Həzrət imam Səccad əleyhissəlamın təvəllüd günü

31 January 2026

10:24

۷

Xəbərin xülasəsi :
Hicri-qəməri 1447-ci il şəban ayının 5-i, miladi 2026-cı il yanvarın 25-i imamət və vilayət səmasının dördüncü parlaq ulduzu həzrət imam Zeynul-Abidin Əli ibn Huseyn əleyhiməssəlamın viladət günüdür
آخرین رویداد ها

Bismilləhir-Rahmənir-Rahim

Həzrət imam Səccad Əli ibn Huseyn əleyhiməssəlamın təvəllüd günü

Hicri-qəməri 1447-ci il şəban ayının 5-i, miladi 2026-cı il yanvarın 25-i imamət və vilayət səmasının dördüncü parlaq ulduzu həzrət imam Zeynul-Abidin Əli ibn Huseyn əleyhiməssəlamın viladət günüdür.

Bu bərəkətli mövlud günü münasibətilə Allah-təalanın sonuncu hüccəti, Əhli-beytin (əleyhimussəlam) yadigarı həzrət Məhdi Sahib Zamana (Allah onun zühurunu tezləşdirsin), eləcə də bütün Quran və Əhli-beyt (əleyhimussəlam) aşiqlərinə və İlahi tövsiyələrə əməl edən əziz mömin bacı-qardaşlara səmimi təbriklərimizi təqdim edirik.

Həzrət imam Əli ibn Huseyn ibn Əli ibn Əbi Talib əleyhimussəlam həzrət Peyğəmbərin (sallallahu əleyhi və alih) Əhli-Beytindən olan 4-cü Məsum imamdır.

Əziz atası həzrət Huseyn ibn Əli (əleyhiməssəlam) və məşhur nəqlə əsasən, hörmətli anası İran şahzadəsinin qızı Şəhribanu olmuşdur.

Həzrət Səccad əleyhissəlam hicri-qəməri 38-ci ildə müqəddəs Mədinə şəhərində dünyaya gəlmişdir. Hicri 61-ci il məhərrəm ayının 10-da əziz atası həzrət imam Huseyn əleyhissəlam Kərbəla vaqeəsində şəhid olduqdan sonra, həzrət Səccad əleyhissəlamın imaməti tarixin ağır və sıxıntılı dövründə başlanmış və bu müddət təqribən 34 il (61-95 q) davam etmişdir.

Həzrətin məşhur kunyələrindən Əbu Muhəmməd, Əbul Həsən və Əbul Huseyn, eləcə də ləqəblərindən Zeynul-Abidin, Seyyidus-Sacidin, Səccad adlarını saymaq olar.

Həzrət imam Səccad əleyhissəlamın “Səhifei-Səccadiyyə”, “Risalətul-huquq”, “Əbu Həmzəi-Sumali duası” və Şam vilayətində bəyan etdiyi məşhur xütbəsi İslam maarifinin möhtəşəm inciləridir.

Həzrət Zeynul-Abidin əleyhissəlamın imamət dövründə baş vermiş hadisələrdən Kərbəla vaqeəsindən sonra Əhli-Beyt əleyhimussəlamın Kufə və Şam şəhərlərinə əsir aparılması, “Hərrə vaqeəsi”, müqəddəs Kəbənin Yezidin əsgərləri tərəfindən yandırılması, “Təvvabin qiyamı” və Muxtarın qiyamını qeyd etmək olar.

Həzrət Səccad əleyhissəlam imamət dövründə Bəni Uməyyə hakimlərindən, Yəzib ibn Muaviyə, Abdullah ibn Zubeyr, Muaviyə ibn Yəzid, Mərvan ibn Həkəm, Əbdulməlik ibn Mərvan və Vəlid ibn Əbdulməlikin xilafəti ilə müsadif olmuşdur.

Həzrət imam Səccad əleyhissəlamın dürəfşan hədislərindən

سادَةُ النّاسِ فی الدُّنْیا الاَسْخِیاء، وَ سادَةُ الناسِ فی الاخِرَةِ الاَتْقیاء

“Bu dünyada insanların hörmətlisi səxavətlilərdir, Qiyamət günündə insanların seyyidi və hörmətlisi onların təqvalıları və Allah-taalaya müri olanlardır.”[1]




[1] Biharul-ənvar, cild-78, səh. 50, hədis-77


Etiketlər :

Həzrət imam Səccad Əli ibn Huseyn əleyhiməssəlamın təvəllüd günü