Həzrət Fatimei-Zəhranın (əleyhəssəlam) şəhadəti

31 January 2026

10:23

۴

Xəbərin xülasəsi :
Ayətullah Fazil Lənkəraninin (ömrü uzun olsun) həzrət Əlinin (əleyhissəlam) Xanım Zəhranın (əleyhəssəlam) fərağında söylədiyi kəlamlar haqda bəyanı
آخرین رویداد ها

Bismilləhir-Rahmənir-Rahim

Ayətullah Fazil Lənkəraninin (ömrü uzun olsun) həzrət Əlinin (əleyhissəlam) Xanım Zəhranın (əleyhəssəlam) fərağında söylədiyi kəlamlar haqda bəyanı

Həzrət Fatimei-Zəhranın (əleyhəssəlam) şəhadəti 

Əlhəmdulillahi Rabbil-aləmin və sallallahu əla Səyyidina Muhəmmədin və Alihit-tahirin

Bu günlər həzrət Fatimei-Zəhranın (əleyhəssəlam) şəhadəti ilə müsadif olduğu üçün bu barədə bir neçə cümlə demək lazımdır.

Allaha şükür olsun ki, son iki onillikdə müqəddəs Qum hövzəsində böyük din mərcələri, məxsusən bizim mərhum atamız həzrət Ayətullah Uzma Hacı Şeyx Məhəmmədfazil Lənkərani (Allah ondan razı olsun) “Fatimiyyə” günlərinin ehyası üçün xüsusi diqqət yetirmiş və böyük addımlar atmışlar. Ələlxüsus çox əhəmiyyətli bəyanları, necə ki, mərhum atam öz vəsiyyətnaməsində buyurub: “Bu aləmdə yerinə yetirdiyim, qəbirdə və Qiyamətdə ona ümidvar olduğum işlərdən biri “Fatimiyyə”nin ehyası və o Həzrətin əzadarlığı üçün olan bəyanlarımdır.”

Əlhəmdulillah yavaş yavaş “Fafimiyyə” mərasimi təsbit oldu. Bu gün isə mənə, sizə və bütün hövzə tələbələrinə vəzifədir ki, bu mövzunu araşdıraq, ayələr və hədislərdə gələn bu böyük və misilsiz şəxsiyyətin məqamının müxtəlif sahələri ilə tanış olaq, ilk növbədə o Həzrət haqda öz mərifətimizi artıraq, sonra da onu xalqa bəyan edək.

Mən hələ də “وَ عَلَی مَعْرِفَتِها دارَتِ الْقُرُونِ الاُولی” hədisinin dəqiq mənasını dərk edə bilmirəm. Məncə, “Leylətul-Qədr” təbiri kimi, necə ki, buyurur: “Fatimei-Zəhra (əleyhasəlam) Leylətul-Qədrdir”, bu da mənası bizə məchul olan ifadələrdəndir. Əlbəttə, kəlmənin ləfzi mənası deyil, əksinə həqiqətini nəzərdə tuturam. Necə ki, Allah-taala peyğəmbərinə buyurur: «وَ ما أَدْراكَ ما لَيْلَةُ الْقَدْرِ»[1] Həzrətin həqiqəti Qədr gecəsinin həqiqəti kimi məchuldur. Odur ki, buyurublar: “إِنمَا سُمِّیتْ فَاطِمَةَ لِأَنَّ الْخلْقَ فطِمُوا عَنْ مَعْرِفَتِهَا[2] Bu təbirlər olduqca təəccüblüdür, yəni Allah-taala elə bir qadın yaratmışdır ki, bəşər Qiyamətə qədər onun mərifətinə çatmayacaqdır. Fatimei-Zəhra (əleyhəssəlam) digər insanlar kimi deyildir. Doğulduğu gündən vəfatına qədər bütün xüsusiyyətləri Allah-taalanın məxsus inayəti və nəzəri əsasında olub.

Həzrət Fatimə (əleyhəssəlam) məclisə daxil olduqda həzrət Peyğəmbər (sallallahu əleyhi və alih) ayağa qalxıb onun istiqbalına getdikdə, əllərini öpdükdə məclis əhlinin diqqətini elə cəlb edir ki, səhabələrdən bəziləri: “Başqalarının gözləri önündə Zəhranın (əleyhəssəlam) əllərini öpməyiniz sizə münasib deyil”-deyə, Peyğəmbərə etiraz edirlər. Peyğəmbər (sallallahu əleyhi və alih) onların cavabında buyurur: “Mən bunu Allahın əmrinə əsasən edirəm.” Allah Rəsulunun (sallallahu əleyhi və alih) bu cavabı da olduqca təəccüblü bir sözdür.

Bizim vəzifəmizdir ki, hər il həzrət Fatimei-Zəhra (əleyhasəlam) barəsində özümüzün, cəmiyyətimizin, xüsusən də cavanların mərifətini artıraq. Çalışaq ki, həzrət Fatimənin (əleyhasəlam) kim olduğunu dərk edək. İnşa Allah bu vəzifəni ən gözəl şəkildə yerinə yetirək. Hər bir şəxs həzrət Zəhranın (əleyhasəlam) əzadarlığı ilə bağlı hər bir iş edə bilərsə, səhlənkarlığa yol vermədən o işi etməlidir. Bacarığı olan söhbət etməli, digəri mərsiyə oxumalı, adi camaat isə qapılarının üstünə bir əzadarlıq parçası bağlasınlar.

Əlbəttə, o əzəmətli Xanımın buna ehtiyacı yoxdur, lakin ona edilən zülmlərə qarşı əzadarlıq edək. Əgər Peyğəmbərdən sonra Allahın ən sevimli xəlqinə edilən zülm və müsibətlər qarşısında sükut etsək və bu böyük faciəyə bitəfavüt olsaq, şiə adlanmağımız səhv olar. Fatimei-Zəhranı (əleyhasəlam) dəfn etdikdən sonra həzrət Əmirəl-möminin əleyhissəlamın cümlələrini dəfələrlə mənbər üstündə oxumusunuz. Həzrət buyurur: “وَ إِلَى اللَّهِ أَشْكُو”, Allah-taalanın dərgahına üz tutub şikayət edir: “أَمَّا حُزْنِي فَسَرْمَدٌ وَ أَمَّا لَيْلِي فَمُسَهَّدٌ”. Bu bir İlahi hüccətin ifadəsidir, necə ki, buyurur: “Artıq hüzn və qəmim daimidir və bu müsibətin şiddətindən gərək gecələr sübhə qədər yas saxlayıb, göz yaşı axıdam.” Fatimei-Zəhra (əleyhasəlam) üçün ilk mərsiyə və rövzə oxuyan şəxs, yoldaşını dəfn etdikdən sonra Həzrətin qəbri kənarında oturub yas saxlayan Əmirəl-möminin (əleyhissəlam) özü olmuşdur.

İki aləmin Xanımının əzəmətini azca da olsa, dərk etmək üçün Həzrətin vəfatında Əmirəl-möminin əleyhissəlamın söylədiyi bu sözlərə diqqət etmək kifayətdir:  

فَلَمَّا نَفَضَ یَدَهُ مِنْ تُرَابِ الْقَبْرِ هَاجَ بِهِ الْحُزْنُ”- Əlini qəbirin torpağından ayırdıqda aləmin qəm-qüssəsi vücudunu bürüdü, “وَ أَرْسَلَ دُمُوعَهُ عَلَى خَدَّیْهِ”- göz yaşları yanaqlarına axdı, bundan sonra Həzrət nə etsin? Ürək sözlərini kimə desin? Dərdini kimlə bölüşsün? “وَ حَوَّلَ وَجْهَهُ إِلَى قَبْرِ رَسُولِ اللَّهِ (صَلَّى اللَّهُ عَلَیْهِ وَ آلِهِ)” – Peyğəmbərə (sallallahu əleyhi və alih) pənah aparmaqdan başqa yolu yox idi, Peyğəmbərlə (sallallahu əleyhi və alih) danışmaqdan başqa heçnə onu aram etmirdi. Müsibətin şiddətindən üz tutdu Peyğəmbərin (sallallahu əleyhi və alih) qəbrinə və ərz etdi: “السَّلَامُ عَلَیْکَ یَا رَسُولَ اللَّهِ، عَنِّی وَ عَنِ ابْنَتِکَ وَ حَبِیبَتِکَ، وَ قُرَّةِ عَیْنِکَ وَ زَائِرَتِکَ، وَ الثَّابِتَةِ فِی الثَّرَى بِبُقْعَتِکَ” – Ancaq öz tərəfindən deyil, Allah Rəsuluna yeni qonaq olan bu şəxsin tərəfindən də Peyğəmbərə salam verdi. Ziyarətinə gələn əziz qızın və gözünün nuru tərəfindən sənə salam olsun! “الْمُخْتَارِ اللَّهُ لَهَا سُرْعَةَ اللِّحَاقِ بِکَ” – Allah onun sənə sürətlə qovuşmasını istədiyi şəxs tərəfindən salam olsun sənə! Allah onu necə tez aldı bizdən...

Çox təəccüblüdür, Əmirəl-möminin (əleyhissəlam) ərz edir: “قَلَّ یَا رَسُولَ اللَّهِ عَنْ صَفِیَّتِکَ صَبْرِی، وَ ضَعُفَ عَنْ سَیِّدَةِ النِّسَاءِ تَجَلُّدِی” – Artıq bu böyük müsibət qarşısında səbrim tükənir. “قَدِ اسْتُرْجِعَتِ الْوَدِیعَةُ” – Ya Rəsuləllah! Mənə tapşırdığın əmanət geri qaytarıldı. Amma ona nəzər sal, gör verdiyinlə aldığın nə qədər fərqlidir?! “وَ أُخِذَتِ الرَّهِینَةُ، وَ اخْتُلِسَتِ‏ الزَّهْرَاءُ” – Zəhra məndən nagəhan alındı. “فَمَا أَقْبَحَ‏ الْخَضْرَاءَ وَ الْغَبْرَاءَ” – Artıq göy rəngli səma və tutqun torpaq bizim üçün cansıxıcı cilvələnir. Necə də təəccüblü sözdür?! Bunlar sadə sözlər deyil, çünki Fatimə əleyhasəlamın həqiqəti bütün aləmə bağlıdır. 

یَا رَسُولَ اللَّهِ! أَمَّا حُزْنِی فَسَرْمَدٌ، وَ أَمَّا لَیْلِی فَمُسَهَّدٌ، لَا یَبْرَحْ الْحُزْنُ‏ مِنْ قَلْبِی أَوْ یَخْتَارَ اللَّهُ لِی دَارَکَ الَّتِی فِیهَا أَنْتَ مُقِیمٌ” – Bu kədər və qüssə ömrümün sonuna qədər qəlbimdə qalacaq və ondan xaric olmayacaq. “کَمَدٌ مُقَیِّحٌ” – Bu qəm-qüssə necə də bir düyün kimi ürəksıxan və tutqundur. “وَ هَمٌّ مُهَیِّجٌ، سَرْعَانَ مَا فَرَّقَ بَیْنَنَا” – Necə tez bizim aramızda ayrılıq düşdü? “وَ إِلَى اللَّهِ أَشْکُو” – Mən Allaha şikayət edirəm. Bu Əmirəl-möminin əleyhissəlamın həzrət Zəhranın vəfatından sonra İlahi dərgaha etdiyi şikayətdir. Bir zaman gərək bu şikayətə baxılsın və ədalətlə qəzavət edilsin. 

Ya Rəsuləllah! Qızından soruş ki, sənin ümmətin səndən sonra ona necə zülm etdi? “فَاسْتَخْبِرْهَا الْحَالَ” – Sənin rehlətindən sonra baş vermiş xəbərləri ondan soruş. “فَکَمْ مِنْ غَلِیلٍ مُعْتَلِجٍ بِصَدْرِهَا” – Əgər Zəhranın qəlbinə baxsan, ona edilən zülm və əziyyəti ürəyinindöyüntülərində görə bilərsən. Bu ifadə Kafidə, Şeyx Səduqun, Şeyx Mufidin və Şeyx Tusinin “Əmali” kitablarında qeyd olunubdur.

وَ لَوْ لَا غَلَبَةُ الْمُسْتَوْلِینَ عَلَیْنَا لَجَعَلْتُ الْمُقَامَ عِنْدَ قَبْرِکَ لِزَاماً، وَ التَّلَبُّثَ عِنْدَهُ مَعْکُوفاً” – Bəzi cahillər deyirlər ki, nə olubdur? !400 il bundan əvvəl bir nəfərə zülm olunubdur, bu dövrə nə rabitəsi vardır? Anlamırlar, cahildirlər. Əmirəl-möminin əleyhissəlam, Allah Rəsulundan (sallallahu əleyhi və alih) sonra misli olmayan bir şəxsiyyət buyurur: “Əgər Zəhra (əleyhasəlam) ilə düşmənlik səbəbinə onun qəbrinin yerini tapıb cənazəsini çıxarmaları qorxusu olmasaydı, ömrümün sonuna kimi Zəhranın qəbri kənarında oturub etikaf edərdim... Yəni müsibət bu qədər ağırdır. “وَ لَأَعْوَلْتُ إِعْوَالَ الثَّکْلَى عَلَى جَلِیلِ الرَّزِیَّةِ” – Uşağı ölmüş bir ana kimi bu müsibətin böyüklüyünə ağlardım. Necə də təəccüblü bir cümlədir. “فَبِعَیْنِ اللَّهِ تُدْفَنُ بِنْتُکَ سِرّاً، وَ یُهْتَضَمُ حَقَّهَا قَهْراً” – Allahın gözləri önündə sənin əziz qızını gizlində dəfn etməliyəm. Sənin gözlərin qarşısında onun haqqını qəsb etdilər və açıq-aşkar irsinə mane oldular. “وَ لَمْ یَطُلِ الْعَهْدُ” – Bu zülmlər sənin qızına elə bir halda edildi ki, sən dünyanı təzə dəyişmişdin və vəfatından çox az bir zaman keçmişdi.

Bir daha ərz edir: “فَإِلَى اللَّهِ یَا رَسُولَ اللَّهِ الْمُشْتَکَى” – Bu elə bir şikayətdir ki, gərək ancaq Qiyamətdə Allahın hüzurunda Allaha ərz edim. “وَ فِیکَ أَجْمَلُ الْعَزَاءِ، فَصَلَوَاتُ اللَّهِ عَلَیْهَا وَ عَلَیْکَ...[3] 

Həzrət Zəhranın (əleyhasəlam) vəfatından sonra Əmirəl-möminin əleyhissəlamın buyurduğu mərsiyə budur.

Əgər bizim imamımız o Həzrətin vəfatına həmişə əzadardırsa, inanırıq ki, hazırda həzrət Hüccət (əleyhissəlam) şübhəsiz həmin haldadır və ərz edir: “İlahi anamın başına gələn müsibətlərdən Sənə şikayət edirəm.” Deməli, gərək bu əzadarlığı daha yüksək mərifətlə və mümkün qədər əzəmətlə qeyd edək. Bu müvəffəqiyyətin özü böyük İlahi inayətdir.

Həqiqətən, “Fatimiyyə” əzadarlığını ehya edən bir şəxsiyyət kimi, mərhum atamdan (Allah ondan razı olsun) bir xatirə söyləyim. Bir gün: “Siz nə üçün həmişə həzrət Zəhraya (əleyhasəlam) təvəssül edirsiz?” –deyə, ondan sual etdim. Buyurdu ki, mən uşaqlıq dövründən hər çətinliyə düşəndə həzrət Zəhraya (əleyhasəlam) təvəssül edirəm. Bizə də çox tövsiyə edərdi və vəsiyyətnaməsində də buyurublar ki, “Fatimiyyə”ni ehya edin, layiqli əzadarlıqla öz vəzifənizi yerinə yetirin.

Bir qrup Xorasan alimi onun görüşünə gəlmişdilər, onlara buyurdu: “Hörmətli cənablar! Mən 50 ildən artıq dərs deyirəm, kitablar yazmışam, çoxlu şagirdlərə dərs demişəm, bu Allahın tərəfindən mənə olunan bir inayətdir. Lakin Qiyamət günündə bunların heç birinə ümidvar deyiləm. Şübhəsiz, bu dediklərini dəyərdən salmaq istəmirdi, əksinə onlara ümid bağlamadığını qeyd etdi. Dedi ki, ümidim ancaq “Fatimiyyə” əzadarlığında etdiyim fəryadlaradır... Biz və övladlarımız da həmin yolu davam etdirək, şübhəsiz olduqca böyük nəticələr və müvəffəqiyyətlər əldə ediləcək.

Bu dərin mənalı hədisi də oxumaq istəyirdim, amma vaxt azdır. Buyurur: “اِنَّ اللهَ یغضِبُ لِغَضَبِ فَاطِمَة وَ یرضی لِرِضَاها[4] Yalnız bu cümləni ərz edim ki, Allahın qəzəbinə düçar olan şəxsin vəziyyəti necə olar? Allah-taala buyurur: “وَ مَنْ يَحْلِلْ عَلَيْهِ غَضَبي فَقَدْ هَوى” – Hər kəsi qəzəbim tutarsa, həlak olar və cəhənnəm atəşinə düçar olar. Bu çox təəccüblüdür, Peyğəmbər (sallallahu əleyhi və alih) buyurur: “Allah-taala həzrət Fatimei-Zəhranın (əleyhasəlam) qəzəbi səbəbinə qəzəblənir.” Allahı qəzəbləndirən şəxsin aqibəti cəhənnəm odunda yanmaqdır.

Başqa bir hədisdə həzrət Peyğəmbər (sallallahu əleyhi və alih) Salmana buyurur: “مَنْ أَحَبَّ فَاطِمَةَ ابْنَتِي فَهُوَ فِي الْجَنَّةِ مَعِي” – Əgər bir kəs qızım Fatiməyə (əleyhasəlam) ehtiram bəsləsə, Behiştdə mənim kənarımda birgə olacaqdır. “وَ مَنْ أَبْغَضَهَا فَهُوَ فِی النَّار” – Hər kəs ona qarşı hörmətsizlik və ədavət etsə, cəhənnəmə gedər.

Bu hədisin sonunda Fatimei-Zəhra əleyhasəlamın şiələri barəsində bəşarət vardır. Peyğəmbər (sallallahu əleyhi və alih) buyurur: “وَيْلٌ لِمَنْ يَظْلِمُهَا وَ يَظْلِمُ بَعْلَهَا أَمِيرَ الْمُؤْمِنِينَ عَلِيّاً علیه السلام وَ وَيْلٌ لِمَنْ يَظْلِمُ ذُرِّيَّتَهَا وَ شِيعَتَهَا[5] – (Vay olsun o kəsə ki, ona və həyat yoldaşına zülm edə, vay o kəsin halına ki, onun övladlarına və şiələrinə zülm etsin.) Bilirdi özündən sonra Fatimei-Zəhraya (əleyhasəlam) nə zülmlər olunacaq, Allah-taala Peyğəmbərə necə böyük səbir əta etmişdir?! Bu Fatimei-Zəhranın (əleyhasəlam) şiələrinə verilən bəşarətdir ki, düşmənləri Allahın qəzəbinə düçar olurlar.

İmam Sadiq əleyhissəlama ərz edirlər ki, nəql olunur: “إِنَّ اللهَ يَغْضَبُ لِغَضَبِ فَاطِمَةَ وَ يَرْضَى لِرِضَاهَا” –Həzrət buyurur, bəli bu nəql qəti və düzgündür. Çox maraqlıdır ki, bu hədisin sənədinin silsiləsi imam Sadiq (əleyhissəlam) imam Baqirdən (əleyhissəlam), imam Səccaddan (əleyhissəlam), imam Huseyndən (əleyhissəlam), imam Əli ibn Əbitalibdən (əleyhissəlam) və həzrət Rəsulullahdandır (sallallahu əleyhi və alih).

Sonra o şəxs yenidən soruşur ki, Allah bir qadının qəzəbi ilə necə qəzəblənir? Burada imam Sadiq (əleyhissəlam) bir incəliyə toxunur, zahirən sual edən şəxs Səndəl adlı bir əhli-sünnədir. Həzrət ona belə buyurur: “Siz özünüz nəql etməmisinizmi: Allah-taala bir möminin qəzəbi səbəbinə qəzəblənir?” Deyir, bəli. Həzrət buyurur: “Sizcə Fatimə mömin deyilmi?” O şəxs Həzrətin sözünü qəbul edir, sonra ərz edir: “للّهُ أَعْلَمُ حَيْثُ يَجْعَلُ رِسالَتَهُ[6] – Bu hədisin sonundan məlum olur ki, Səndəl şiə deyilmiş. Bəzi hədislərdə hədisi nəql edən başqa bir şəxsin olduğu göstərilir.

Belə güman edirəm ki, «إنّ اللهَ يَغْضَبُ لِغَضَبِ فَاطِمَةَ» -hədisini kiçiltmək məqsədilə onun müqabilində «إنَّ اللهَ یَغضِبُ لِغَضَبِ عَبدِهِ المُؤمن» -hədisini qoşub düzəldiblər. Təsəvvür edirəm bu gümanım doğrudur! Lakin həzrət Rəsulullahdan (sallallahu əleyhi və alih) bizə yetişən hədis «إِنَّ اللهَ يَغْضَبُ لِغَضَبِ فَاطِمَةَ وَ يَرْضَى لِرِضَاهَا »  hədisidir. Biz gərək bu hədisin mənasını düzgün dərk edək ki, Allah-taala Fatimənin (əleyhasəlam) qəzəbi ilə qəzəblənir nə deməkdir? Sonra Quranda deyilən: “Allahın qəzəbinə düçar olan şəxs böyük və dərdli əzablarla qarşılaşacaqdır”- ayəsinin mənasını da dərk edərik. 

Fatimei-Zəhranın (əleyhasəlam) şəhadətini bu müsibətin ilk və böyük əzadarı olan imam Zamana (Allah onun zühurunu tezləşdirsin) təsəlli ərz edirik və o müqəddəs vücuddan istəyirik ki, biz şiələrin Əhli-beytin (əleyhimussəlam) vilayətinə iman və yəqinliyə çatmağımız üçün, aqibətimizin xeyirli olması, şiələrin və İslam aləminin, xüsusən müqəddəs İslam Respublikası hökumətinin çətinliklərinin həll edilməsi üçün dua etsin ki, bütün bəlalar tezliklə aradan getsin.

Sallallahu əla Muhəmmədin və Alihit-Tahirin




[1] Qədr surəsi, ayə 3

[2] Biharul-ənvar, cild-43, səh. 65

[3] Kafi, cild-1, səh. 110

[4] Biharul-ənvar, cild-21, səh. 279 

[5] İrşadul-qulub, cild-2, səh. 294

[6] Ənam surəsi, 124


Etiketlər :

Həzrət Fatimei-Zəhranın (əleyhəssəlam) şəhadəti