Həzrət Ummul-bənin əleythəssəlamın vəfatı

05 December 2025

12:08

۱

Xəbərin xülasəsi :
Hicri-qəməri 1447-ci il cumadis-saniyə ayının 13-ü, miladi 2025-ci il dekabr ayının 4-ü Kərbəlada imam Huseyn əleyhissəlamın vəfalı yoldaşlarının sərkərdəsi həzrət Əbul-Fəzl Abbas və digər üç şəhid qardaşının (əleyhimussəlam) əziz anası Xanım Ummul-bənin əleyhəssəlamın vəfat gününün ildönümüdür
آخرین رویداد ها

Bismilləhir-Rahmənir-Rahim

Həzrət Ummul-bənin əleythəssəlamın vəfatı

Hicri-qəməri 1447-ci il cumadis-saniyə ayının 13-ü, miladi 2025-ci il dekabr ayının 4-ü Kərbəlada imam Huseyn əleyhissəlamın vəfalı yoldaşlarının sərkərdəsi həzrət Əbul-Fəzl Abbas və digər üç şəhid qardaşının (əleyhimussəlam) əziz anası Xanım Ummul-bənin əleyhəssəlamın vəfat gününün ildönümüdür. Bu qəmli gün münasibətilə həzrət Sahib əz-Zaman (Allah onun zühurunu tezləşdirsin) və bütün mömin və möminə bacı-qardaşlara təsəlli və başsağlığı deyirik.

Həzrət Ummul bənin əleyha səlamın əsl adı Fatimə bint Hizamdır. Xanım Fatiməi-Zəhra əleyha səlamın şəhadətindən bir müddət sonra həzrət Əli ibn Əbi Talib (əleyhissəlam) Xanım Ummul bənin ilə ailə qurmuşdur.

 Tarixdə igidliklə tanınmış həzrət Abbas (əleyhissəlam) bu ananın tərbiyəsi ilə böyüyüb boya-başa çatmışdı. Onun dörd oğlunun hamısı Kərbəlada şəhid oldular. Bu dörd qəhrəman oğulun şəhidlik xəbəri anaya çatanda təbii olaraq qəlbi yandı və xüsusən oğlu Abbas (əleyhissəlam) üçün göz yaşı axıtdı. Ancaq ruhiyyəsi o qədər güclü idi ki, bir şer dedi:

“Ey igid oğlum Abbası atası kimi düşmənlərə hücum etdiyini görən kəs!

Əlinin (ə) övladlarının hamısı şücaət cəngəlliyinin şirləridirlər.

Eşitmişəm ki, oğlum Abbasın əlləri kəsildikdən sonra başına dəmir əmud vurub yarıblar.

Əgər oğlumun əli olsaydı, kim döyüşmək üçün cürət edib ona yaxınlaşa bilərdi?”

Bəşir Mədinəyə gəlib Kərbəla xəbərlərini məsciddə camaata deyirdi, Ümmül-Bənin adamların arasından qabağa gəldi. Onun Bəşirə dediyi ilk sözü bu idi: “İmam Hüseyndən (əleyhissəlam) mənə xəbər ver. Oğlanlarım və səma altındakıların hamısı Hüseynə (əleyhissəlam) fəda olsun”.

Bəşirdən İmam Hüseynin (əleyhissəlam) şəhid olmasını eşidəndə naləsi ucaldı və dedi: “Qəlbimin damarlarını qırdın”.

Onun İmam Hüseynə (əleyhissəlam) olan bu məhəbbəti, mənəviyyatının kamilliyinə bir dəlildir. O, rəhbəri yolunda övladlarının fədakarcasına şəhadətini unutdu və yalnız rəhbərindən söz açdı.

Tarixi mənbələrdə bu əzəmətli Xanımın anadan olduğu zaman qeyd olunmayıb. Lakin onun böyük oğlu həzrət Əbülfəzl Abbas (əleyhissalam) hicrətin 26-cı ilində dünyaya gəldiyi göstərilir. Bu Xanım özünün əxlaqı, şücaəti, kəramətləri və isməti ilə tarix kitablarında tanınır. Tarixdə göstərilir ki, Ummul bənin Kərbəlada olmamışdır, lakin imam Hüseyn (əleyhissalam) Kərbəla səfərinə yola düşərkən o, dörd oğlunu- Abbas, Abdullah, Cəfər, Osman- kömək üçün İmamla (əleyhissalam) getmələrinə qərar vermişdir. Kərbəla hadisəsindən sonra övladlarının şəhadət xəbərini eşitdikdə hamıdan çox imam Hüseynə (əleyhissalam) ağlayır və öz oğullarının ona fəda olmasına şad olur. Bu da onun imanının nə dərəcədə yüksək  olmasına işarədir. Ummul bənin həzrət İmam Huseyn (əleyhissəlam) və dörd oğlu üçün əzadarlıq edib növhə oxuyardı, belə ki, o Xanımın əzadarlığını görüb və qəmli-qəmli növhə oxumasını eşidənlər onunla həmnəva olardılar. Hətta deyilir ki, Əhli-beyt (əleyhimussəlam) ilə düşmənçilik edən insanlar belə xanımın növhələrini eşitdikdə tab gətirməyib ağlayardılar. Xanım Ummul bəninin (əleyhəssəlam) dəfn olunduğu məkan Mədinə şəhəri Bəqiy qəbristanındadır. Ruhu şad olsun!

İltimas dua


Etiketlər :

Həzrət Ummul-bənin əleythəssəlamın vəfatı