Həzrət İmam Kazim əleyhissalamın şəhadəti
30 March 2025
17:26
۱,۸۷۲
Xəbərin xülasəsi :
-
Həzrət Əmirəl-möminin əleyhissəlamın Fitr bayramı xütbəsi
-
Ramazan ayının iyirmi doqquzuncu gününün duasının qısa izahı
-
Ramazan ayının axırıncı gecəsinin əməlləri
-
Ramazan ayının iyirmi səkkizinci gününün duasının qısa izahı
-
Ramazan ayının iyirmi yeddinci gününün duasının qısa izahı
-
İyirmi yeddinci gecəsinin əməlləri
Hicri qəməri tarixi-Rəcəb ayının 25-i, miladi tarixi-May ayının 14-ü Həzrət Musa ibn Cəfər İmam Kazim əleyhiməssalamın şəhadət günüdür. O Həzrət 183-cü hicri qəməri ilində dövrün zalım sultanı Harun ər-Rəşidin əmri ilə uzun müddət zindanda saxlanıldıqdan sonra zəhər vasitəsilə şəhadətə yetirilmişdir. Bu ağır və əzadarlıq günü münasibətilə zamanənin İmamı Həzrət Sahib əz-Zamana (əccəlallahu taala fərəcəhuş-Şərif), din xadimlərinə və bütün müsəlmanlara təsliyət və başsağlığı deyirik.
Həzrət İmam Kazim əleyhissalamdan əxlaq mövzusunda bir hədis:
"لیس منا من لم یحاسب نفسه فی کل یوم، فان عمل حسنا استزاد الله، و ان عمل سیئا استغفر الله منه و تاب الیه"
Həzrət buyurur: "Hər kəs öz nəfsini gün ərzində mühasibə etməzsə, bizdən deyil. (Nəfsini mühasibə edən şəxs) əgər (gün ərzində) yaxşı əməl sahibi olduğunu görərsə, Allah taaladan belə əməllərin çox olmasını istəsin, (amma) əgər pis əməl sahibi olduğunu müşahidə edərsə, Allah taaladan bağışlanmasını istəsin və Onun dərgahına üz tutub təvbə etsin."
Hədisin mənbəsi: Əl-Kafi, 2-ci cild, səh. 453.
Dünya müsəlmanlarını, xüsusən zalımlarla ön cəbhədə mübarizə edən İraq, Suriya, Bəhreyn və Yəmən haqsevərlərini dua etməyi unutmayın! İltimasi dua.