Camieyi-Kəbirə ziyarətnaməsi
30 March 2025
18:01
۲,۶۶۱
Xəbərin xülasəsi :
-
Həzrət Əmirəl-möminin əleyhissəlamın Fitr bayramı xütbəsi
-
Ramazan ayının iyirmi doqquzuncu gününün duasının qısa izahı
-
Ramazan ayının axırıncı gecəsinin əməlləri
-
Ramazan ayının iyirmi səkkizinci gününün duasının qısa izahı
-
Ramazan ayının iyirmi yeddinci gününün duasının qısa izahı
-
İyirmi yeddinci gecəsinin əməlləri
Camieyi-Kəbirə ziyarətnaməsində Əhli-Beyt əleyhimussalamın siması
«Camiə» ziyarətnaməsini pak və mə`sum imamlar əleyhimussalamın elmlərini gələcək nəsillərə çatdıran bir çox böyük din alimləri nəql etmişdir. Bu ziyarətnamənin məşhurluğu elmi mə`lumata malik olan tədqiqatçılar üçün gün kimi aydındır. İbarələrinin inci quruluşu və nurani mə`naları, onun ilahi elmlərə yiyələnən və Qur`an sirlərinə sahib olan vilayət nurunun ulduzlarının sinəsindən südur etməsini təsdiqləyən həqiqi dəlil və sübutdur.
Ziyarətnamənin fəsahətli məzmunu və bəlağətli dəlaləti, mə`sumların digər kəlamları (Nəhcül-bəlağə, Səhifeyi-Səccadiyyə, bir çox dua və raz-niyazlar) kimi, onun sənədində axtarış aparmaqdan bizi biniyaz edir.
Bu ziyarətnaməni görkəmli şiə alimi mərhum Şeyx Tusi «Təhzib»[1] kitabında, böyük hədis alimi mərhum Şeyx Səduq «Fəqih»[2] və «Üyun»[3] kitablarında və digər alimlər öz kitablarında mö`təbər ravi olan Məhəmməd ibni İsmayıl Bərməkidən, o da Musa ibni Abdullah Nəxəinin[4] vasitəsilə həzrət imam Hadi əleyhissalamdan rəvayət etmişlər.
«Üyun» kitabında bu rəvayətin sənədi belə qeyd olunub:
Dəqqaq, Şeybani,[5] Vərraq və Məktib, onların hamısı Əsədidən, o da Bərməkidən, o isə Nəxəidən[6] rəvayət ediblər ki, belə deyir:
Həzrət imam Əli ibni Muhəmməd Hadi əleyhissalama ərz etdim: «Ey Allah Peyğəmbərinin oğlu! Mənə yüksək mə`nalı və aydın bir kəlam öyrət ki, siz əzizlərin hər birini ziyarət etmək istəyəndə, onu bəlağət və kamalla oxuyum.»
Həzrət buyurdu: «İmamların ziyarətgahının giriş qapısına yetişdiyin zaman, dayanıb otuz dəfə «Allahu əkbər» deyərək təkbir söylə. Sonra vüqar və aramlıqla hərəkət edib bir az get, sonra yenidən dayanıb otuz dəfə təkbir de. Sonra isə məzara yaxınlaşıb qırx dəfə də təkbir de, belə ki, məcmu halında yüz dəfə təkbir demiş olasan. Daha sonra bu ibarələrin mə`nalarına diqqət yetirməklə imamları ziyarət et.»
Belə deyərək, həzrət «Camieyi-kəbirə» ziyarətnaməsini qiraət buyurdu.
Bu rəvayət «Fəqih» kitabında da nəql etdiyimiz kimi qeydə alınıbdır.
[1] «Ət-Təhzib», Şeyx Tusi, 6-cı cild, 46-cı fəsil, səh. 95.
Ardı var...