pic
pic
  • ۲۱

    ALLAHYOLUNA YARDIM SAYƏSİNDƏ QEYBİ KÖMƏKLƏR

    Bu gün İslam cəmiyyətində başqa dövrlərdən daha çox ilahi və qeybi yardımlardan danışılır. Xüsusilə haqqın batil əleyhinə savaşında mücahidlər başqalarından daha çox bu qeybi yardımları hiss etmişlər.

    Qur’an və “Nəhcül-bəlağə”də ilahi və qeybi yardımlara çatmaq üçün müəyyən şərtlər bəyan olunur:

    وَأَنْ يَنْصُرَ اللهَ سُبْحَانَهُ بَيَدِهِ وَقَلْبِهِ وَلِسَانِهِ، فَإِنَّهُ، جَلَّ اسْمُهُ، قَدْ تَكَفَّلَ بِنَصْرِ مَنْ نَصَرَهُ، وَإِعْزَازِ مَنْ أَعَزَّهُ.

    وَأَمَرَهُ أَنْ يَكْسِرَ نَفْسَهُ عِنْدَ الشَّهَوَاتِ، وَيَزَعَهَا عِنْدَ الْجَمَحَاتِ، فَإِنَّ النَّفْسَ أَمَّارَةٌ بِالسُّوءِ، إِل مَا رَحِمَ اللهُ

    “(Qeybdən faydalanar) Sübhan Allaha əli və dili ilə yardım edən. Çünki Allah Ona yardım edib əziz tutana yardım göstərməyi və əziz tutmağı öhdəsinə götürmüşdür. Ona əmr edər ki ,öz nəfsini azğın istəklərin tərki ilə sındırsın ,azğınlıq etdiyi vaxt cilovunu çəksin. Nəfs daim pisliyə çağırır. Yalnız Allahın mərhəmət nazil etdiyi nəfs istisnadır.”

    Deyilənlərdən tam aydın olur ki ,əgər insan özünü tanımaq və özünü tapmaq ,insanların hidayəti və cəmiyyətin islahı üçün hətta kiçik bir addım atarsa ,əslində Allaha yardım sorağınca getmiş olur. İndi baxaq görək ,Allaha necə və hansı yollarla yardım edə bilərik? Həzrət Əlinin (ə) Malik Əştərə xitabına əsasən ,üç yolla uyğun məqsədə çata bilərik: qəlblə yardım ,əllə yardım ,dillə yardım.

  • ۲۲

    QƏLBLƏYARDIM

    Qəlb vasitəsilə Allaha yardım etmək üçün hər şeydən öncə özünütərbiyə və nəfsin paklığına çalışmalıyıq. Bu istiqamətdə hərəkət edən insan özünü paklamaq üçün çalışmalıdır. Çünki Allaha qəlb vasitəsi ilə yardım daxili saflaşdırmaqdan ,insanın özünə ilahi rəng vurmasından ,fitrətə qayıdışdan ibarət insanlıq mərhələsinə çatmaqdan ,aləmlərin Rəbbi qarşısında müt’ilik göstərib təslim olmaqdan fərqli bir şey deyil.

    Beləcə , özünütərbiyədə ilk addım qəlb və ruhu düzgün e’tiqada hazırlamaq ,ilahi hökm və qanunlara möhkəm iman əldə etməkdir. Başqa sözlə ,öz qəlbi ilə Allaha yardım fikrinə düşən insan çalışmalıdır ki ,qəlbində kamil e’tiqad və xalis iman üçün zəmin hazırlasın. Bu yol elə bir eşq ,iman ,ixlasla adlanmalıdır ki ,hər gün insanın e’tiqadı daha da kamilləşsin. Nəhayət ,insanın hər günü onun əvvəlki günündən bir addım öndə olur ,e’tiqad və imanı daha da dərinləşir. Beləcə ,insan bir nöqtəyə çatır ki ,tutduğu yolda növbəti addımlar atmaq üçün güc tapır ,mərhələ-mərhələ daha yeni və daha tə’sirli addımlara müvəffəq olur.

  • ۲۳

    ƏLİLƏ YARDIM

    Həzrət Əlinin (ə) dəyərli buyuruğunda Allaha əl ilə yardım məsələsi bəyan olunarkən əslində əl yox ,qüdrət nəzərdə tutulur. Belə bir təşbehlə Qur’ani-kərimdə də rastlaşırıq: “Allahın əli bütün əllərin fövqündədir”, yə’ni Allahın qüdrəti bütün qüdrətlərin fövqündədir. Heç bir qüdrətdə ilahi qüdrətlə qarşılaşmaq imkanı yoxdur. Ürfi (el arası) danışıqlarda da çox vaxt “əl” sözü “qüdrət” mə’nasını bildirir. Məsələn ,deyirlər ki ,filankəsin əlindən bir iş gəlmir. Yə’ni filankəsin bir iş görməyə qüdrəti yoxdur. Bə’zən deyirlər: “Zəmanənin əli zalımdan məzlumun intiqamını aldı.” Hər iki cümlədə “əl” sözü qüdrət və güc mə’nasını bildirir.

    Deyilənlərə əsasən ,həzrət mövlanın Malik Əştərə buyuruğundakı “Allaha yardım” ifadəsinin həqiqi mə’nası anlaşılır. Nəzərdə tutulur ki ,Malik (həm də xitab tərəfi olaraq biz) Allaha yardım yolunda var qüvvəsi ilə çalışmalı ,ilahi hökm və qanunların həyata keçməsi üçün bütün gücündən istifadə etməli ,hamını İslamın müqəddəs hədəflərinə sövq etməlidir.

  • ۲۴

    DİLİLƏ YARDIM

    Bu günkü dünyamızda təbliğatın aparıcı rolunu kimsə inkar etmir. Təbliğ silahı istənilən bir silahdan tə’sirli və güclüdür. Ən mühüm təbliğ vasitəsi insanın dilidir. Bu tə’sirli və güclü vasitə hansı istiqamətdə fəaliyyət göstərməsindən asılı olaraq öz rolunu müəyyənləşdirir. Əgər insanın ,xüsusi ilə bəyan qüdrəti və tə’sirli nitqi olan fərdin dili bəşər düşüncəsini azdırmağa xidmət edirsə ,azdırıcı təbliğat vasitəsinə çevrilir. Allah və Allah hökmlərinin təbliğinə xidmət edən dil ,daha doğrusu ,dildən bu yolda istifadə edən insan əslində Allaha yardım etmiş olur.

  • ۲۵

    ALLAHINDƏYİŞMƏZ VƏ’Dİ

    Əgər insan öz qəlbi ,əli ,dili və nəhayət ,bütün gücü ilə Allaha yardıma qalxsa ,onun yeganə məqsədi ilahi qanunların və səmavi hökmlərin icrası olsa ,şübhəsiz ,özü də Allahın yardımından faydalanacaq. Çünki Allah-taala öz səmavi kitabında Onun yoluna yardım edən bəndəsinə yardım və’d edir.[4]Həzrət Əli (ə) də həmin əsasla uyğun və’di xatırladır.

    Bu ilahi və’di daha çox iki cəhətdən nəzərdən keçirmək lazım gəlir:

    Əvvəla ,və’d edən Allahdır və Allahın və’di əksər insanların və’di kimi əsassız və puç deyil. Bu və’d dəyişməz bir və’ddir ,Allah lazım bildiyi vaxt onu gerçəkləşdirəcək.

    İkincisi ,Allahın qüdrəti bitib-tükənməzdir. Təbii ki ,Allah qeyri-məhdud qüdrəti ilə məhdud insana yardım etsə ,kimsədə bu yardıma qarşı çıxmaq gücü olmayacaq.[5]

  • ۲۶

    ÖZÜNÜUNUTMAQ

    Bə’zi mö’min ,məs’uliyyətli və qayğıkeş fərdlər canıyananlıq səbəbindən dövlət məs’ullarını tənqid edib onların əməl və rəftarlarını diqqətlə araşdırsalar da ,özləri vəzifə kürsüsünə qalxıb ,iş sahibi olan kimi bir növ özlərini unudur ,əməl və rəftarlarına nəzarət etmirlər. Sanki onların vəzifə kürsüsünə oturması ilə bütün problemlər həll olunur ,bütün müşküllər aradan qaldırılır.

    Həzrət Əli (ə) təkəbbür və eqoistliyə səbəb olan bu sayaq özünü unutmağın qarşısını almaq üçün Malikin diqqətini bir o qədər də uzaq olmayan keçmişə yönəldir. Xatırladır ki ,dünənədək sən və sənin kimilər məs’ulların əməl və rəftarlarına nəzarət edir ,onlara eyb tuturdu. Bu gün isə sənin də əməl və rəftarların sual altına alınacaq. Həzrət buyurur:

    ثُمَّ اعْلَمْ يَ مَالكُ، أَنِّي قدْ وَجَّهْتُكَ إِلَى بِلاَد قَدْ جَرَتْ عَلَيْهَا دُوَلٌ قَبْلَكَ، مِنْ عَدْل وَجَوْر، وَأَنَّ النَّاسَ يَنْظُرُونَ مِنْ أُمُورِكَ فِى مِثْلِ مَا كُنْتَ تَنْظُرُ فِيهِ مِنْ أُمُورِ الْوُلاَةِ قَبْلَكَ، وَيَقُولُونَ فِيكَ مَ كُنْتَ تَقُولُ فِيهِمْ

    “Ey Malik ,bil ki ,mən səni səndən öncə həm ədalətli və insaflı ,həm də zalım və sitəmkar hakimləri olmuş şəhərlərə göndərdim. Şübhəsiz ,bundan öncə sən hakimlərin işinə diqqətli olduğun kimi ,xalq da sənin işlərinə diqqətli olacaq. Sən başqaları haqqında nə demisənsə ,indi həmin sözlər sənin haqqında deyiləcək.”

    Aydındır ki ,məs’ullar həzrət mövlanın yalnız bu sifarişini diqqət mərkəzində saxlasalar ,xalq onlarla hesab aparmamış ,özləri özləri ilə hesab aparsalar ,bu hesab-kitabda yalnız Allahı nəzərə alsalar (nəfsə uymasalar),bütün bu nöqsanlar aradan qalxar.

  • ۲۷

    SALEHLƏRİNDÜNYA MÜKAFATI

    İslam məktəbində heç bir əməl mükafatsız qalmasa da ,xeyirxah və salehlərə Qiyamətdə savab və mükafat verilsə də ,onlar bu dünyada da Allah tərəfindən mükafatlandırılırlar. Salehlərin dünya mükafatı salam və salavat ,yaxşı addır. Bu mükafat onların bir neçə günlük hakimiyyət və həyatına aid deyil. Onların adı əbədi olaraq tarixin səhifələrinə qeyd olunur. Tarixin güzgüsündə sitəmkarlar və zalım qüvvələr salehlər və allahpərəstlərlə tam zidd cəhbhədə əks olunur. Salehlərin adı tarix boyu salam və salavatla yad edilir. Digər cəbhə isə əbədi olaraq lə’nət və nifrinə düçardır. Həzrət Əli (ə) bu ilahi mükafatın bəyanında buyurur:

    إِنَّمَ يُسْتَدَلُّ عَلَى الصَّالِحِينَ بِمَا يُجْرِي اللهُ لَهُمْ عَلَى أَلْسُنِ عِبَادِهِ. فَلْيَكُنْ أَحَبَّ الذَّخَائِرِ إِلَيْكَ ذَخِيرَةُ الْعَمَلِ الصَّالِحِ

    “Fərdlərin Allah tərəfindən xalqın dilinə salınmış yaxşılıq və pislikləri əsasında salehləri günahkarlardan seçə bilərsən. Bəli ,sənin üçün ən sevimli ehtiyat saleh əməl ehtiyatı olmalıdır.”

  • ۲۸

    YAXŞIAD–SALEHLƏRİN AXİRƏT VƏSİQƏSİ!

    Əməllərin bir-bir nəzərdən keçiriləcəyi ,Qur’an tə’birincə ,hər bir insanın öz ən kiçik əməlinin mükafat və cəzasını alacağı Qiyamətdə salehlərin xüsusi imtiyazı var. Belə ki ,sübhan Allah onların xeyir zikrini və yaxşı adını salehliklərinə şahid gətirər və xırdalıqlara varmaz. Bu yolla salehlərin azadlığı tə’min olunar ,onlar behişt ne’mətlərindən bəhrələnər.

  • ۲۹

    BATİNƏDİQQƏT VƏ NƏFSƏ AĞALIQ

    İslam hökuməti pak və hər növ nəfsani əsarətdən azad valilər tələb etdiyindən həzrət Əli (ə) İslam hökumətinin kamil nümunəsini təşkil edib ,Malik Əştəri Misirə vali göndərir və ona xitabən buyurur:

    فَامْلِكْ هَوَاكَ

    “(Ey Malik) Öz qəlb istəklərinin ağası ol.”

    Nəfs üzərində hakimiyyət ən mühüm saleh əməllərdən biridir. Bu nöqtə o qədər əhəmiyyətlidir ki ,girami İslam peyğəmbəri buyurur: “Əgər danışıqda həddi aşıb qəlbinizi boş-boş işlərə məşğul etməsəydiniz ,mənim gördüyümü görər ,eşitdiyimi eşidərdiniz.”[6]

  • ۳۰

    NƏFSİSTƏKLƏRİNİN TƏNZİMİ

    İslam dini cinsi azadlığı tarixin qurucu amili sayan Freydin və həqiqətə doğru hərəkəti nəfs istəklərini tamam boğmaqda görən yalançı rahiblərin əksinə olaraq inanır ki ,insan vücudunda Allah tərəfindən əmanət qoyulmuş bütün istəklər şər və fəsad səbəbi deyildir və o həqiqətə çatmağa mane olmur. Bəli ,İslam nəzərincə ,insan nəfsani meyllərindən qanuni yolla istifadə edib ,bütün maddi ləzzətlərdən İslami qaydada bəhrələnə bilər. Təbii ki ,şər’i üsullara və qaydalara əməl üçün nəfsani meyllər arasında tarazlıq yaratmaq ,qeyri-qanuni meyllərin qarşısını almaq bir şərtdir.

    Bir sözlə ,İslam nəfs istəklərinin tam boğulmasını yox ,tənzimlənib tarazlanmasına çağırır. Buna görə də İslamın həm mütləq cinsi azadlıqla ,həm də rahibliklə mübarizə apardığını görürük. Həzrət Əli (ə) həqiqətin bəyanında buyurur:

    وَشُحَّ بِنَفْسِكَ عَمَّا لاَ يَحِلُّ لَكَ، فَإِنَّ الشُّحَّ بِالنَّفْسِ الاِْنْصَافُ مِنْهَا فَيَم أَحْبَبْتَ وَكَرِهْتَ

    “Özünü sənə halal olmayandan uzaqlaşdır. Çünki xoşladığın və ya xoşlamadığın şeylərlə rabitədə özünü saxlamaq (dayanıb düşünmək) eynən insafdır.”

12860 Görüş