Mübarək Rəcəb ayının gəlişin təbrik deyirik!
18 April 2025
20:46
۱,۷۶۵
Xəbərin xülasəsi :
Bismilləhir-Rahmənir-Rahim
Mübarək Rəcəb ayının gəlişini bütün mömin bacı-qardaşlara təbrik deyir və ümid edirik Allahın saleh bəndələri bu bərəkətli ayın sayagəlməz fəzilətlərindən kamil şəkildə faydalansınlar!
Həzrət İmam Sadiqdən (əleyhissəlam) Peyğəmbərin belə buyurduğu nəql olunur:- “Rəcəb ayı ümmətimin istiğfar ayıdır. Bu ayda çoxlu istiğfar edin! Allah çox bağışlayan və mehribandır.” Bu ayda çoxlu ilahi rəhmət mənim ümmətimə nazil olur. Onda çoxlu deyin:- “Əstəğfirullahə və əs`əluhut tovbə.”
Həzrət Peyğəmbər (sallallahu əleyhi və alih) buyurub:- “Hər kəs bu ayda bir gün oruc tutsa, Allahın razılığına səbəb və ilahi qəzəbdən amanda olar.”
Mərhum Seyid ibn Tavus nəql edir ki, Məhəmməd ibn Zəkvan deyirdi:- “İmam Sadiqə belə ərz etdim:- Canim sənə fəda olsun, indi Rəcəb ayıdır mənə elə bir dua öyrət ki, Allah-taala onun köməyilə mənə xeyir versin. Həzrət buyurdu:- Yaz! “Bismilahir Rəhmanir Rəhim” və bu duanı Rəcəb ayında gecə-gündüz namazların ardında oxu:
يَا مَنْ أَرْجُوهُ لِكُلِّ خَيْرٍ وَ آمَنُ سَخَطَهُ عِنْدَ [مِنْ] كُلِّ شَرٍّ يَا مَنْ يُعْطِي الْكَثِيرَ بِالْقَلِيلِ يَا مَنْ يُعْطِي مَنْ سَأَلَهُ يَا مَنْ يُعْطِي مَنْ لَمْ يَسْأَلْهُ وَ مَنْ لَمْ يَعْرِفْهُ تَحَنُّنا مِنْهُ وَ رَحْمَةً أَعْطِنِي بِمَسْأَلَتِي إِيَّاكَ جَمِيعَ خَيْرِ الدُّنْيَا وَ جَمِيعَ خَيْرِ الْآخِرَةِ وَ اصْرِفْ عَنِّي بِمَسْأَلَتِي إِيَّاكَ جَمِيعَ شَرِّ الدُّنْيَا وَ [جَمِيعَ] شَرِّ الْآخِرَةِ فَاِنَّهُ غَيْرُ مَنْقُوصٍ مَا أَعْطَيْتَ وَ زِدْنِي مِنْ فَضْلِكَ يَا كَرِيمُ
Ya mən ərcuhu likulli xəyr, və amənə səxətəhu ində kulli şərr, ya mən yu`til kəsirə bil qəlil, ya mən yu`ti mən səələh, ya mən yu`ti mən ləm yəs`əlh, və mən ləm yə`rifhu təhənnunən minhu və rəhməh, ə`tini biməs`ələti iyyak, cəmiə xəyrid dunya və cəmiə xəyril axirəh, vəsrif ənni biməs`ələti iyyak, cəmiə şərrid dunya və şərril axirəh, fəinnəhu ğəyru mənqusin ma ə`təyt, və zidni min fəzlikə ya kərim.
Ey bütün xeyir işlərdə ümid bəslədiyim! Bütün şər işlərdə Öz qəzəbindən Özünə sığındığım! Ey az müqabilində çox əta edən! Ey istəyənlərə əta edən! Ey Onu tanımayanlara və Ondan istəməyənlərə lütf və mərhəmət səbəbindən əta edən! Səndən bütün dünya və axirət xeyrini istəyən bəndənə əta et. İstəyimə görə məndən dünya və axirət şərini tamamilə uzaq et! Həqiqətən, Sənin əta etdiyin nöqsansızdır. Öz fəzl və kərəmindən mənə əta et, ey Kərim!
Ravi deyir:- “Sonra həzrət mübarək saqqalını sol əlinə alıb təzərrü ilə sağ əlinin işarə barmağını yellətməyə başlayaraq bu duanı oxumağa başladı:
يَا ذَا الْجَلالِ وَ الْإِكْرَامِ يَا ذَا النَّعْمَاءِ وَ الْجُودِ يَا ذَا الْمَنِّ وَ الطَّوْلِ حَرِّمْ شَيْبَتِي عَلَى النَّارِ
Ya zəl cəlali vəl ikram, ya zən nə`mai vəl cud, ya zəl mənni vət təvl, hərrim şeybəti ələn nar.
Ey calal və böyüklük sahibi! Ey nemətlər və səxavət sahibi! Ey əta və kərəm sahibi! Saqqalımı cəhənnəm oduna haram et!
Peyğəmbərdən (sallallahu əleyhi və alih) belə nəql olunur ki, hər kəs Rəcəb ayında yüz dəfə “Əstəğfirullahəlləzi la ilahə illa hu, vəhdəhu la şərikə ləhu və ətubu iləyh” (O Allahdan bağışlanmaq diləyirəm ki, Ondan başqa heç bir tanrı yoxdur. O birdir və şəriksizdir. Mən Ona tərəf qayıdıb tövbə edirəm) — desə və onu sədəqə ilə başa vursa, Allah taala öz rəhmət və məğfirət qapılarını onun üzünə açar.
أَسْتَغْفِرُ اللَّهَ الَّذِي لا إِلَهَ إِلا هُوَ وَحْدَهُ لا شَرِيكَ لَهُ وَ أَتُوبُ إِلَيْهِ
Bir daha bütün əzizlərə bərəkətli Rəcəb ayını təbrik deyir, Allah-taalaya qovuşmaq üçün çox münasib olan bu əzəmətli ayda möminlərin lazımi faydalanmalarını arzulayırıq.