8 Zil-hiccə İmam Huseyn əleyhissəlamın Kerbəlaya hərəkəti
03 April 2025
00:12
۱,۸۷۹
Xəbərin xülasəsi :
آخرین رویداد ها
-
Mübarək Fitr bayramı
-
Həzrət Əmirəl-möminin əleyhissəlamın Fitr bayramı xütbəsi
-
Ramazan ayının iyirmi doqquzuncu gününün duasının qısa izahı
-
Ramazan ayının axırıncı gecəsinin əməlləri
-
Ramazan ayının iyirmi səkkizinci gününün duasının qısa izahı
-
Ramazan ayının iyirmi yeddinci gününün duasının qısa izahı
Həzrət İmam Huseyn əleyhissəlam hicri-qəməri ili şəban ayının 3-ü müqəddəs Məkkə şəhərinə daxil olmuş və bu ayın sonu, eləcə də mübarək Ramazan ayı, şəvval ayı və zil-qədə ayının sonunu bu şəhərdə iqamət etmişdir. Zil-hiccə ayı daxil olduqda o Həzrət ehram bağlamış və həcc əməllərini yerinə yetirmişdir. Zil-hiccə ayının 8-i, "tərviyə" günü Əmr ibn Səd ibn As böyük bir cəmiyyətlə həcc mərasimi bəhanəsilə Məkkəyə daxil olmuş, lakin həqiqətdə Yezid tərəfindən Həzrət İmam Huseyn əleyhissəlamı şəhadətə yetirmək üçün məmur edilmişdir.
Həzrət İmam Huseyn əleyhissəlam həqiqətdən xəbərdar olduğu üçün bir tərəfdən müqəddəs Kəbənin ehtiramını qoruyub saxlamaq, digər tərəfdən də İlahi risalətini davam etdirmək niyyəti ilə həcc mərasimini ömrə ilə əvəz edərək zil-hiccə ayının 8-i Məkkəni tərk edib Kufəyə getmək üçün yola düşmüşdür.
Demək, zil-hiccə ayının 8-i Həzrət İmam Huseyn əleyhissəlamın Kufəyə tərəf hərəkət etdiyi gündür.