Dinin təkmili və nemətlərin tamamlandığı bayram
17 March 2025
04:26
۲,۵۷۳
Xəbərin xülasəsi :
-
Möhtəşəm Səhifəi-Səccadiyyə kitabından 44-cü dua
-
Ramazan ayının on beşinci gününün duasının qısa izahı
-
Həzrət İmam Həsən Müctəbanın (əleyhissəlam) təvəllüdü
-
Ramazan ayının on dördüncü gününün duasının qısa izahı
-
Ramazan ayının gecələrində oxunan dua
-
Ramazan ayının on üçüncü gününün duasının qısa izahı
Dinin kamilləşdiyi və nemətlərin tamamlandığı gün sayılan
Qədir-Xum bayramı mübarək
QƏDİR-XUM BAYRAMINIZ MÜBARƏK OLSUN!
يا أَيُّهَا الرَّسُولُ بَلِّغْ ما أُنْزِلَ إِلَيْكَ مِنْ رَبِّكَ وَ إِنْ لَمْ تَفْعَلْ فَما بَلَّغْتَ رِسالَتَه
“Ey Peyğəmbər, Rəbbin tərəfindən sənə nazil olanı çatdır! Əgər (bunu) etməsən, (elə bil ki,) Onun (heç bir) tapşırığını çatdırmamısan. Allah səni insanlardan (onların fitnə və şərindən) qoruyacaq. Şübhəsiz, Allah kafirlərin dəstəsini hidayət etməz!”1
«الْيَوْمَ يَئِسَ الَّذينَ كَفَرُوا مِنْ دينِكُمْ فَلا تَخْشَوْهُمْ وَ اخْشَوْنِ الْيَوْمَ أَكْمَلْتُ لَكُمْ دينَكُمْ وَ أَتْمَمْتُ عَلَيْكُمْ نِعْمَتي وَ رَضيتُ لَكُمُ الْإِسْلامَ ديناً»
“Bu gün kafirlər dininizdən əllərini üzdülər. Onlardan qorxmayın, Məndən qorxun! Bu gün dininizi sizin üçün kamil etdim, sizə olan nemətimi tamamladım və sizin üçün din olaraq islamı bəyənib seçdim.”2
«إِنَّما وَلِيُّكُمُ اللَّهُ وَ رَسُولُهُ وَ الَّذينَ آمَنُوا الَّذينَ يُقيمُونَ الصَّلاةَ وَ يُؤتُونَ الزَّكاةَ وَ هُم راكِعُونَ»
“Sizin mövla və rəhbəriniz yalnız Allah, Onun Peyğəmbəri və iman gətirənlərdir. O kəslər ki, (Allaha) namaz qılır və rükuda olduqları halda zəkat verirlər.”3
Həmd olsun bizi əmirəl-möminin imam Əlinin (ələyhis-səlam ) və İmamların (ə) vilayətində qərar verən Allaha!
قَالَ رَسُولُ اللَّهِ(ص): «يوْمَ غَدِيرِ خُمٍّ أَفْضَلُ أَعْيادِ أُمَّتِي وَ هُوَ الْيوْمُ الَّذِي أَمَرَنِي اللَّهُ تَعَالَى ذِکْرُهُ فِيهِ بِنَصْبِ أَخِي عَلِي بْنِ أَبِي طَالِبٍ(ع) عَلَماً لِأُمَّتِي يهْتَدُونَ بِهِ مِنْ بَعْدِي وَ هُوَ الْيوْمُ الَّذِي أَکْمَلَ اللَّهُ فِيهِ الدِّينَ وَ أَتَمَّ عَلَى أُمَّتِي فِيهِ النِّعْمَةَ وَ رَضِي لَهُمُ الْإِسْلَامَ دِيناً»
Allahın Rəsulu (s) buyurur: “Ümmətimin ən yaxşı bayramı Qədir-Xum gününün bayramıdır. Bu o gündür ki, Allah mənə əmr etdi məndən sonra rəhbər olsun deyə qardaşım Əli ibn Əbi Talibi (ələyhis-səlam ) ümmətim üçün imam təyin edəm. Bu o gündür ki, Allah dini kamil etdi və nemətini ümmətimə tamam etdi, İslamı din olaraq onlar üçün seçdi.”1
قَالَ سَأَلْتُ أَبَاعَبْدِاللَّهِ(ع): «هَلْ لِلْمُسْلِمِينَ عِيدٌ غَيرَ يوْمِ الْجُمُعَةِ وَ الْأَضْحَى وَ الْفِطْرِ؟ قَالَ: نَعَمْ، أَعْظَمُهَا حُرْمَةً. قُلْتُ: وَ أَيّ عِيدٍ هُوَ جُعِلْتُ فِدَاکَ؟ قَالَ: الْيوْمُ الَّذِي نَصَبَ فِيهِ رَسُولُ اللَّهِ(ص) أَمِيرَالْمُؤْمِنِينَ(ع) وَ قَالَ مَنْ کُنْتُ مَوْلَاهُ فَعَلِي مَوْلَاهُ»؛
Ravi deyir: imam Sadiqdən (ə) soruşdum: “Müsəlmanların Cümə, Qurban və Fitr bayramından başqa bayramları varmı?”
İmam (ə) buyurdu: “Bəli!”
Dedim: “Sizə fəda olum, hansı gündür!?”
Buyurdu: “Allah Rəsulunun (s) Əmirəl-möminini (ə) (xilafət və vilayətə) təyin etdiyi və "Mən kimin mövlasıyamsa, Əli də onun mövlasıdır!” – dediyi gündür.”2
سَمِعْتُ أَبَاعَبْدِاللَّهِ الصَّادِقَ(ع) يقُولُ: «صِيامُ يوْمِ غَدِيرِ خُمٍّ يعْدِلُ صِيامَ عُمُرِ الدُّنْيا إِلَى أَنْ قَالَ وَ هُوَ عِيدُ اللَّهِ الْأَکْبَرُ وَ مَا بَعَثَ اللَّهُ نَبِياً إِلَّا وَ تَعَيدَ فِي هَذَا الْيوْمِ وَ عَرَفَ حُرْمَتَهُ وَ اسْمُهُ فِي السَّمَاءِ يوْمُ الْعَهْدِ الْمَعْهُودِ وَ فِي الْأَرْضِ يوْمُ الْمِيثَاقِ الْمَأْخُوذِ وَ الْجَمْعِ الْمَشْهُود»؛
Ravi deyir: Eşitdim İmam Sadiq (ə) buyururdu: “Qədir-Xum bayramı gününün orucu, dünya ömrünün hamısına bərabərdir.” Sonra buyurdu: “Qədir-Xum günü Allahın böyük bayramıdır, Allah elə bir Peyğəmbər göndərməyib ki, bu günü bayram keçirməsin və onun əzəmətini tanımasın. Göydə bu günün adı, “Bağlanılmış əhdü-peyman”, yerdə isə “Alınmış əhdü-peyman və ictimai iştirak” günüdür (hamının hazır olduğu gündür).1