Günün hədisi
03 April 2025
00:39
۱,۷۶۵
Xəbərin xülasəsi :
-
Mübarək Fitr bayramı
-
Həzrət Əmirəl-möminin əleyhissəlamın Fitr bayramı xütbəsi
-
Ramazan ayının iyirmi doqquzuncu gününün duasının qısa izahı
-
Ramazan ayının axırıncı gecəsinin əməlləri
-
Ramazan ayının iyirmi səkkizinci gününün duasının qısa izahı
-
Ramazan ayının iyirmi yeddinci gününün duasının qısa izahı
Bismillahir-Rəhmanir-Rəhim
Həzrət İmam Rza əleyhissəlamdan belə nəql edilir:
“Yeddi şey əgər digər yeddi şeylə birgə olmazsa, istehza və məsxərə sayılar; 1- Əgər bir kəs (etdiyi pis əməl müqabilində) dildə istiğfar edib qəlbində peşiman olmazsa, özünə rişxənd etmişdir; 2- Əgər kimsə (müəyyən məqsədə çatmaq üçün) Allah-taaladan kömək istəsə, amma özü fəaliyyət və səy göstərməzsə, özünü istehza etmişdir; 3- Əgər kimsə Behişti istəyib (həyatın çətinliklərinə) səbr etməzsə, özünü masqara etmişdir; 4- Əgər bir kəs (cəhənnəm) odundan Allah-taalaya pənah aparsa, amma dünyanın (haram) ləzzətindən əl çəkməzsə, özünü ələ salmışdı; 5- Əgər bir kəs ölümü yada salsa, amma ölümünə hazırlıq görməzsə, özünü məsxərə etmişdir; 6- Əgər kimsə Allah-taalanı yada salsa, amma Onun görüşünə getməyə müştaq olmazsa, özünü istehza etmişdi; 7- Əgər bir kəs günahlarının təkrarına israr edərsə və tövbə etmədən Allah-taaladan əfv və bağışlanmaq istərsə, özünü məsxərə etmişdir.”
Mənbə: “Əl-Məvaizul ədədiyyə” səh. 471.