd edilən tarixlərdə Xanım Zəhranın (əleyhasəlam) xatirəsini əzəmətlə yad edirlər. Onlar Əhli-Beytin (əleyhiussəlam) qəmli-qüssəli günlərində şəriətin və böyük din alimlərinin tövsiyələrinə müvafiq əməlləri ilə Allahın sonuncu hüccəti həzrət Məhdi Sahib-zamanın (Allah onun zühurunu tezləşdirsin) razılığını ələ gətirib, qəlbinə təsəlli verirlər.
Allah-taala bizlərə də o möminlərin sırasında yer versin və Əhli-Beytin (əleyhimussəlam) sevinc və kədərinə qoşulanlardan olaq, Amin!
Həzrət Fatiməi-Zəhranın (salamullah əleyha) dürlü kəlamlarından:
وَ عَنْ سَيِّدَةِ اَلنِّسَاءِ صَلَوَاتُ اَللَّهِ عَلَيْهَا قَالَتْ: مَنْ أَصْعَدَ إِلَى اَللَّهِ خَالِصَ عِبَادَتِهِ أَهْبَطَ اَللَّهُ عَزَّ وَ جَلَّ إِلَيْهِ أَفْضَلَ مَصْلَحَتِهِ
“Hər kəs öz xalis ibadətin Allah-taalaya təqdim etsə, Allah-taala onun ən yaxşı məsləhətini qarşısına çıxarar.”
Mənbə: Tuhəful-uqul, səh. 960