İmam Cavadın (ə) şəhadətinin başsağlığı
17 March 2025
04:26
۲,۴۱۸
Xəbərin xülasəsi :
-
Möhtəşəm Səhifəi-Səccadiyyə kitabından 44-cü dua
-
Ramazan ayının on beşinci gününün duasının qısa izahı
-
Həzrət İmam Həsən Müctəbanın (əleyhissəlam) təvəllüdü
-
Ramazan ayının on dördüncü gününün duasının qısa izahı
-
Ramazan ayının gecələrində oxunan dua
-
Ramazan ayının on üçüncü gününün duasının qısa izahı
İmam Cavadın (ə) şəhadətinin ildönümü münasibəti ilə başsağlıq
Əssalamu ələyk ya əbəl-Həsən Əli ibn Muhəmməd
əz-Zəkiyər-raşid, ən-Nurəs-saqib və rəhmətullahi və bərəkatuh!
İmamət və vilayət səmasının doqquzuncu parlaq ulduzu imam Cavadul-əimmənin (ə) ürək ağrıdıcı və məzlumanə şəhadətinin il dönümü münasibəti ilə əzadar və qəm-qüssəyə qərq olmuş övladı həzrət Höccət ibnil-Həsən əl-Məhdiyə (ə.c) və bütün şiələrə başsağlıqı veririk.
Elə bu münasibətlə həmin İmamdan (ə) qiymətli kəlamları o həzrəti sevənlərə və şiələrinə təqdim edirik:
قَالَ(ع): «أَقْصَدُ الْعُلَمَاءِ لِلْمَحَجَّةِ الْمُمْسِكُ عِنْدَ الشُّبْهَةِ»
İmam Cavad (ə) buyurur:
1.“Sübut gətirməkdə ən mötədil olan alim, şübhə ilə qarşılaşanda özünü qoruyan, saxlayan şəxsdir.”
«مَنْ أَحَبَّ الْبَقَاءَ فَلْيُعِدَّ لِلْمَصَائِبِ قَلْباً صَبُوراً»
2.”Kim bu dünyada əbədi qalmağ) sevirsə, gərək (gələcəkdə başına gələcək) müsibətlərə səbirli qəlb və ürək hazırlasın.”
«الْعَامِلُ بِالظُّلْمِ وَ الْمُعِينُ لَهُ وَ الرَّاضِي بِهِ شُرَكَاء»
3.”Zülm edən, zalıma kömək edən və o zülmə razı olan, bunların hər üçü o zülmün günahında şərikdirlər.”
«التَّوْبَةُ عَلَى أَرْبَعَةِ دَعَائِمَ :نَدَمٍ بِالْقَلْبِ وَ اسْتِغْفَارٍ بِاللِّسَانِ وَ عَمَلٍ بِالْجَوَارِحِ وَ عَزْمٍ أَنْ لَا يَعُودَ»
4.”Tövbənin dörd əsası var: 1- Ürəkdən peşman olmaq. 2- Dil ilə istiğfar etmək. 3- Əzalar vasitəsi ilə əməl. 4- Bir daha günaha qayıtmamaq.

«وَ ثَلَاثٌ مِنْ عَمَلِ الْأَبْرَارِ: إِقَامَةُ الْفَرَائِضِ وَ اجْتِنَابُ الْمَحَارِمِ وَ احْتِرَاسٌ مِنَ الْغَفْلَةِ فِي الدِّينِ»
5.”Üç iş yaxşıların əməlindəndir: Vacibləri yerinə yetirmək, haramlardan çəkinmək və dində qəflətdən uzaq olmaq.”
«وَ ثَلَاثٌ يُبَلِّغْنَ بِالْعَبْدِ رِضْوَانَ اللَّهِ: كَثْرَةُ الِاسْتِغْفَارِ وَ خَفْضُ الْجَانِبِ وَ كَثْرَةُ الصَّدَقَةِ»
6.”Üç əməl bəndəni Allah-taalanın Behiştinə çatdırar: Çox istiğfar etmək, mülayim və xoş əxlaq olmaq və çoxlu sədəqə vermək.”
«وَ أَرْبَعٌ مَنْ كُنَّ فِيهِ اسْتَكْمَلَ الْإِيمَانَ: مَنْ أَعْطَى لِلَّهِ وَ مَنَعَ فِي اللَّهِ وَ أَحَبَّ لِلَّهِ وَ أَبْغَضَ فِيهِ»
7.”Kimdə bu dörd xüsusiyyət olsa imanı kamildir: Allaha xatir əta edən, Allaha görə (pisliklərdən) çəkindirən, Allah üçün sevən və Allaha görə düşmənçilik edən şəxs.
«وَ ثَلَاثٌ مَنْ كُنَّ فِيهِ لَمْ يَنْدَمْ: تَرْكُ الْعَجَلَةِ وَ الْمَشُورَةُ وَ التَّوَكُّلُ عِنْدَ الْعَزْمِ عَلَى اللَّهِ عَزَّوَجَل»
8.”Üç şey hər kimdə olsa peşman olmaz: Tələsməmək, məsləhətləşmək və bir işdə qərar tutan zaman Allaha təvəkkül etmək.
Hədislərin mənbəyi: “Biharul-ənvar”, 75-ci cild.