Kəramət bayramı mübarək olsun!
02 April 2025
22:51
۱,۷۱۹
Xəbərin xülasəsi :
-
Mübarək Fitr bayramı
-
Həzrət Əmirəl-möminin əleyhissəlamın Fitr bayramı xütbəsi
-
Ramazan ayının iyirmi doqquzuncu gününün duasının qısa izahı
-
Ramazan ayının axırıncı gecəsinin əməlləri
-
Ramazan ayının iyirmi səkkizinci gününün duasının qısa izahı
-
Ramazan ayının iyirmi yeddinci gününün duasının qısa izahı
Bismillahir-Rəhmanir-Rəhim
Kəramət bayramınız mübarək
Zil-qədə ayının 1-i Həzrət Məsumə əleyhassəlamın viladət günüdür. Bu böyük şəxsiyyət hicri-qəməri ili 173-də dünyaya gəlmiş, atası Həzrət İmam Kazim əleyhissəlam və anası Həzrət Nəcmə Xatundur. Məsumə adı bu Xanıma əziz qardaşı İmam Rza əleyhissəlam tərəfindən verilmiş ləqəbdir və adı isə Fatimədir. 183-cü hicri ilində əziz atası İmam Kazim əleyhissəlam Bağdadda, Harunun zindanında şəhadətə çatdıqdan sonra əziz qardaşı İmam Rza əleyhissəlamın nəzarəti altında böyüyüb tərbiyə omuşdur.
Hicri qəməri tarixi 200-cü ildə Abbasi xəlifəsi Məmun Həzrət İmam Rza əleyhissəlamı Mədinədən Xorasana gətizdirdikdən bir il sonra Həzrət Məsumə əleyhasalam əziz qardaşını görmək üçün Mədinədən Tus şəhərinə yollanır. Lakin Qum şəhəri yaxınlığında bəzi tarixçilərin yazdığına görə xəstələnir və Qum şəhərinə gətizdirilir. Orada bir neçə gün qaldıqdan sonra isə vəfat edir.
Hicri qəməri 148-ci il zil-qədə ayının 11-i Həzrət İmam Rza əleyhissəlamın viladəti olduğu üçün şiələr bu 11 günü bayram qeyd edir və İmam Rza və Xanım Məsumə əleyhimassalamın ziyarətinə gedirlər.
Həzrət İmam Rza əleyhissəlam Xanım Fatiməi-Məsumə əleyhassalam barəsində buyurur:
“مَنْ زَارَهَا عَارِفاً بِحَقِّهَا فَلَهُ الْجَنَّة”
Hərif kəs Həzrət Məsumə əleyhassəlamın məqam və mənzilətinə arif olaraq onu ziyarətedərsə, yeri cənnətdir.
Başqa bir hədisdə belə nəql edilibdir:
مَنْ زار المعصومه فی قم کمن زارنی"
Yəni, Hər kəs Həzrət Məsumə əleyhasalamı Qum şəhərində ziyarət edərsə, məni ziyaraət etmiş kimidir.
Mənbə: Zadul-Məad, səh. 5.<?xml:namespace prefix = o ns = "urn:schemas-microsoft-com:office:office" />