Məbəs bayramınız mübarək
16 May 2025
14:11
۱,۵۹۸
Xəbərin xülasəsi :
Bismilləhir-Rahmənir-Rahim
Hicri-qəməri tarixi rəcəb ayının 27-si “Məbəs” bayramıdır. Bu əzəmətli gündə həzrət Rəsuli-Əkrəmin (sallallahu əleyhi və alih) peyğəmbərliyi Allah-taalanın əmri ilə aşkar olmuş və müqəddəs Quranın ecazkar ayələri ələni olaraq cənab Cəbrəil vasitəsilə Peyğəmbəri –Əzəmə nazil olmuşdur.
Rəcəb ayının 27-si gecəsi və gündüzünün xüsusi ibadi əməlləri vardır və böyük fəzilətlərə malikdir. Həzrət imam Cavad əleyhissəlamdan bu barədə belə nəql edilir:
"أَنَ فِي رَجَبٍ لَيْلَةً هِيَ خَيْرٌ لِلنَّاسِ مِمَّا طَلَعَتْ عَلَيْهِ الشَّمْسُ، وَ هِيَ لَيْلَةُ السَّابِعِ وَ الْعِشْرِينَ مِنْ هَذَا الشَّهْرِ مِنْهُ نُبِّئَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَ آلِهِ وَ سَلَّم فِي صَبِيحَتِهَا وَ إِنَّ لِلْعَامِلِ فِيهَا أَصْلَحَكَ اللَّهُ مِنْ شِيعَتِنَا مِثْلَ أَجْرِ عَمَلِ سِتِّينَ سَنَة..."
“Rəcəb ayında elə bir gecə vardır ki, o (gecə) xalq üçün günəşin şüası çatan hər bir şeydən daha yaxşıdır. O gecə, (bu ayın) 27-si gecəsidir. Belə ki, onun sübhündə Allah Rəsulunun (sallallahu əleyhi və alih) peyğəmbərliyi aşkar olmuşdur. Bizim şiələrimizin bu gecədə ibadəti (Allah-taala bu səlahiyyəti sənə nəsib etsin) altmış ilin ibadətinə bərabərdir...”
Mənbə: "Zadul-məad", Əllamə Məclisi, səh. 34
Bu əzəmətli bayram münasibətilə öncə Allah-taalanın yer üzündə höccəti həzrət Sahib əz-Zaman əleyhissəlama təbrik deyir və siz, Əhli-Beyt (əleyhimussəlam) aşiqlərini salamlayaraq bütün mömin bacı-qardaşlara ən gözəl günlər və layiqli ibadətlər diləyirik!