Bismilləhir-Rahmənir-Rahim
Salamun aleykum
Ruh nədir?
Mübarək İsra surəsinin 85-ci ayəsində qeyd olunan
ruh haqqında müxtəlif təfsirlər nəql edilmişdir:
1-Bəzən məqsəd, peyğəmbərlərə öz risalət və məsuliyyətlərini
yerinə yetirməkdə qüvvət verən “müqəddəs
ruh” mənasınadır; “Maidə” surəsinin 253-cü ayəsində olduğu kimi: وَ آتَيْنا عِيسَى ابْنَ مَرْيَمَ الْبَيِّناتِ
وَ أَيَّدْناهُ بِرُوحِ الْقُدُسِ – Biz İsa ibn Məryəmin ixtiyarına çoxlu dəlillər verdik
və ona “Ruhul-Qudus” ilə qüvvət verdik.
2- Möminləri qüvvətləndirən İlahi mənəvi qüvvəyə də
şamil olur; məsələn, “Mücadilə” surəsinin 22-ci ayəsində deyildiyi kimi: - أُولئِكَ كَتَبَ فِي قُلُوبِهِمُ الْا
يمانَ وَ أَيَّدَهُمْ بِرُوحٍ مِنْهُ – Onlar elə bir insanlardır ki, Allah taala onların
qəlbinə iman vermiş və İlahi ruh ilə onları təyid etmişdir.
3-Bəzən ruh dedikdə məqsəd xüsusi olaraq “vəhy mələyi”
nəzərdə tutulur və “Əmin” ləqəbi ilə tövsif edilir. “Şuəra” surəsinin 193 və
194-cü ayələrində qeyd olunduğu kimi; - نَزَلَ بِهِ الرُّوحُ الْا مِينُ* عَلى
قَلْبِكَ لِتَكُونَ مِنَ الْمُنْذِرِينَ – Bu Quranı “Ruhul-Əmin” sənin qəlbinə nazil etdi
ki, (insanları pis işlərdən) çəkindirib qorxudan olasan.
4-Həmçinin, Allah taalanın xüsusi mələklərindən
olan böyük mələk, yaxud mələklərdən üstün bir məxluq mənasına gəlmişdir, məs; -
تَنَزَّلُ الْمَلائِكَةُ وَ الْرُّوحُ فِيْها بِإِذْنِ رَبِّهِمْ مِنْ كُلِّ أَمْرٍ – “Qədr” gecəsində müqəddəratı təyin etmək üçün Pərvərdigarın
əmri ilə mələklər və ruh nazil olarlar, “Qədr” surəsi. “Nəbə`” surəsinin 38-ci
ayəsində də belə buyurur: - يَوْمَ يَقُومُ الرُّوحُ وَ الْمَلائِكَةُ
صَفّاً – Qiyamət günü Ruh və mələklər birlikdə qiyam edəcəklər.
5-Quran, ya səmavi vəhy mənasına da gəlmişdir, məs;
- وَ كَذلِكَ أَوْحَيْنا إِلَيْكَ رُوحاً مِنْ أَمْرِنا –Bizim əmrimizdən olan vəhyi bu şəkildə sənə tərəf
göndərdik.
6-İnsan ruhu mənasında da gəlmişdir, necə ki, Adəmin
xəlq olması barəsində gələn ayələrdə oxuyuruq: ثُمَّ سَوَّاهُ وَ نَفَخَ فِيهِ مِنْ
رُوحِهِ – Sonra Adəmi qayda üzrə tənzim etdi və Öz ruhundan
ona üfürdü. Həmçinin, - فَإِذا سَوَّيْتُهُ وَ نَفَخْتُ فِيهِ
مِنْ رُوحِي فَقَعُوا لَهُ ساجِدِينَ –Elə ki, Adəmin xilqətini qaydaya saldım və Öz
ruhumdan ona üfürdüm: -Onun üçün səcdə edin!
Beləliklə, yuxarıda qeyd edilən ruh kəlməsində bu mənaların
hansı nəzərdə tutulduğu dəqiq surətdə məlum deyil, mümkündür burada insan
ruhundan başqa bir ruh nəzərdə tutulmuş olsun.
Əgər insan ruhu fərz edilsə belə, necə ki, ayədə gələn
və ayədən kənar bir sıra işarələr və qərinələrə əsaslanaraq bəzi təfsirçilər
buyurmuşlar ki, sual edənlər insan ruhunun həqiqəti barəsində soruşurlar və
bilmək istəyirlər ki, xilqət aləminin bu qəribə varlığının həqiqəti nədir? Demək,
əgər bu mənanı götürsək belə, bu məsələ Peyğəmbər və imamların (əleyhimussəlam)
insan ruhunun həqiqəti haqda malik olduqları elm ilə ziddiyyət təşkil etmir,
çünki şərəfli ayə belə buyurur: -«وَ يَسْئَلُونَكَ عَنِ الرُّوحِ قُلِ الرُّوحُ مِنْ أَمْرِ رَبِّي
وَ ما أُوتِيتُمْ مِنَ الْعِلْمِ إِلَّا قَلِيلًا»- Səndən “ruh” barəsində
soruşurlar, de ki, ruh mənim Pərvərdigarımın əmrindəndir, sizə elmdən yalnız az
bir miqdarda verilmişdir.
Adi insanlar malik olduqları elm vasitəsilə ruhu dərk
etməyə qadir deyillər, lakin Allah-taala Peyğəmbərə və imamlara (əleyhimussəlam)
yüksək bir elmi inayət etmişdir ki, onlar ruhun başqalarının dərk edə bilmədikləri
bəzi həqiqətlərini müəyyən alimlərə bəyan etmiş və nəzərlərini söyləmişlər.
Ruh haqda olan müxtəlif hədislər də bir-biri ilə
ixtilaflı deyildir, çünki insan ruhunun müxtəlif dərəcələri və mərtəbələri
vardır. Peyğəmbərlərdə və imamlarda olan ruhun mərtəbə və dərəcəsi olduqca yüksəkdir.
Necə ki, xəta və günahdan məsum olmaq, eləcə də fövqəladə elm və məlumata malik
olmaq da məsumluğun əsərindəndir. Ruhun belə bir mərtəbədə olması sözsüz ki, onu
mələklərdən də yüksəyə ucaldır, hətta cənab Cəbrail və Mikaildən də yüksəyə.
Bəşərin elm və bilik tarixinə əsasən, ruh məsələsi,
onun əsrarəngiz xüsusiyyətləri və quruluşu həmişə alimlərin diqqət nəzərində
olmuşdur. Belə ki, hər bir alim öz növbəsində çalışmışdır ki, ruhun sirləri
haqda araşdlrma aparsın. Məhz bu səbəbdən alimlər və bilik sahiblərinin tərəfindən
ruh haqqında söylənilən nəzərlər olduqca çox və müxtəlifdir.
Mümkündür, hazırki elm və bilik, hətta gələcək
alimlərin bilikləri belə, ruhun sbütün sirlərini ələ gətirmək üçün kifayət etməsin,
baxmayaraq ki, bizim ruhumuz özümüzə hər bir şeydən daha yaxındır. Amma onun
gövhəri maddi aləmdə ünsiyyətdə olduğumuz şeylərdən tam fərqli olduğu üçün çox
da təəccüb etməməliyik ki, bu qəribə və maddədən fərqli olan məxluqdan baş
çıxarmayaq...
Lakin bütün bunlar bizim ağlın diqqəti ilə ruh
haqda düşünüb araşdırma aparmağımıza və onun üsul və tənzimindən agah
olmağımıza mane olmamalıdır.
Amma peyğəmbərlər və imamlar malik olduqları İlahi
elm vasitəsilə ruhun həqiqətini dərk etsinlər...
Əlavə məlumat üçün “Təfsiri nümunə” kitabının 12-ci
cild, səh. 279-dan sonraya müraciət edə bilərsiz.
Müvəffəq olasız!
Ruh haqqında məlumat
26 December 2024 Saat 20:23
Salamun aleykum Qurani-kərimin İsra surəsində ruh haqında sual edilir, lütfən ruh barəsində məlumat verərdiniz, ruh nədir?
پاسخ :
Ruh nədir?
کلمات کلیدی :
۳,۰۴۴