Həzrət Ummul-Bənin əleyhasəlamın təvəllüd günü

29 December 2025

08:50

۲

Xəbərin xülasəsi :
Hicri-qəməri 1447-ci il rəcəb ayının 7-i, miladi 2025-ci il dekabrın 28-i bəzi tarixi mənbələrə görə, həzrət Əli əleyhissəlamın hörmətli həyat yoldaşı Ummul-Bənin əleyha səlamın təvəllüd günüdür
آخرین رویداد ها

Bismilləhir-Rahmənir-Rahim

Həzrət Ummul-Bənin əleyhasəlamın təvəllüd günü

Hicri-qəməri 1447-ci il rəcəb ayının 7-i, miladi 2025-ci il dekabrın 28-i bəzi tarixi mənbələrə görə, həzrət Əli əleyhissəlamın hörmətli həyat yoldaşı Ummul-Bənin əleyha səlamın təvəllüd günüdür. Həzrət Ummul-Bənin İslam tarixinin ilk görkəmli qadınlarından biridir. O, Əhli-Beytə (əleyhimussəlam) qarşı hər zaman nəzakət, sədaqət və səmimiyyətli olmuşdur. O, həmişə özünü Həzrət Zəhranın övladlarının xidmətində görmüş, onlara böyük sevgi və sədaqətini təqdim etmişdir. O, Həzrət Fatimənin (əleyha səlam) övladlarını öz övladlarından daha əziz bilmiş və onlara səmimi hörmət bəsləmişdir. Əhli-beyt (əleyhimussəlam) arasında xüsusi məqam və hörmətə malik olmasının səbəbi də məhz budur.

Bu gün ömrü boyu Əhli-Beytə (əleyhimussəlam) sadiq olub eşq bəsləyən bu əzəmətli xanımın ad günüdür. Həzrət Ummul-Bəninin (əleyha səlam) mövludunu bütün dünya müsəlmanlarına, xüsusən də şiələrə təbrik deyirik.

Etiketlər :

Həzrət Ummul-Bənin əleyhasəlamın təvəllüd günü