Həzrət Huseyn ibn Əli əleyhiməssəlamın təəvəllüdü

31 January 2026

10:23

۶

Xəbərin xülasəsi :
Hicri-qəməri 1447-ci il şəban ayının 3-ü, miladi 2026-cı il yanvar ayının 23-ü imamət və vilayət səmasının üçüncü parlaq ulduzu həzrət Huseyn ibn Əli ibn Əbi Talib əleyhimussəlamın mövlud günüdür
آخرین رویداد ها

Bismilləhir-Rahmənir-Rahim

Behişt cavanlarının sərvəri imam Huseyn əleyhissəlamın təvəllüdü

Hicri-qəməri 1447-ci il şəban ayının 3-ü, miladi 2026-cı il yanvar ayının 23-ü imamət və vilayət səmasının üçüncü parlaq ulduzu, Cənnət cavanlarının sərvəri, Ali-əbanın beşincisi, həzrət Peyğəmbərin (sallallahu əleyhi və alih) əziz nəvəsi Huseyn ibn Əli ibn Əbi Talib əleyhimussəlamın mövlud günüdür.

Bu böyük fərəh və şadlıq münasibətilə ilk olaraq həzrət Hüccət ibn Həsən Sahib Zamana (Allah onun zühurunu tezləşdirsin), sonra bütün Əhli-beyt (əleyhimussəlam) sevənlərinə və aşiqlərinə saysız-hesabsız təbriklər deyir və  məhəbbət dolu sevinclər çatdırıram.

Həzrət imam Huseyn əleyhissəlam hicrətin 4-cü ilində müqəddəs Mədinə şəhərində aləmi öz nuru ilə işıqlandırdı. Əziz atası həzrət Əli ibn Əbi Talib əleyhiməssəlam və mehriban anası həzrət Siddiqeyi-Tahirə Fatimei-Zəhra əleyhasəlamdır.

O Həzrətin künyəsi Əbu Əbdullah və ləqəbləri Seyyiduş-şuhəda, Əş-şəhid, Sibtus-sani, Əz-Zəkiyy və digər zikr edilmişdir.

 Həzrət Huseyn ibn Əli əleyhiməssəlam altı il bir neçə ay cəddi həzrət Rəsuləllah ilə (sallallahu əleyhi və alih), otuz il əziz atası həzrət Mövlayi Muttəqin Əmirəlmöminin əleyhissəlam ilə yaşamışdır. Həmçinin, atası ilə birlikdə Cəməl, Siffeyn və Nəhrəvan döyüşlərində iştirak etmişdir.

Həzrət imam Huseyn əleyhissəlamın dürəfşan kəlamlarından

مَن عَبَدَ اللّه َ حَقَّ عِبادَتِهِ آتاهُ اللّه ُ فَوقَ أمانِيِّهِ و كِفايَتِهِ

“Hər kəs Allah-taalaya layiqli şəkildə itaət və bəndəlik etsə, Allah-taala ona arzusundan və ehtiyacından daha artıq əta edər.”[1]



[1] Biharul-ənvar, cild-71, səh. 183


Etiketlər :

Behişt cavanlarının sərvəri imam Huseyn əleyhissəlamın təvəllüdü